Ana səhifə »  Xəbər lenti »  Azərbaycanda şəhid ailələri, müharibə əlilləri dövlətin və cəmiyyətin hərtərəfli qayğısı ilə əhatə olunublar
A+   Yenilə  A-
Azərbaycanda şəhid ailələri, müharibə əlilləri dövlətin və cəmiyyətin hərtərəfli qayğısı ilə əhatə olunublar

Prezident İlham Əliyev: O qədər də uzaq olmayan tarixə nəzər salsaq, görərik ki, müxtəlif ölkələrdə müharibələrdə həlak olmuş insanların yaxınlarına heç vaxt bizdəki qədər qayğı, diqqət göstərilməyib
Azərbaycan ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük müharibədə möhtəşəm qələbə qazanaraq öz ərazi bütövlüyünü bərpa etdi. Məhz Vətən müharibəsində qəhrəman hərbçilərimiz misilsiz şücaət göstərdilər, şəhidlərimizin və qazilərimizin canı-qanı hesabına Ordumuz düşməni diz çökdürdü. Məlumata görə, müharibənin davam etdiyi 44 gündə Ermənistanın hərbi birləşmələrində təxminən 10 min fərari qeydə alınıb. Azərbaycan Ordusunda isə müharibənin əvvəlindən sonunadək bir nəfər də olsun fərarilik etmədi. Qəhrəman hərbçilərimizin şücaəti sayəsində Ordumuz hər gün irəlilədi, yeni zəfərlərə imza atdı. Prezident İlham Əliyev işğaldan azad olunduqdan sonra Şuşada keçirilən və şəhidlərimizin əziz xatirəsinə həsr olunan “Xarıbülbül” musiqi festivalının açılışındakı çıxışında əsgər və zabitlərimizin müharibədə göstərdikləri qəhrəmanlıqlardan qürur hissi ilə bəhs edib. “Uzun fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Respublikamızda şəhid ailələrinə və müharibə əlillərinə göstərilən dövlət dəstəyi müxtəlif istiqamətləri əhatə edir
Sirr deyil ki, Azərbaycanda şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsi istiqamətində dövlət tərəfindən ardıcıl tədbirlər görülür. Prezident İlham Əliyev Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimindəki çıxışında respublikamızda bu sahədə görülən işlərdən bəhs edərək bildirib ki, dövlət şəhid ailələri və müharibə əlilləri üçün əlindən gələni edir. “O qədər də uzaq olmayan tarixə nəzər salsaq, görərik ki, müxtəlif ölkələrdə müharibələrdə həlak olmuş insanların yaxınlarına heç vaxt bizdəki qədər qayğı, diqqət göstərilməyib”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Respublikamızda şəhid ailələrinə və müharibə əlillərinə göstərilən dövlət dəstəyi müxtəlif istiqamətləri əhatə edir. Prezident İlham Əliyevin son bir neçə ay ərzində imzaladığı müvafiq sənədlər əsasında şəhid ailələrinin təqaüdü 500 manata, 1-ci qrup müharibə əlillərinin təqaüdü 400 manata, 2-ci qrup müharibə əlillərinin təqaüdü 350 manata, 3-cü qrup müharibə əlillərinin təqaüdü isə 300 manata qədər artırılıb. Eləcə də Milli Qəhrəmanlarımızın təqaüdləri 1800 manata çatdırılıb. “Vətən Müharibəsi Qəhrəmanı”na Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis olunub. Yeni təqaüdün məbləği 2000 manat həcmində müəyyənləşdirilib.
Azərbaycan dövləti tərəfindən, həmçinin müharibə əlillərinin normal həyata qayıtmalarının təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Cari il fevralın 25-də Prezident İlham Əliyevin iştirakı ilə Bakının Xəzər rayonunda Şağan Reabilitasiya Pansionatının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib. Yenidən qurulan 250 çarpayılıq pansionat ildə 5 min nəfərədək xəstə qəbul edə bilər.
