Ana səhifə »  Xəbər lenti »  Anar Məmmədov: 15 İyun Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür
A+   Yenilə  A-
Anar Məmmədov: 15 İyun Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür

“Bu bir həqiqətdir ki, Azərbaycan xalqı istər XX əsrin sonlarında, istərsə də XXI əsrin əvvəllərində öz müdrik liderləri Heydər Əliyevin və İlham Əliyevin milli vətənpərvərlik ruhu, qətiyyətli və həm milli maraqlara, həm də ümumbəşəri dəyərlərə əsaslanan siyasəti sayəsində dövlətimizin yüksəlişinin, üçrəngli bayrağımızın ən yüksək zirvələrdə əzmlə və fəxarətlə dalğalanmasının qürurunu yaşamışdır. 1990-cı illərin əvvəlində milli müstəqilliyimizin itirilməsi və dövlətçilik ənənələrinin milli yaddaşdan silinməsi təhlükəsi ilə üzləşdiyimiz vaxtda müdrik dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əliyev xalqın tələbi və dəstəyi sayəsində xilaskarlıq missiyasını öz üzərinə götürmüş, tarix yazmış lider kimi Azərbaycanı zirvəyə yüksəltmişdir. O, böyük Öndər kimi xalqımızın milli sərvəti olan müstəqilliyin, dövlətçilik ənənələrinin qorunmasını təmin etmiş, Azərbaycanı tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxarmışdır. Bu tarixi reallığın mahiyyətini daha yaxşı anlamaq üçün həmin dövrün bir sıra xüsusiyyətlərinə və proseslərinə faktlar əsasında nəzər yetirmək kifayətdir”. Bu fikirləri Milli Məclisin deputatı Anar Məmmədov deyib.

Deputat bildirib ki, 15 İyun Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Məlum olduğu kimi müstəqilliyimizin ilk illəri Azərbaycan xalqı üçün çox ağır dövr olub. Tale elə gətirib ki, 1991-1993-cü illər, müstəqilliyimizin ilk illərinə təsadüf etsə də, ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrlərdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi ilə əlaqədar baş verirdi.

1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yaşandı. Ölkənin belə ağır günündə xalq dahi şəxsiyyət Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Ümummilli Lider xalqın təkidli tələb və dəvətini qəbul etdi və iyunun 9-da Bakıya qayıtdı. 1993-cü il 15 iyun tarixində dahi rəhbər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Ümummilli Liderimizin müdrikliyi, dünyada gedən proseslərə dərindən bələd olması, baş verən hadisələrin səbəblərinin təhlili zamanı əvəzolunmaz məharət və bacarığı, hadisələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görmək səriştəsi öz bəhrəsini verdi və dahi şəxsiyyətin Bakıya gəlişindən bir neçə ay sonra ölkədə siyasi sabitlik yaradıldı. Bu isə hüquqi dövlət quruculuğu sahəsində atılması vacib olan ilk addımlardan idi. Çünki ölkənin gələcək hüquqi inkişafı məhz sabitliyə əsaslanırdı. Belə çətin məqamda Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı doğrudan da xalqımızın ən ağır problemlərdən, çətinliklərdən, faciələrdən Qurtuluşu oldu. İlk növbədə Azərbaycan məhv olmaqdan, parçalanmaqdan xilas oldu. Heydər Əliyevin dühası, qlobal inkişaf meyllərini irəlicədən görmək, öz ölkəsinin dünya birliyində rolunu, yerini və imkanlarını dəqiq müəyyənləşdirmək qabiliyyəti, çox böyük nüfuzu və insanları öz arxasınca aparmaq bacarığı sayəsində Azərbaycanın başı üstünü almış təhlükələr aradan qaldırıldı. Dövlət çevrilişi cəhdlərinin, terror aktlarının qarşısı alındı. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. Azərbaycanın haqq səsi dünya birliyi tərəfindən dəstəkləndi. İdarəetmə sistemi yaradıldı, insanlara öz qüvvələrinə inamı qaytarıldı. Beləliklə, 15 iyun Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın təkidli tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda 15 iyun tarixini milli qurtuluş bayramı günü kimi rəsmiləşdirdi.

Millət vəkilinin sözlərinə görə, müstəqilliyimizdən ötən müddət ərzində Azərbaycan Respublikasının keçdiyi inkişaf yolunun təhlili göstərir ki, artıq Azərbaycanın sosial-iqtisadi inkişafında yeni mərhələnin təməli qoyulub, yüksək iqtisadi artım üçün əsaslı zəmin yaradılıb: “Azərbaycan Respublikasının demokratik inkişaf yolu ilə inamla irəliləməsi üçün ölkəmizdə zəruri olan təsisatlar və hüquqi baza formalaşıb. Azərbaycanın Silahlı Qüvvələri qüdrətli bir orduya çevrilib. Sosial iqtisadi və dövlət quruculuğu sahələrində, insan hüquqları və azadlıqlarının təmin edilməsi yolunda qazanılmış uğurlarla yanaşı, digər mühüm nailiyyətlər də ölkəmizdə müstəqilliyin möhkəmləndirilməsinə xidmət edir. Azərbaycan dövlətçiliyi möhkəmlənməkdə, gündən-günə güclənməkdədir. 15 iyun 1993-cü ildən başlanan inkişaf dövlətçilik tariximizin şanlı səhifələrini təşkil edir. Xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun-Milli Qurtuluş Gününü hər il Azərbaycanın davamlı uğurları fonunda, bu il isə 30 illik torpaq həsrətinə son qoyulan qalib xalq kimi yüksək əhval-ruhiyyə ilə qeyd edir”.

 
  • Oxunub:  4140  |  
  • Tarix:  11-06-2021  |  
  •    Çap et   |  
Azərbaycanda genişmiqyaslı özünüməşğulluq proqramı icra edilir

31 İyul 09:13
Azərbaycanda genişmiqyaslı özünüməşğulluq proqramı icra edilir
31 İyul 09:09
Regional inkişaf proqramlarının əhatə dairəsi genişlənir
31 İyul 09:04
Aygün Mahmudova: Yüksək bal toplayacağıma tam əmin idim
31 İyul 09:02
İsti aylarda səhhətimizi necə qoruya bilərik?

31 İyul 08:59
Radikallar Ermənistanın vəkili rolunda...

31 İyul 08:57
Məğlub Ermənistanda bütün sahələrdə tənəzzül davam edir
30 İyul 21:17
Qənirə Paşayeva: Biz Türkiyə ilə bir millət, iki dövlətik, sevincimiz də, kədərimiz də eynidir
30 İyul 21:15
Ölkə Prezidentinin hücum diplomatiyası ilə bağlı tapşırıqları ədliyyə orqanlarının diqqət mərkəzindədir
30 İyul 21:14
Bursa Böyükşəhər bələdiyyəsinin sədri: Yanğınlarla mübarizədə Azərbaycanın Türkiyəyə göstərdiyi yardım əsl qardaşlıq nümunəsidir
30 İyul 20:46
Ceyhun Bayramov Azərbaycanın diplomatik nümayəndəliklərinin rəhbərləri, o cümlədən yeni təyin olunmuş səfirləri ilə görüşüb
30 İyul 20:41
İdarələrarası Mərkəzin üç İşçi qrupunun Hadrutda birgə iclası keçirilib
30 İyul 20:23
Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət ilk qrup Türkiyəyə yola salınıb
30 İyul 20:19
Azərbaycan Milli Məclisi ilə Pakistan Milli Assambleyası arasında Anlaşma Memorandumu imzalanıb
30 İyul 20:03
Türkiyə-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir
30 İyul 19:53
Sahibə Qafarova: Azərbaycan hər zaman olduğu kimi qardaş Türkiyənin yanındadır
30 İyul 17:36
FHN Akademiyasında şəhid övladları üçün “Açıq qapı günü” keçirilib
30 İyul 17:16
Yaqut Qarayeva: Xəstəxanalarda tullantılar üçün plastik qablardan istifadə olunmalıdır
30 İyul 17:08
Azərbaycanda koronavirus infeksiyasına 668 yeni yoluxma faktı qeydə alınıb
30 İyul 17:03
Heydər Əliyev Mərkəzində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib
30 İyul 16:33
“ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 94,7 milyon manat qaytarılıb
30 İyul 16:25
Anar Məmmədov: Bakı Bəyannaməsi yeni bir güc mərkəzinin yaradılması istiqamətində atılmış mühüm addımdır
30 İyul 16:24
Azərbaycan İsraildə Ticarət və Turizm Nümayəndəlikləri açıb
30 İyul 16:19
Prezident Rəcəb Tayyib Ərdoğan: 71 yanğından 57-si artıq nəzarət altına alınıb
30 İyul 16:15
Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin İşçi qruplarının üzvləri Şuşaya səfər ediblər
30 İyul 16:00
ADAU ilə Oklahoma Dövlət Universiteti arasında magistratura səviyyəsində İkili Diplom Proqramı üzrə Əməkdaşlıq Memorandumu imzalanıb
30 İyul 15:59
Türkiyə səfiri dəstəyə görə Azərbaycana təşəkkür edib
30 İyul 15:46
Hikmət Babaoğlu: Azərbaycan xalqı bütün imkanları ilə türk xalqının yanında olmağa hazırdır
30 İyul 15:39
Türkiyə və Pakistan hər zaman Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə ediblər
30 İyul 15:38
“Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində “Azərbaycan musiqi mədəniyyətinin gələcəyi: gənclərin rolu və iştirakçılığı” mövzusunda növbəti seminar keçirilib
30 İyul 15:30
Birinci vitse-prezident: Türkiyədə baş vermiş dəhşətli yanğınların nəticələri barədə xəbərləri dərin kədər və təəssüf hissi ilə qarşıladım
30 İyul 15:09
İsmayıllıda Hacıhətəmli–Gideyli–Kürd Eldarbəyli avtomobil yolunun tikintisinə 5,6 milyon manat ayrılıb
30 İyul 14:48
Deputat: Əminik ki, qardaş Türkiyə bu sınaqdan da üzüağ çıxacaq
30 İyul 14:24
Azərbaycandakı makroiqtisadi sabitlik İsrailin biznes dairələrinin diqqətinə çatdırılıb
30 İyul 14:21
Nizami rayonunda daha bir şəhidin barelyefinin açılış mərasimi olub
30 İyul 14:13
Elektron Hökumətin İnkişafı Mərkəzi “Rəqəmsal Jurnalistikaya doğru” proqramına yekun vurub
30 İyul 14:00
Türkiyədəki yanğınlarla bağlı Azərbaycanın İstanbuldakı baş konsulluğunda “qaynar xətt” yaradılıb
30 İyul 13:51
Prezident İlham Əliyev: Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəydir
30 İyul 13:46
Pandemiya ilə mübarizədə əhalinin vaksinasiyası əhəmiyyətli rol oynayır
30 İyul 13:39
Azərbaycanın “Tokio-2020”də ilk medalı: Cüdoçu İrina Kindzerska Olimpiadada üçüncü yeri tutub
30 İyul 13:38
Politoloq: “Bir millət, iki dövlət” deyərək sevincində də, kədərində də Türkiyənin yanındayıq
30 İyul 13:05
Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə planlı şəkildə aparılır
30 İyul 13:03
AZAL-ın uçuş heyətinin ənənəvi ümumi toplantısı keçirilib
30 İyul 12:59
Azad edilmiş ərazilərimizin bərpası istiqamətində İsrailin maliyyə naziri ilə bir sıra layihələr müzakirə olunub
30 İyul 12:55
Peyvəndləmə pandemiya ilə mübarizənin ən effektiv yoludur
30 İyul 12:53
İyulun 29-da Bakıda havanın temperaturu iqlim normasından 1 dərəcə aşağı olub
30 İyul 12:49
Baş verən yanğınlar nəticəsində Antalyada indiyədək 2300 tikili zərər görüb
30 İyul 12:38
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
30 İyul 12:23
Baş nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub
30 İyul 12:18
Paytaxt üzrə birinci sinfə qəbulla bağlı 44 min 975 elektron müraciət daxil olub
30 İyul 11:52
Müdafiə naziri zabit heyətinin ixtisasartırma və təkmilləşdirmə kurslarının gedişi ilə maraqlanıb
30 İyul 11:41
Qarabağ Dirçəliş Fondunun Azərbaycanın xaricdəki səfirləri ilə birgə müzakirə sessiyası keçirilib
30 İyul 11:30
İsrail və Azərbaycan şirkətləri arasında anlaşma memorandumu imzalanıb
30 İyul 11:09
Hikmət Hacıyev: Prezident İlham Əliyevin tapşırığı ilə qardaş Türkiyəyə Azərbaycandan yardım dəstələri göndəriləcək
30 İyul 11:08
İdarələrarası Mərkəzin işçi qrup heyətinin işğaldan azad olunan ərazilərə səfəri başlayıb
30 İyul 10:50
Azərbaycanın İkinci Qarabağ müharibəsindəki şanlı Qələbəsinə həsr olunmuş “Zəfər Salnaməsi” kitabı hazırlanıb
30 İyul 10:35
Səhiyyə nazirinin birinci müavini Reabilitasiya Mərkəzində şəhid ailələrinin övladları ilə görüşüb
30 İyul 09:49
Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşlara müraciət edib
30 İyul 08:58
Son altı ayda əldə edilən göstəricilər Azərbaycan iqtisadiyyatının yüksək rəqabət qabiliyyətinə malik olduğunu bir daha təsdiqləyir
30 İyul 08:51
Mirsaleh Məmmədov: Qəbul imtahanında rekord bal toplayacağımı gözləmirdim
30 İyul 08:50
Daim halsızlıq, səhərlər yuxudan oyana bilməmək, axşamlar gec yatmaq istəyi xroniki yorğunluq əlamətləridir
30 İyul 08:48
Məğlub Ermənistanda daxili siyasi vəziyyət kifayət qədər gərgindir

30 İyul 08:46
Radikal müxalifət Zəngəzur dəhlizinin yaradılmasından niyə narahatdır?

30 İyul 08:43
Ölkəmizdə gənc nəslin fiziki tərbiyəsi sahəsində davamlı addımlar atılır
29 İyul 21:21
Aİ-nin xüsusi nümayəndəsi sərhəddəki gərginliklə bağlı narahatlığını ifadə edib
29 İyul 20:44
İsrailli iş adamları Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsində maraqlıdır
29 İyul 20:28
İstanbulda “Türk Şurası sosial media tədris proqramı” mövzusunda təlim proqramı keçirilir
29 İyul 20:27
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üçüncü tərkibinin fəaliyyətinə dair hesabat iclası keçirilib
29 İyul 20:22
ABŞ-ın Oklahoma ştatının qubernatoru Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olub
29 İyul 20:13
Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib
29 İyul 20:04
Əsəd Qeysər: Pakistan azad edilmiş ərazilərdə turizmin inkişafına dəstək verməyə hazırdır

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA