Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Elçin Mirzəbəyli: İyunun 4-də baş vermiş faciəvi hadisə Ermənistanın növbəti cinayətidir

Elçin Mirzəbəyli: İyunun 4-də baş vermiş faciəvi hadisə Ermənistanın növbəti cinayətidir

10.06.2021 [09:10]

“Azərbaycan dövləti və ictimaiyyəti 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsinin ardından beynəlxalq təşkilatlara, dünyanın aparıcı ölkələrinə müraciətlər etdi. Bu müraciətlərdə Ermənistanın işğaldan azad edilmiş Azərbaycan topaqlarında minalanmış ərazilərin xəritələrinin bizə verməsi üçün işğalçı ölkəyə təzyiq edilməsi istənilirdi. Lakin təəssüflər olsun ki, beynəlxalq birlik yenə də susqunluq nümayiş etdirdi. Nəticə etibarilə Ermənistan özünün terrora və faşizmə söykənən siyasətini bu gün də davam etdirir və həmin xəritələri Azərbaycana vermir. İyunun 4-də baş vermiş faciəvi hadisə də məhz Ermənistanın növbəti cinayətidir”.
Bu fikirləri açıqlamasında “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, baş vermiş bu qanlı hadisənin məsuliyyəti birbaşa Ermənistan rəhbərliyinin üzərindədir: “Bəzi şəxslərin sosial şəbəkələrdə hədəf yayındırmağa çalışması isə onların xislətindən irəli gəlir. Bu şəxslər Azərbaycan cəmiyyətinə yaxşı tanışdır və onlar hər zaman ölkəmizə qarşı aparılan kampaniyalarını episentrində yer alıblar. Bu insanlar bir dəfə də olsun Azərbaycanın maraqlarının müdafiəsinə yönəlik hansısa müraciətləri və ya addımları ilə yadda qalmayıblar. O baxımdan, indiki məqamda tutduqları mövqe təəccüblə qarşılanmamalıdır”.
PƏRVİZ

Paylaş:
Baxılıb: 194 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31