Respublikamızda ötən ilin dekabrından müharibə əlillərinin yüksəktexnologiyalı protezlərlə təminatı işləri aparılır. Artıq 25 qazi yüksəktexnologiyalı protezlə təmin edilib, daha 50 qazinin də protezlərlə təminatı prosesi yekunlaşmaq üzrədir. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin məlumatına əsasən, yuxarı ətrafları amputasiya olunmuş qazilərimizin də son nəsil protezlərlə təminatı üçün müvafiq işlər aparılır. Onun sözlərinə görə, cari ilin 5 ayında 5 minədək əlilliyi olan şəxsin 18 minə yaxın reabilitasiya vasitəsilə təminatı həyata keçirilib. Ümumilikdə, postmüharibə mərhələsində reallaşdırılan sosial dəstək tədbirləri 23 mindən çox şəxsi əhatə edib.
Ölkəmizdə, həmçinin şəhid ailələrinin və müharibə əlillərinin mənzillərlə təmin olunması proqramı uğurla həyata keçirilir. Xatırladaq ki, Prezident İlham Əliyev 25 yanvar 2021-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam imzalayıb. Bu sənəd 2020-ci ildə Ordumuzun həyata keçirdiyi hərbi əməliyyatlar zamanı şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın ailələrinin və bu müharibə ilə əlaqədar əlilliyi müəyyən edilən şəxslərin də mənzil və ya fərdi evlərlə təminatını nəzərdə tutur. Müvafiq proqramın Bakıda, Sumqayıtda, Abşeron rayonunda cari ilin sonunadək tam icra ediləcəyini diqqətə çatdıran dövlətimizin başçısı bildirib: “Həm Birinci, həm İkinci Qarabağ müharibəsində şəhid olmuş övladlarımızın Bakıda, Sumqayıtda, Abşeron rayonunda yaşayan ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək. Yəni, bu proqramı biz Bakı, Sumqayıt və Abşeron rayonunda bu ilin sonuna qədər tam icra edəcəyik. Digər şəhər və rayonlarımızda yaşayan şəhid ailələri üçün binaların, fərdi evlərin tikintisi davam etdirilir. Əminəm ki, yaxın gələcəkdə bu proqram tam icra olunacaqdır. Onu da bildirməliyəm ki, müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verilib”.
Respublikamızda Pezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq cari ildə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 3 minədək mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. İlin əvvəlindən bəri artıq 500 mənzil müvafiq kateqoriyadan olan insanlara təqdim olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədr müavini Zaur İbrahimov vurğulayıb ki, dövlət başçısının müvafiq Sərəncamına əsasən, yaxın beş ildə bu kateqoriyadan olan 11 min vətəndaş mənzil və fərdi evlə təmin olunacaq. O qeyd edib ki, ümumilikdə indiyədək şəhid ailələrinə, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 9700 mənzil və fərdi ev verilib.
Şəhid ailələrinə, müharibə əlillərinə sosial dəstəyin gücləndirilməsi məqsədilə marafonların keçirilməsi təqdirəlayiqdir
Bu günümüz və gələcəyimiz üçün mühüm əhəmiyyət daşıyan məsələlərdə dövlətin və cəmiyyətin öz səylərini əlaqələndirmələri ölkəmizdə yaxşı bir ənənəyə çevrilib. Bu baxımdan, şəhid ailələrinə, müharibə əlillərinə sosial dəstəyin gücləndirilməsi məqsədilə marafonların keçirilməsi təqdirəlayiqdir. Belə marafonlar Azərbaycan dövlətinin və cəmiyyətinin xoş niyyətini ifadə edir. Diasporla İş üzrə Dövlət Komitəsinin və “YAŞAT” Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı ilə reallaşdırılan “YAŞAT” Marafonu əhatə dairəsinin genişliyinə görə diqqəti cəlb edir. “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynovun bildirdiyinə görə, “Qələbəni bizə yaşadanları birlikdə yaşadaq!” devizi altında keçirilən marafonun məqsədi qazilərə və şəhid ailələrinə dəstək məqsədilə dünya azərbaycanlılarını dəmir yumruq ətrafında birləşdirmək olub. Marafona cari il aprelin 29-da start verilib. 