Ana səhifə »  Xəbər lenti »  Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib
A+   Yenilə  A-
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib

Sahibə Qafarova: Ulu Öndərin başladığı qurtuluş və quruculuq missiyası bu gün eyni əzm və iradə ilə davam etdirilir
İyunun 11-də Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbədənkənar sessiyasının növbəti iclası keçirilib.
Parlamentin sədri iclası açaraq Azərbaycan tarixinin əlamətdar günlərinin Milli Məclisin iclaslarında qeyd edildiyini diqqətə çatdırıb. Bildirib ki, bu iclasda Azərbaycan tarixinin gedişini dəyişmiş bir hadisənin ildönümü ərəfəsində keçirilir. Bir neçə gündən sonra xalqımız Milli Qurtuluş Gününü qeyd edəcək.
Ümummilli Liderlər xalqların milli fəlakətlər ilə üzləşdiyi dövrlərdə tarix səhnəsinə çıxırlar. 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıtması parçalanmaq və məhv olmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycanı uçurumun bir addımlığından xilas etdi.
S.Qafarova vurğulayıb ki, Ulu Öndərin siyasi iradəsi, qətiyyəti, zamanın çağırışlarına yaradıcı münasibət bildirmək və düzgün qərarlar qəbul etmək qabiliyyəti sayəsində xalqımız müstəqil dövlətini qurmaq, qorumaq və yaşatmaq üçün tarixin verdiyi imkanı reallaşdıra bildi. Ümummilli Liderimizin o dövrdəki fəaliyyətinin əhəmiyyəti Onun bu kəlamında çox dəqiq ifadə olunub: “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir”.
Sahibə Qafarova qeyd edib ki, Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti xalqa sədaqətlə xidmət etmək, onun yolunda hər cür fədakarlığa hazır olmaq nümunəsidir. Ümummilli Liderimizin 30 ildən artıq dövrdə Azərbaycanın rəhbəri kimi fəaliyyətini nəzərə alaraq, əminliklə söyləmək olar ki, müasir Azərbaycan Respublikası Heydər Əliyev dühasının məhsuludur.
Milli Məclisin sədri bildirib ki, Ulu Öndərin başladığı qurtuluş və quruculuq missiyası bu gün eyni əzm və iradə ilə davam etdirilir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasət Azərbaycanı zirvələrə yüksəldib. Dövlətimizin başçısının siyasi-diplomatik və sərkərdəlik məharəti sayəsində 44 günlük Vətən müharibəsində əzəli və tarixi torpağımız olan Qarabağın erməni işğalından azad edilməsi, tarixi ədalətin bərpa olunması və dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi Cənubi Qafqazda yeni reallıq yaradıb.
Bu gün Azərbaycan dünyanın geniş bir bölgəsində söz sahibi olan qüdrətli dövlətdir. Əminəm ki, Azərbaycan dövləti daim var olacaq, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “əbədiyyətə qədər yaşayacaqdır”.
Çıxışının sonunda parlamentin sədri 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbriklərini çatdırıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinə daimi inkişaf və yeni uğurlar arzulayıb.
İclasın gündəliyi təsdiq edildikdən sonra cari məsələlərlə bağlı müzakirələr aparılıb.
Parlamentin komitə sədrləri Zahid Oruc, Tahir Rzayev, deputatlardan Elman Nəsirov, Ceyhun Məmmədov, Sahib Alıyev, Vahid Əhmədov, Sevil Mikayılova, Şahin Seyidzadə, Elşad Mirbəşiroğlu, Naqif Həmzəyev, Cavid Osmanov çıxış edərək, gündəmdəki mövzulara dair öz fikirlərini açıqlayıblar, seçiciləri narahat edən bəzi məsələlər və onların aradan qaldırılması istiqamətində görülən işlər barədə danışıblar.
Deputatlar çıxışlarında Milli Qurtuluş Günü münasibətilə ürək sözlərini çatdırıblar. Qeyd edilib ki, bu, ölkəmizin tarixini, müqəddəratını həll edən ən vacib günlərdən biridir. 1993-cü ilin 15 iyun tarixində Azərbaycan parçalanmaqdan, ölkədə hökm sürən böhrandan xilas edilib. Bugünkü qüdrətli və güclü Azərbaycanın, ölkəmizi Vətən müharibəsində parlaq Zəfərə aparan yolun təməli məhz bu tarixdə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub.
Sonra gündəlikdəki məsələlərə baxılıb.
