Tarixi və ədalətli zəfərin əbədi rəmzi – Hərbi Qənimətlər Parkı
15.04.2021 [09:51]
Dünya tarixi qanlı savaşlar, müharibələr və döyüşlərlə zəngin olub. Amma bütün bunların içində ən şərəflisi Vətən uğrunda aparılan savaşdır. Şükürlər olsun ki, Azərbaycan öz payına düşən bu sınaqdan üzüağ çıxmışdır. 44 günlük Vətən müharibəsi də bunun sübutudur. Biz heç vaxt başqasının torpağına, ərazisinə göz dikməmişik, əksinə həmişə bizim doğma yurdumuz, bərəkətli torpaqlarımız işğala məruz qalıb.
Münaqişənin tarixinə nəzər yetirsək görərik ki, Azərbaycan dövlətçiliyi son otuz illik dövr ərzində çoxsaylı faciələr, qanlı-qadalı hadisələrdən keçmişdir. XX yüzilliyin sonları Azərbaycan tarixinin ən mürəkkəb dövrlərindən biri idi. Ölkə, daxili və xarici düşmənlərin əli ilə parçalanmaqdaydı. Azərbaycanı bu fəlakətdən Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı xilas etdi. Azərbaycan tarixinin 1993-2003-cü illər dövrü Heydər Əliyev onilliyidir. Məhz bu dövrdə Ermənistanın işğalçılıq siyasəti dayandırılmış, ölkədə daxili sabitlik əldə olunmuşdur. Ən əsası dövlətçiliyimiz möhkəmləndirilmiş, hərbi sənayemiz qurulmuş, siyasi, iqtisadi, hüquqi və s. sahələrdə əsaslı islahatlar həyata keçirilmiş, qlobal layihələrə imza atılmış və Azərbaycan tədricən dünya birliyinin sıralarında yer alaraq, sayılıb-seçilməyə, söz sahibi olmağa başlamışdır. Ən nəhayət, son illərdə aparılan uğurlu siyasətin nəticəsi olaraq Azərbaycan dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında öz torpaqlarını düşmən tapdağından azad etmiş və ərazi bütövlüyünü nəhayət bərpa etmişdir.
Şübhə yoxdur ki, Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbə haqqında bundan sonra hələ çox danışılacaq, kitablar yazılacaq, filmlər çəkiləcəkdir. Ordumuz bu əməliyyatlar zamanı müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını və təminatını sıradan çıxaraq onu fakti¬ki olaraq iflic vəziyyətinə gətirdi. Müasir texnoloji silahlar Silahlı Qüvvələrimizin güc alətlərindən yalnız biri idi. Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. Biz bu gün əminliklə deyə bilərik ki, Azərbaycan Ordusunun hərbi uğurları, düşünülmuş strategiya, reallaşdırılan taktikalar, əməliyyatlar bir çox ölkələrin hərbi qüvvələri üçün nümunədir. Hələ müharibə dövründə müxtəlif xarici media nümayəndələri, agentliklər bu barədə dəfələrlə yazmışdılar, reportajlar hazırlamışdılar. Sözsüz ki, gələcəkdə Azərbaycan Ordusunun hərbi nəaliyyətləri barədə dərsliklər, tədris vəsaitləri bütün dünyada geniş yayılacaq. Belə ki, artıq dünyanın bir çox hegemon dövlətləri bizim hərb strategiyamızı incələyir, özləri üçün yeniliklər kəşf edirlər.
Onu da qeyd edim ki, xalqımızın Vətən müharibəsində qazandığı tarixi zəfərin əbədiləşdirilməsi üçün Azərbaycan Prezidentinin Sərəncamı ilə paytaxtımızda Hərbi Qənimətlər Parkı inşa edilmişdir. Əlbəttə ki, bu çox əlamətdar bir hadisədir. Parkın salınmasında məqsəd 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi misilsiz qəhrəmanlıq və qazandığı möhtəşəm tarixi qələbə barədə dolğun təsəvvür yaratmaq və Azərbaycanın qürur səhifəsi olan şanlı zəfəri əbədiləşdirməkdir. Beləliklə, vətəndaşlarımız və ölkəmizə qonaq gələn əcnəbilər burada açıq səma altında maraqlı və unikal bir muzeylə tanış olmaq imkanı qazanacaqlar.
Belə ki, Hərbi Qənimətlər Parkında düşmənin uzun illər boyu yaratdığı müdafiə mövqelərinin real mənzərəsi canlandırılır. Buraya gələn insanlar Vətən müharibəsi günlərində düşmənin mühəndis maneələri sistemini -sədləri, beton örtüklü mühəndis qurğularını, tank əleyhinə xəndəkləri, dirəkləri, kirpiləri, minalanmış sahələri, tunelləri, tikanlı məftillərdən ibarət maneələr sistemini, səngərləri və sığınacaqları olduğu kimi görəcəklər. Burada Ermənistan ordusu bölmələrinin döyüş mövqelərində təchiz edilmiş əsgər yataqxanası da olduğu kimi qurulmuşdur. Parkı ziyarət edən hər kəs Azərbaycan əsgərinin keçdiyi çətin döyüş yolu ilə tanış olacaqlar.
