Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / ÜST-nin Azərbaycan nümayəndəliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Funksionallığın, əlilliyin və sağlamlığın beynəlxalq təsnifatı” mövzusunda təlim təşkil edib

ÜST-nin Azərbaycan nümayəndəliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Funksionallığın, əlilliyin və sağlamlığın beynəlxalq təsnifatı” mövzusunda təlim təşkil edib

16.04.2021 [18:39]

Aprelin 13-dən 16-na kimi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə “Funksionallığın, əlilliyin və sağlamlığın beynəlxalq təsnifatı (FBT)” mövzusunda 4 günlük təlim təşkil edib. ÜST-nin Avropa üzrə regional ofisi və ÜST-nin Rusiyadakı Əməkdaşlıq Mərkəzinin nümayəndələri texniki ekspert qismində təlimdə iştirak ediblər.

ÜST-nin Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, təlimə nazirliyin tabeliyindəki Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin, Tibbi-Sosial Ekspert Komissiyalarının, reabilitasiya müəssisələrinin və DOST Mərkəzlərinin nümayəndələrindən ibarət 200-ə yaxın şəxs cəlb olunub. Təlim əlilliyin qiymətləndirilməsi sahəsində çalışan müvafiq mütəxəssislərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyıb.

ÜST-nin Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri, doktor Hande Harmancı açılış nitqində hökumətin növbəti illərdə FBT tətbiq etmək niyyətini yüksək qiymətləndirdiyini qeyd edib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Anar Bayramov FBT sahəsində potensialın artırılmasının əhəmiyyətini vurğulayıb.

FBT həm fərdi, həm də kütləvi səviyyədə sağlamlıq və əlilliyin ölçülməsi üçün ÜST-nin çərçivəsidir. 2001-ci ildə 54-cü Ümumdünya Səhiyyə Assambleyasında (54.21-ci qətnamə) ÜST-nin 191 üzv dövləti bu çərçivəni sağlamlıq və əlilliyi təsvir etmək və ölçmək üçün beynəlxalq standart kimi təsdiq edib. Sözügedən təsnifatda əlillikdən daha çox insanın sağlamlığı və funksionallığı vurğulanır. Bu vasitə əlillik səbəbindən asılı olmayaraq, funksionallığı cəmiyyətdə ölçməyi hədəfləyir.

FBT-nin artıq Beynəlxalq Xəstəliklərin Təsnifatının 11-ci Reviziyasına (FBT 11) daxil edildiyini nəzərə alaraq, keçirilmiş təlimlər yerli mütəxəssislərə yeni təsnifatla bağlı biliklərə yiyələnmək üçün imkan yaradır.

 

Paylaş:
Baxılıb: 244 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31