Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Əli Kərimlinin Paşinyan sevgisi

Əli Kərimlinin Paşinyan sevgisi

12.06.2021 [09:30]

Ötən il 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfər, şanlı Ordumuzun işğalçı Ermənistan üzərində möhtəşəm qələbəsi xalqımız tərəfindən böyük sevinc və qürur hissi ilə qarşılandı. Ölkəmizin bütün guşələrində bu möhtəşəm qələbə coşqu ilə qeyd edildi. Eyni zamanda, xalqımız və dövlətimiz bütün şəhidlərin, o cümlədən 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan övladlarımızın əziz xatirəsini daim uca tutur.
Bütün bunların fonunda ölkəmizdəki radikal müxalifətin sərgilədiyi mövqe isə cəmiyyətimiz tərəfindən ikrah və haqlı qəzəb hissi ilə qarşılanır. Bu da səbəbsiz deyil. Çünki 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbədən sonra radikal müxalifət açıq şəkildə antixalq, antidövlət mövqeyindən çıxış edir. Yəni Vətən müharibəsinin əvvəlində özlərini xalqa “vətənpərvər” kimi təqdim edənlər indi əldə olunan möhtəşəm qələbənin əhəmiyyətini müxtəlif bəhanələrlə azaltmağa, cəmiyyətdə zərərli müzakirələrə yol açmağa və bununla da həm xarici ermənipərəst himayədarlarının sifarişlərini yerinə yetirməyə, həm də gündəmdə qalmağa cəhd göstərirlər.
Bu prosesdə AXCP sədri Əli Kərimli öndə gedir. Onun növbəti riyakar mövqeyi isə Nikol Paşinyanın Ermənistanda yayılan səs yazısı ilə bağlıdır. Belə ki, Ə.Kərimli özünün “facebook” səhifəsində N.Paşinyanın səs yazısındakı sərsəmləmələrinə böyük həvəslə istinad edir və bundan Azərbaycan dövlətinə qarşı istifadə etməyə çalışır. Əslində isə bu fakt AXCP sədrinin nə qədər rəzil durumda olduğunun göstəricisidir.
Çünki artıq ali səviyyədə deyildiyi kimi, Azərbaycanda Dağlıq Qarabağ adlı inzibati ərazi vahidi yoxdur. Ən əsas məqam odur ki, Qarabağın Azərbaycanın tərkib hissəsi olmasına dair heç bir fərqli fikir yoxdur və bundan söhbət belə gedə bilməz. Beləliklə, bütün bunların, o cümlədən hətta ermənilərin məğlubiyyətlərini etiraf etmələrinin fonunda Ə.Kərimlinin sərgilədiyi mövqe, onun əsassız iddiaları sadəcə ikrah doğurur. Daha doğrusu Ə.Kərimli N.Paşinyanın sərsəmləmələrinə istinad etməklə cəmiyyətdə özünü gülüş hədəfinə çevirir.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 180 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30