Sahibə Qafarova bildirib ki, iclasın gündəliyinə 9 məsələ daxil edilib. Birinci məsələ “Hərbi qulluqçuların statusu haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Qeyd edilib ki, nəzərdə tutulan dəyişiklik uyğunlaşdırma xarakteri daşıyır və bir oxunuşda qəbul ediləcək.
Məsələ barədə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev məlumat verib. Diqqətə çatdırıb ki, 2020-ci il 29 dekabr tarixli “Sosial müavinətlər haqqında” Qanuna edilən dəyişikliyə və Azərbaycan Prezidentinin 2020-ci il 31 dekabr tarixli Fərmanına əsasən, bəzi kateqoriya şəxslərin, o cümlədən şəhid uşaqları, müharibə ilə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş valideynlərin uşaqları, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqları sözləri çıxarılıb. Qanunda, habelə “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət” sözləri “müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət” sözləri ilə əvəz edilib. Bu dəyişikliklərə əsasən, Azərbaycan Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1225, 1228 və 1230 nömrəli Fərmanları ilə həmin kateqoriya şəxslərin təqaüdləri artırılıb.
Qeyd edilib ki, yuxarıda adı çəkilən qanunlara təklif olunan dəyişikliklər həmin qanunların “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanuna uyğunlaşdırılması məqsədi daşıyır.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məsələ ilə bağlı fikirlərini söyləyərək bunu Azərbaycan Prezidentinin bu qəbildən olan insanlara növbəti dəfə qayğısının ifadəsi kimi qiymətləndirib. Sonra komitə sədri diqqətə çatdırıb ki, iyunun 10-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi humanist, sosial-ictimai əhəmiyyət daşıyan bir missiyaya - Məşğulluq marafonuna start verib. Burada məqsəd cari ilin sonuna qədər bütün şəhid ailələri üzvlərinin, Qarabağ müharibəsində qazi və veteran olan şəxslərin, 44 günlük Vətən müharibəsi qəhrəmanlarının məşğulluğunun təmin olunmasıdır. Komitə sədri bütün təşkilat, idarə və müəssisələrə, ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərə müraciət edərək bu prosesdə fəal iştirak etməyə çağırıb.
Sonra sözügedən qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Milli Məclisin sədri bildirib ki, gündəliyin digər məsələləri ikinci oxunuşda olan qanun layihələridir. Qeyd edilib ki, növbəti 7 məsələ Milli Məclisə eyni zərfdə daxil olub və bu qanun layihələri mahiyyətcə bir-birinə yaxındır. Diqqətə çatdırılıb ki, bununla 60 qanunda dəyişiklik edilməsi nəzərdə tutulur və bu dəyişikliklərdə məqsəd əlilliyin meyarlarına dair Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən edilmiş standartların və digər beynəlxalq normaların milli qanunvericiliyə implementasiya edilməsidir.
Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna və digər əlaqədar qanunlara dəyişiklikləri ikinci oxunuşda diqqətə çatdırıb. Bildirilib ki, birinci oxunuşda müzakirələr zamanı deputatlar qanun layihələrini dəstəkləyiblər, eyni zamanda, bəzi təkliflər də səsləndirilib. Komitə sədri deputatların söylədiyi fikirlərə münasibət bildirib.
Musa Quliyev çıxışında qeyd edib ki, son 3 ildə dövlətimizin başçısının təşəbbüsləri ilə sosial sahəyə yönəldilən vəsait mütəmadi olaraq artırılıb. Bu müddətdə əməkhaqları, pensiyalar, müavinət və təqaüdlərin aylıq məbləğləri bir neçə dəfə artırılıb. Nəticədə pensiyalar üzrə xərclər 36 faiz artırılaraq 3,3 milyard manatdan 4,5 milyard manata, müavinətlər üzrə xərclər 120 faiz artırılaraq 279 milyon manatdan 613 milyon manata, təqaüd üzrə xərclər 3,5 dəfə artırılaraq 92 milyon manatdan 326 milyon manata çatdırılıb. Müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə büdcədən illik xərclər 97 faiz artırılaraq 588 milyon manatdan 1,2 milyard manata çatdırılıb. Ümumilikdə son 3 ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xətti üzrə əhaliyə ödənişlər 2,2 milyard manat artırılıb.
Komitə sədri Qarabağ müharibəsi qazilərinin əlillik vəziyyətinin müəyyənləşdirilməsi məsələsinə toxunaraq diqqətə çatdırıb ki, artıq 800 nəfərdən çox qazimizin əlillik dərəcəsi müəyyənləşdirilib və onların sosial müdafiəsi tədbirləri həyata keçirilməkdədir.
Bildirilib ki, əlillik vəziyyəti dinamik, daim müşahidə, müalicə və reabilitasiya tələb edən bir prosesdir. Ona görə də bu il əlilliyi müəyyən edilən şəxsin növbəti ekspertizada əlillik vəziyyətinin və statusunun dəyişilməsi tamamilə normal və məntiqə uyğundur. Əsas odur ki, bu qərarlar ədalətli, qanun çərçivəsində və şəffaf olsun. Təqdim olunan qanun layihəsi də məhz bu məqsədə xidmət edir.
Komitə sədrləri Bəxtiyar Əliyev, Siyavuş Novruzov, Tahir Mirkişili, Zahid Oruc, deputatlardan Əli Məsimli, Vüqar Bayramov, Bəhruz Məhərrəmov, Qüdrət Həsənquliyev, Aydın Mirzəzadə, Sabir Rüstəmxanlı, Aydın Hüseynov, Aqil Abbas, Vahid Əhmədov təklif olunan dəyişikliklər barədə öz fikirlərini söyləyiblər, qeyd və təkliflərini səsləndiriblər. Komitə sədri Musa Quliyev deputatların toxunduğu bəzi məqamlara aydınlıq gətirib.
Müzakirələrin sonunda gündəliyin 7 məsələsi ikinci oxunuşda qəbul edilib.
Sonra iclasda “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda İqtisadi siyasət, sənaye və sahibkarliq komitəsinin üzvü Vüqar Bayramov təqdim edib. Qanun layihəsi müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial vəziyyətlərinin daha da yaxşılaşdırılması məqsədilə hazırlanıb və onların məhkəməyə verilən iddia ərizələri üzrə və mənzilin (evin) alqı-satqısı zamanı dövlət rüsumu ödəməkdən azad edilməsini nəzərdə tutur.
Komitə sədri Siyavuş Novruzov layihə ilə bağlı fikirlərini və təkliflərini səsləndirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
Sonra plenar iclasda Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar müzakirələr aparılıb. Komitə sədrləri Zahid Oruc, Siyavuş Novruzov, deputat İsa Həbibbəyli çıxışlarında ölkəmizin müstəqillik tarixində baş verən mühüm məqamları xatırlayıblar. Deputatlar müstəqil Azərbaycanın banisi, Ümummilli Lider Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında göstərdiyi xidmətlərdən bəhs ediblər. Bildirilib ki, Azərbaycan xalqı 2020-ci il 10 noyabr Qələbəsinə gətirən yola 1993-cü il iyunun 15-də çıxıb. Qeyd edilib ki, 2020-ci il Heydər Əliyevin arzularının həyata keçdiyi ildir. Ötən il biz Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qələbəsinin şahidi olduq.
Çıxışlarda vurğulanıb ki, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət müstəqilliyimizin daha da möhkəmlənməsinə, Azərbaycanda daxili siyasi sabitliyin və inkişafın təmin olunmasına, ölkəmizin dünyada mövqeyinin daha da möhkəmlənməsinə tam təminat verir. İşğaldan azad olunmuş ərazilərə Böyük qayıdış strategiyasının Milli Qurtuluşdan başlandığı və bu mənada, Heydər Əliyev siyasətinin davam etdirildiyi qeyd edilib.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova deputatları və media nümayəndələrini 15 İyun - Milli Qurtuluş Günü münasibətilə bir daha təbrik edib.
Bununla da Milli Məclisin iclası başa çatıb.
Nardar BAYRAMLI

 
  • Oxunub:  3060  |  
  • Tarix:  12-06-2021  |  
  •    Çap et   |  
Azərbaycanda genişmiqyaslı özünüməşğulluq proqramı icra edilir

31 İyul 11:04
Abutalıb Səmədov: Son 10 ildə Azərbaycanın yürütdüyü məqsədyönlü xarici siyasət ölkəmizin beynəlxalq nüfuzunu xeyli artırıb
31 İyul 09:13
Azərbaycanda genişmiqyaslı özünüməşğulluq proqramı icra edilir
31 İyul 09:09
Regional inkişaf proqramlarının əhatə dairəsi genişlənir
31 İyul 09:04
Aygün Mahmudova: Yüksək bal toplayacağıma tam əmin idim
31 İyul 09:02
İsti aylarda səhhətimizi necə qoruya bilərik?

31 İyul 08:59
Radikallar Ermənistanın vəkili rolunda...

31 İyul 08:57
Məğlub Ermənistanda bütün sahələrdə tənəzzül davam edir
30 İyul 21:17
Qənirə Paşayeva: Biz Türkiyə ilə bir millət, iki dövlətik, sevincimiz də, kədərimiz də eynidir
30 İyul 21:15
Ölkə Prezidentinin hücum diplomatiyası ilə bağlı tapşırıqları ədliyyə orqanlarının diqqət mərkəzindədir
30 İyul 21:14
Bursa Böyükşəhər bələdiyyəsinin sədri: Yanğınlarla mübarizədə Azərbaycanın Türkiyəyə göstərdiyi yardım əsl qardaşlıq nümunəsidir
30 İyul 20:46
Ceyhun Bayramov Azərbaycanın diplomatik nümayəndəliklərinin rəhbərləri, o cümlədən yeni təyin olunmuş səfirləri ilə görüşüb
30 İyul 20:41
İdarələrarası Mərkəzin üç İşçi qrupunun Hadrutda birgə iclası keçirilib
30 İyul 20:23
Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət ilk qrup Türkiyəyə yola salınıb
30 İyul 20:19
Azərbaycan Milli Məclisi ilə Pakistan Milli Assambleyası arasında Anlaşma Memorandumu imzalanıb
30 İyul 20:03
Türkiyə-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir
30 İyul 19:53
Sahibə Qafarova: Azərbaycan hər zaman olduğu kimi qardaş Türkiyənin yanındadır
30 İyul 17:36
FHN Akademiyasında şəhid övladları üçün “Açıq qapı günü” keçirilib
30 İyul 17:16
Yaqut Qarayeva: Xəstəxanalarda tullantılar üçün plastik qablardan istifadə olunmalıdır
30 İyul 17:08
Azərbaycanda koronavirus infeksiyasına 668 yeni yoluxma faktı qeydə alınıb
30 İyul 17:03
Heydər Əliyev Mərkəzində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib
30 İyul 16:33
“ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 94,7 milyon manat qaytarılıb
30 İyul 16:25
Anar Məmmədov: Bakı Bəyannaməsi yeni bir güc mərkəzinin yaradılması istiqamətində atılmış mühüm addımdır
30 İyul 16:24
Azərbaycan İsraildə Ticarət və Turizm Nümayəndəlikləri açıb
30 İyul 16:19
Prezident Rəcəb Tayyib Ərdoğan: 71 yanğından 57-si artıq nəzarət altına alınıb
30 İyul 16:15
Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin İşçi qruplarının üzvləri Şuşaya səfər ediblər
30 İyul 16:00
ADAU ilə Oklahoma Dövlət Universiteti arasında magistratura səviyyəsində İkili Diplom Proqramı üzrə Əməkdaşlıq Memorandumu imzalanıb
30 İyul 15:59
Türkiyə səfiri dəstəyə görə Azərbaycana təşəkkür edib
30 İyul 15:46
Hikmət Babaoğlu: Azərbaycan xalqı bütün imkanları ilə türk xalqının yanında olmağa hazırdır
30 İyul 15:39
Türkiyə və Pakistan hər zaman Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə ediblər
30 İyul 15:38
“Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində “Azərbaycan musiqi mədəniyyətinin gələcəyi: gənclərin rolu və iştirakçılığı” mövzusunda növbəti seminar keçirilib
30 İyul 15:30
Birinci vitse-prezident: Türkiyədə baş vermiş dəhşətli yanğınların nəticələri barədə xəbərləri dərin kədər və təəssüf hissi ilə qarşıladım
30 İyul 15:09
İsmayıllıda Hacıhətəmli–Gideyli–Kürd Eldarbəyli avtomobil yolunun tikintisinə 5,6 milyon manat ayrılıb
30 İyul 14:48
Deputat: Əminik ki, qardaş Türkiyə bu sınaqdan da üzüağ çıxacaq
30 İyul 14:24
Azərbaycandakı makroiqtisadi sabitlik İsrailin biznes dairələrinin diqqətinə çatdırılıb
30 İyul 14:21
Nizami rayonunda daha bir şəhidin barelyefinin açılış mərasimi olub
30 İyul 14:13
Elektron Hökumətin İnkişafı Mərkəzi “Rəqəmsal Jurnalistikaya doğru” proqramına yekun vurub
30 İyul 14:00
Türkiyədəki yanğınlarla bağlı Azərbaycanın İstanbuldakı baş konsulluğunda “qaynar xətt” yaradılıb
30 İyul 13:51
Prezident İlham Əliyev: Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəydir
30 İyul 13:46
Pandemiya ilə mübarizədə əhalinin vaksinasiyası əhəmiyyətli rol oynayır
30 İyul 13:39
Azərbaycanın “Tokio-2020”də ilk medalı: Cüdoçu İrina Kindzerska Olimpiadada üçüncü yeri tutub
30 İyul 13:38
Politoloq: “Bir millət, iki dövlət” deyərək sevincində də, kədərində də Türkiyənin yanındayıq
30 İyul 13:05
Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə planlı şəkildə aparılır
30 İyul 13:03
AZAL-ın uçuş heyətinin ənənəvi ümumi toplantısı keçirilib
30 İyul 12:59
Azad edilmiş ərazilərimizin bərpası istiqamətində İsrailin maliyyə naziri ilə bir sıra layihələr müzakirə olunub
30 İyul 12:55
Peyvəndləmə pandemiya ilə mübarizənin ən effektiv yoludur
30 İyul 12:53
İyulun 29-da Bakıda havanın temperaturu iqlim normasından 1 dərəcə aşağı olub
30 İyul 12:49
Baş verən yanğınlar nəticəsində Antalyada indiyədək 2300 tikili zərər görüb
30 İyul 12:38
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
30 İyul 12:23
Baş nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub
30 İyul 12:18
Paytaxt üzrə birinci sinfə qəbulla bağlı 44 min 975 elektron müraciət daxil olub
30 İyul 11:52
Müdafiə naziri zabit heyətinin ixtisasartırma və təkmilləşdirmə kurslarının gedişi ilə maraqlanıb
30 İyul 11:41
Qarabağ Dirçəliş Fondunun Azərbaycanın xaricdəki səfirləri ilə birgə müzakirə sessiyası keçirilib
30 İyul 11:30
İsrail və Azərbaycan şirkətləri arasında anlaşma memorandumu imzalanıb
30 İyul 11:09
Hikmət Hacıyev: Prezident İlham Əliyevin tapşırığı ilə qardaş Türkiyəyə Azərbaycandan yardım dəstələri göndəriləcək
30 İyul 11:08
İdarələrarası Mərkəzin işçi qrup heyətinin işğaldan azad olunan ərazilərə səfəri başlayıb
30 İyul 10:50
Azərbaycanın İkinci Qarabağ müharibəsindəki şanlı Qələbəsinə həsr olunmuş “Zəfər Salnaməsi” kitabı hazırlanıb
30 İyul 10:35
Səhiyyə nazirinin birinci müavini Reabilitasiya Mərkəzində şəhid ailələrinin övladları ilə görüşüb
30 İyul 09:49
Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşlara müraciət edib
30 İyul 08:58
Son altı ayda əldə edilən göstəricilər Azərbaycan iqtisadiyyatının yüksək rəqabət qabiliyyətinə malik olduğunu bir daha təsdiqləyir
30 İyul 08:51
Mirsaleh Məmmədov: Qəbul imtahanında rekord bal toplayacağımı gözləmirdim
30 İyul 08:50
Daim halsızlıq, səhərlər yuxudan oyana bilməmək, axşamlar gec yatmaq istəyi xroniki yorğunluq əlamətləridir
30 İyul 08:48
Məğlub Ermənistanda daxili siyasi vəziyyət kifayət qədər gərgindir

30 İyul 08:46
Radikal müxalifət Zəngəzur dəhlizinin yaradılmasından niyə narahatdır?

30 İyul 08:43
Ölkəmizdə gənc nəslin fiziki tərbiyəsi sahəsində davamlı addımlar atılır
29 İyul 21:21
Aİ-nin xüsusi nümayəndəsi sərhəddəki gərginliklə bağlı narahatlığını ifadə edib
29 İyul 20:44
İsrailli iş adamları Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsində maraqlıdır
29 İyul 20:28
İstanbulda “Türk Şurası sosial media tədris proqramı” mövzusunda təlim proqramı keçirilir
29 İyul 20:27
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üçüncü tərkibinin fəaliyyətinə dair hesabat iclası keçirilib
29 İyul 20:22
ABŞ-ın Oklahoma ştatının qubernatoru Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olub
29 İyul 20:13
Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA