Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / YAP Nərimanov rayon təşkilatında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Xalqın xilas günü” mövzusunda tədbir keçirilib

YAP Nərimanov rayon təşkilatında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Xalqın xilas günü” mövzusunda tədbir keçirilib

11.06.2021 [17:46]

İyunun 11-də Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının və təşkilatın  Gənclər Birliyinin birgə təşəbbüsü ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Xalqın xilas günü” mövzusunda videokonfrans formatında tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışaraq, 1993-cü ilin iyun ayında ölkədə böhranın ən acınacaqlı həddə çatdığını və belə bir anda xalqı vətəndaş qarşıdurmasından, ölkəni parçalanmaq təhlükəsindən xilas etmək gücündə olan yalnız bir dahi şəxsiyyətin - Heydər Əliyevin xalqına və dövlətinə sahib çıxdığını xatırladıb.

T. Tağıyev, həmçinin, Heydər Əliyev siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilməsinin tarixi Zəfərimizin səbəbi olduğunu, məhz Ulu Öndərin müəyyənləşdirdiyi siyasi yolun davam etməsinin nəticəsi olduğunu diqqətə çatdırıb.

Tədbirdə Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Milli Qəhrəman Şahlar Şükürovun bacısı, 39 saylı orta məktəbin direktoru Tahirə Şükürova, YAP Nərimanov rayon təşkilatı SOCAR ƏİPT-nın sədri Ağaəli Hüseynov çıxış edərək bildiriblər ki, Ümummilli lider Heydər Əliyevin tarixi qayıdışı ilə Azərbaycanda müstəqil dövlət quruculuğunun, iqtisadi islahatların, ölkənin gələcəyi üçün böyük əhəmiyyəti olan neft müqavilələrinin təməli qoyulub. Ulu Öndərin yorulmaz fəaliyyəti, yürütdüyü müdrik daxili və xarici siyasət nəticəsində müstəqilliyimiz dönməz xarakter alıb, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu, milli ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinin artması sahəsində böyük işlər görülüb. 

Qeyd olunub ki, məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, indi Azərbaycanın iqtisadi qüdrəti durmadan artır, ölkəmizdə ictimai-siyasi sabitlik, eyni zamanda, beynəlxalq aləmdəki mövqeləri möhkəmlənir, xalqımızın sosial vəziyyəti günbəgün yaxşılaşır. Bununla yanaşı, Azərbaycan öz Ali Baş Komandanı, Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyevin güclü siyasəti və Ordumuzun qüdrəti nəticəsində işğal altında olan torpaqlarımız azad olunmaqla böyük tarixi Zəfərə imza atdı.

Tədbirdə həmçinin YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Nərminə Yunusova, Bakı Humanitar Kollecinin müəllimi, tarixçi Rasim Rzaxanov, YAP Nərimanov rayon təşkilatının məsləhətçisi, təşkilatın GB-nin sədr müavini Vüsal Əliyev, Kooperasiya Universitetinin mətbuat xidmətinin rəhbəri, təşkilatın GB-nin sədr müavini Tamerlan Əkbərov da çıxış ediblər.

 

Paylaş:
Baxılıb: 280 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30