25 may tarixində marafon videoyayım formatında Azərbaycan Televiziyasında (AzTV) nümayiş etdirilib. Yayım zamanı müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizlə və tanınmış şəxslərlə bağlantılar təşkil edilib, şəhid ailələri, Vətən müharibəsi qəhrəmanları və qazilər çıxış ediblər. Yayımda marafonda iştirak üçün xaricdən 45 çağırış səsləndirilib, 11 “Skype” bağlantısı reallaşıb. Eyni zamanda, “YAŞAT” Fondu tərəfindən qısa müddətdə görülən işlər və 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan diasporunun fəaliyyəti barədə hesabatlar təqdim olunub. Ümumilikdə, marafonun start verildiyi tarixdən etibarən 1 000 000 manatdan artıq vəsait toplanıb. Xaricdən, diaspor nümayəndələri sırasından ən çox ianə edən ölkələrin ilk beşliyində isə Türkiyə, Ukrayna, Rusiya, Böyük Britaniya, İsrail yer alıb. Azərbaycan diasporu tarixində ilk dəfə keçirilən marafonda 63 ölkədən olan soydaşlarımız, Azərbaycana dost insanlar, eləcə də ölkədəki yerli icmaların üzvləri iştirak ediblər. 6 ölkədən, o cümlədən ABŞ, Türkiyə, İsrail, İtaliya, Banqladeş və Pakistandan xaricilər marafona qoşulmaqla bağlı çağırışlar səsləndiriblər. Marafonda hətta Baham adaları, Trinidad, Tobaqo, Kolumbiya, Braziliya, Ekvadordan da insanlar iştirak ediblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyi tərəfindən təşkil olunan yeni kampaniya - “Məşğulluq marafonu” da böyük sosial əhəmiyyət daşıyır. Bu günlərdə işəgötürənlərin şəhid ailəsi üzvlərinin və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatında daha fəal iştirakının təşviqi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında təşkil olunan “Məşğulluq marafonu”nun başladılması ilə əlaqədar mətbuat konfransı keçirilib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, şəhid ailəsi üzvlərinin və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək marafonu bu istiqamətdə birgə səylərin gücləndirilməsinə hədəflənib. Marafona qoşulmaq istəyən hər bir işəgötürən bu məqsədlə mövcud və ya yeni yaradılmış vakansiyalarını dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilər. Həmin vakansiyalar şəhidlərimizin ailə üzvlərinin, müharibədə yaralanmış qazilərimizin iş yerləri ilə təminatı üçün istifadə olunacaq. Qeyd edək ki, təkcə son aylarda müvafiq kateqoriyalardan olan 6400-dən çox şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub. Onlardan 5 minədək şəxsin özünüməşğulluq proqramı çərçivəsində kiçik biznes sahələri yaradılıb.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  3060  |  
  • Tarix:  12-06-2021  |  
  •    Çap et   |  
Azərbaycanda genişmiqyaslı özünüməşğulluq proqramı icra edilir

31 İyul 09:13
Azərbaycanda genişmiqyaslı özünüməşğulluq proqramı icra edilir
31 İyul 09:09
Regional inkişaf proqramlarının əhatə dairəsi genişlənir
31 İyul 09:04
Aygün Mahmudova: Yüksək bal toplayacağıma tam əmin idim
31 İyul 09:02
İsti aylarda səhhətimizi necə qoruya bilərik?

31 İyul 08:59
Radikallar Ermənistanın vəkili rolunda...

