Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Milli Məclis sədrinin başçılığı ilə parlament nümayəndə heyəti İtaliyada səfərdə olacaq

Milli Məclis sədrinin başçılığı ilə parlament nümayəndə heyəti İtaliyada səfərdə olacaq

16.05.2021 [15:08]

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İtaliya tərəfinin dəvəti ilə mayın 17-dən 19-dək bu ölkədə rəsmi səfərdə olacaq.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətinin tərkibinə parlamentin komitə sədri Tahir Mirkişili, komissiya sədri Eldar Quliyev, İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli, deputatlardan Qüdrət Həsənquliyev, Elnur Allahverdiyev, Aqiyə Naxçıvanlı, Afət Həsənova, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Səfər çərçivəsində Milli Məclisin sədri İtaliya parlamentinin hər iki palatasının sədrləri və ölkənin xarici işlər naziri ilə görüşəcək, parlamentlərarası əlaqələrin bu günü və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparacaq.

Nümayəndə heyətinin İtaliya parlamentindəki dostluq qrupunun və İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri ilə görüşləri də nəzərdə tutulub.

Paylaş:
Baxılıb: 201 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30