Gələcək nəsillər üçün də miras mahiyyəti daşıyan bu Park Azərbaycanın şərəfli döyüş yolunun əyani nümayişidir. Hərbi Qənimətlər Parkı əslində, son 30 ildə Azərbaycan torpaqlarında barbarlıqlar törətmiş yağını daha yaxşı tanımağa kömək edəcək. Belə ki, 44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşmən insanlıq əleyhinə müharibə cinayətləri törədib, o cümlədən döyüş bölgəsindən uzaqda olan ərazilərə raket zərbələri endirib, dinc sakinləri qətlə yetirib. Həmin faktları xronoloji ardıcıllıqla özündə əks etdirən lövhə Parkın giriş hissəsində yerləşdirilib.
Xüsusi olaraq qeyd edim ki, tarixi və ədalətli zəfərin əbədi rəmzi olan Hərbi Qənimətlər Parkının açılışında iştirak edən Prezident İlham Əliyev Silahlı Qüvvələrin təltif olunan hərbi qulluqçuları ilə görüşdü və burada geniş nitqlə çıxış edib. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi, “Eşq olsun Azərbaycan Silahlı Qüvvələrinə! Yaşasın Azərbaycan!”
Vüqar Nəsirov,
YAP Pirallahı rayon təşkilatı aparatının baş məsləhətçisi
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 Aprel 21:00
Xəbər lenti
17 Aprel 20:15
Xəbər lenti
17 Aprel 18:15
Xəbər lenti
17 Aprel 17:08
Xəbər lenti
17 Aprel 16:40
Xəbər lenti
17 Aprel 15:34
Xəbər lenti
17 Aprel 15:31
Siyasət
17 Aprel 15:01
Xəbər lenti
17 Aprel 14:48
Siyasət
17 Aprel 14:34
Dünya
17 Aprel 14:26
Xəbər lenti
17 Aprel 14:17
Siyasət
17 Aprel 14:07
Xəbər lenti
17 Aprel 13:25
Xəbər lenti
17 Aprel 13:15
Sosial
17 Aprel 13:01
Xəbər lenti
17 Aprel 12:52
Xəbər lenti
17 Aprel 12:51
Xəbər lenti
17 Aprel 12:50
Xəbər lenti
17 Aprel 12:27
Xəbər lenti
17 Aprel 12:26
Xəbər lenti
17 Aprel 12:03
İdman
17 Aprel 11:38
Xəbər lenti
17 Aprel 11:20
Xəbər lenti
17 Aprel 11:00
Mədəniyyət
17 Aprel 10:57
Siyasət
17 Aprel 10:50
Siyasət
17 Aprel 10:48
Xəbər lenti
17 Aprel 10:47
İqtisadiyyat
17 Aprel 10:44
Siyasət
17 Aprel 10:43
Analitik
17 Aprel 10:42
Xəbər lenti
17 Aprel 10:36
İqtisadiyyat
17 Aprel 10:35
Siyasət
17 Aprel 10:32
MEDİA
17 Aprel 10:28
İqtisadiyyat
17 Aprel 10:26
Siyasət
17 Aprel 10:23
Gündəm
17 Aprel 10:20
Xəbər lenti
17 Aprel 10:15
Siyasət
17 Aprel 10:13
Gündəm
17 Aprel 10:00
Xəbər lenti
17 Aprel 09:50
Xəbər lenti
17 Aprel 09:47
İqtisadiyyat
17 Aprel 09:45
Xəbər lenti
17 Aprel 09:34
Xəbər lenti
17 Aprel 09:31
Xəbər lenti
16 Aprel 23:11
Dünya
16 Aprel 22:19
Gündəm
16 Aprel 20:50
Sosial
16 Aprel 19:50
Xəbər lenti
16 Aprel 19:43
Xəbər lenti
16 Aprel 19:10
Xəbər lenti
16 Aprel 18:59
İqtisadiyyat
16 Aprel 18:55
Xəbər lenti
16 Aprel 18:06
Xəbər lenti
16 Aprel 17:07
Xəbər lenti
16 Aprel 16:38
Xəbər lenti
16 Aprel 16:24
Dünya
16 Aprel 16:06
Dünya
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 15:39
Avropa
16 Aprel 15:30
Xəbər lenti
16 Aprel 15:19
Dünya
16 Aprel 15:15
Xəbər lenti
16 Aprel 15:11
Xəbər lenti
16 Aprel 14:55
Xəbər lenti
16 Aprel 14:43
Xəbər lenti
16 Aprel 14:39