31 İyul 08:57
Məğlub Ermənistanda bütün sahələrdə tənəzzül davam edir
30 İyul 21:17
Qənirə Paşayeva: Biz Türkiyə ilə bir millət, iki dövlətik, sevincimiz də, kədərimiz də eynidir
30 İyul 21:15
Ölkə Prezidentinin hücum diplomatiyası ilə bağlı tapşırıqları ədliyyə orqanlarının diqqət mərkəzindədir
30 İyul 21:14
Bursa Böyükşəhər bələdiyyəsinin sədri: Yanğınlarla mübarizədə Azərbaycanın Türkiyəyə göstərdiyi yardım əsl qardaşlıq nümunəsidir
30 İyul 20:46
Ceyhun Bayramov Azərbaycanın diplomatik nümayəndəliklərinin rəhbərləri, o cümlədən yeni təyin olunmuş səfirləri ilə görüşüb
30 İyul 20:41
İdarələrarası Mərkəzin üç İşçi qrupunun Hadrutda birgə iclası keçirilib
30 İyul 20:23
Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət ilk qrup Türkiyəyə yola salınıb
30 İyul 20:19
Azərbaycan Milli Məclisi ilə Pakistan Milli Assambleyası arasında Anlaşma Memorandumu imzalanıb
30 İyul 20:03
Türkiyə-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir
30 İyul 19:53
Sahibə Qafarova: Azərbaycan hər zaman olduğu kimi qardaş Türkiyənin yanındadır
30 İyul 17:36
FHN Akademiyasında şəhid övladları üçün “Açıq qapı günü” keçirilib
30 İyul 17:16
Yaqut Qarayeva: Xəstəxanalarda tullantılar üçün plastik qablardan istifadə olunmalıdır
30 İyul 17:08
Azərbaycanda koronavirus infeksiyasına 668 yeni yoluxma faktı qeydə alınıb
30 İyul 17:03
Heydər Əliyev Mərkəzində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib
30 İyul 16:33
“ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 94,7 milyon manat qaytarılıb
30 İyul 16:25
Anar Məmmədov: Bakı Bəyannaməsi yeni bir güc mərkəzinin yaradılması istiqamətində atılmış mühüm addımdır
30 İyul 16:24
Azərbaycan İsraildə Ticarət və Turizm Nümayəndəlikləri açıb
30 İyul 16:19
Prezident Rəcəb Tayyib Ərdoğan: 71 yanğından 57-si artıq nəzarət altına alınıb
30 İyul 16:15
Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin İşçi qruplarının üzvləri Şuşaya səfər ediblər
30 İyul 16:00
ADAU ilə Oklahoma Dövlət Universiteti arasında magistratura səviyyəsində İkili Diplom Proqramı üzrə Əməkdaşlıq Memorandumu imzalanıb
30 İyul 15:59
Türkiyə səfiri dəstəyə görə Azərbaycana təşəkkür edib
30 İyul 15:46
Hikmət Babaoğlu: Azərbaycan xalqı bütün imkanları ilə türk xalqının yanında olmağa hazırdır
30 İyul 15:39
Türkiyə və Pakistan hər zaman Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə ediblər
30 İyul 15:38
“Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində “Azərbaycan musiqi mədəniyyətinin gələcəyi: gənclərin rolu və iştirakçılığı” mövzusunda növbəti seminar keçirilib
30 İyul 15:30
Birinci vitse-prezident: Türkiyədə baş vermiş dəhşətli yanğınların nəticələri barədə xəbərləri dərin kədər və təəssüf hissi ilə qarşıladım
30 İyul 15:09
İsmayıllıda Hacıhətəmli–Gideyli–Kürd Eldarbəyli avtomobil yolunun tikintisinə 5,6 milyon manat ayrılıb
30 İyul 14:48
Deputat: Əminik ki, qardaş Türkiyə bu sınaqdan da üzüağ çıxacaq
30 İyul 14:24
Azərbaycandakı makroiqtisadi sabitlik İsrailin biznes dairələrinin diqqətinə çatdırılıb
30 İyul 14:21
Nizami rayonunda daha bir şəhidin barelyefinin açılış mərasimi olub
30 İyul 14:13
Elektron Hökumətin İnkişafı Mərkəzi “Rəqəmsal Jurnalistikaya doğru” proqramına yekun vurub
30 İyul 14:00
Türkiyədəki yanğınlarla bağlı Azərbaycanın İstanbuldakı baş konsulluğunda “qaynar xətt” yaradılıb
30 İyul 13:51
Prezident İlham Əliyev: Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəydir
30 İyul 13:46
Pandemiya ilə mübarizədə əhalinin vaksinasiyası əhəmiyyətli rol oynayır
30 İyul 13:39
Azərbaycanın “Tokio-2020”də ilk medalı: Cüdoçu İrina Kindzerska Olimpiadada üçüncü yeri tutub
30 İyul 13:38
Politoloq: “Bir millət, iki dövlət” deyərək sevincində də, kədərində də Türkiyənin yanındayıq
30 İyul 13:05
Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə planlı şəkildə aparılır
30 İyul 13:03
AZAL-ın uçuş heyətinin ənənəvi ümumi toplantısı keçirilib
30 İyul 12:59
Azad edilmiş ərazilərimizin bərpası istiqamətində İsrailin maliyyə naziri ilə bir sıra layihələr müzakirə olunub
30 İyul 12:55
Peyvəndləmə pandemiya ilə mübarizənin ən effektiv yoludur
30 İyul 12:53
İyulun 29-da Bakıda havanın temperaturu iqlim normasından 1 dərəcə aşağı olub
30 İyul 12:49
Baş verən yanğınlar nəticəsində Antalyada indiyədək 2300 tikili zərər görüb
30 İyul 12:38
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
30 İyul 12:23
Baş nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub
30 İyul 12:18
Paytaxt üzrə birinci sinfə qəbulla bağlı 44 min 975 elektron müraciət daxil olub
30 İyul 11:52
Müdafiə naziri zabit heyətinin ixtisasartırma və təkmilləşdirmə kurslarının gedişi ilə maraqlanıb
30 İyul 11:41
Qarabağ Dirçəliş Fondunun Azərbaycanın xaricdəki səfirləri ilə birgə müzakirə sessiyası keçirilib
30 İyul 11:30
İsrail və Azərbaycan şirkətləri arasında anlaşma memorandumu imzalanıb
30 İyul 11:09
Hikmət Hacıyev: Prezident İlham Əliyevin tapşırığı ilə qardaş Türkiyəyə Azərbaycandan yardım dəstələri göndəriləcək
30 İyul 11:08
İdarələrarası Mərkəzin işçi qrup heyətinin işğaldan azad olunan ərazilərə səfəri başlayıb
30 İyul 10:50
Azərbaycanın İkinci Qarabağ müharibəsindəki şanlı Qələbəsinə həsr olunmuş “Zəfər Salnaməsi” kitabı hazırlanıb
30 İyul 10:35
Səhiyyə nazirinin birinci müavini Reabilitasiya Mərkəzində şəhid ailələrinin övladları ilə görüşüb
30 İyul 09:49
Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşlara müraciət edib
30 İyul 08:58
Son altı ayda əldə edilən göstəricilər Azərbaycan iqtisadiyyatının yüksək rəqabət qabiliyyətinə malik olduğunu bir daha təsdiqləyir
30 İyul 08:51
Mirsaleh Məmmədov: Qəbul imtahanında rekord bal toplayacağımı gözləmirdim
30 İyul 08:50
Daim halsızlıq, səhərlər yuxudan oyana bilməmək, axşamlar gec yatmaq istəyi xroniki yorğunluq əlamətləridir
30 İyul 08:48
Məğlub Ermənistanda daxili siyasi vəziyyət kifayət qədər gərgindir

30 İyul 08:46
Radikal müxalifət Zəngəzur dəhlizinin yaradılmasından niyə narahatdır?

30 İyul 08:43
Ölkəmizdə gənc nəslin fiziki tərbiyəsi sahəsində davamlı addımlar atılır
29 İyul 21:21
Aİ-nin xüsusi nümayəndəsi sərhəddəki gərginliklə bağlı narahatlığını ifadə edib
29 İyul 20:44
İsrailli iş adamları Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsində maraqlıdır
29 İyul 20:28
İstanbulda “Türk Şurası sosial media tədris proqramı” mövzusunda təlim proqramı keçirilir
29 İyul 20:27
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üçüncü tərkibinin fəaliyyətinə dair hesabat iclası keçirilib
29 İyul 20:22
ABŞ-ın Oklahoma ştatının qubernatoru Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olub
29 İyul 20:13
Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib
29 İyul 20:04
Əsəd Qeysər: Pakistan azad edilmiş ərazilərdə turizmin inkişafına dəstək verməyə hazırdır

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA