Ana səhifə »  Xəbər lenti »  “ASAN İmza” və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Elektron imza üzrə Avropa Forumunda təqdim edilib
A+   Yenilə  A-
“ASAN İmza” və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Elektron imza üzrə Avropa Forumunda təqdim edilib

Avropada ən böyük beynəlxalq konfrans olan Elektron imza və Etibarlı Xidmətlər (EFPE - European Forum on Electronic Signature and Trust Services) konfransı keçirilib.

“B.EST Solutions” şirkətindən AZƏRTAC-a bildiriblər ki, EFPE, elektron imza və açıq açar infrastrukturu, eləcə də elektron identifikasiya və rəqəmsal təhlükəsizliyin də daxil olduğu etibarlı elektron xidmətlər sahəsində ixtisaslaşmış bir platforma hesab edilir. EFPE iyirmi ildir ki, etibarlı elektron xidmətlərin tətbiqi istiqamətində hüquq, texnologiya və təcrübə sahəsində ekspert və peşəkarları özündə birləşdirir.

Builki EFPE konfransının gündəliyi “Elektron identifikasiya və etibarlı xidmətlər rəqəmsal iqtisadiyyatın gələcəyi kimi” adlanırdı. Onlayn tədbirdə dünyanın hər yerindən 700-dən çox mütəxəssis iştirak edib. Elektron transformasiyanı dəstəkləyən və dünyanın hər yerindən iştirak edən tanınmış özəl şirkətlərin, müəssisə və ictimai təşkilatların nümayəndələri çıxış edərək bildiriblər ki, COVID-19 pandemiyası kağızsız xidmətlərin inkişafına kifayət qədər təsir edib.

EFPE 2021 spikerləri arasında Avropa Komissiyası, Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO, ABŞ), Avropa Telekommunikasiya Standartlaşdırma İnstitutu (ETSI), Samsung Electronics (Polşa), Cosmos Corporation (Yaponiya), Asseco Data Systems, İnformasiya təhlükəsizliyinin idarə edilməsi (BSI, Almaniya) və s. bu kimi nüfuzlu beynəlxalq təşkilatlar və şirkətlərin nümayəndələri var idi.

“B.EST Solutions” şirkətinin direktoru və təsisçisi Jana Krimpe, “Etibarlı xidmətlər ölkələri birləşdirir: elektron identitet - transsərhəd və elektron ticarət və rəqəmsal transformasiyanın əsasıdır” mövzusunda məruzə ilə çıxış edib. J.Krimpe Azərbaycanın rəqəmsal transformasiya sahəsindəki nailiyyətləri, etibarlı xidmətlərin təqdim edilməsi, “ASAN İmza” mobil identiteti, Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı (RTQ) və elektron ticarətin transsərhəd modellərini təqdim edib. O qeyd edib ki, innovativ mobil identitet (“ASAN İmza”) texnologiyasının Azərbaycanda tətbiqi əhaliyə xidmətdə əlyetərlik, əhatəlilik və şəffaflığın təmin edilməsində bir vasitə kimi beynəlxalq təşkilatların çoxsaylı hesabatlarına ən yaxşı təcrübələrdən biri kimi əlavə olunub. “ASAN İmza” istifadəçiləri dövlət və özəl qurumlar tərəfindən təqdim olunan 1000-dən çox elektron xidmətə əlyetərlik imkanına sahibdirlər.

Ekspert, həmçinin RTQ haqqında da məlumat verərək deyib: “Bu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, PAŞA Bank, B.EST Solutions və AzerTelecom arasında dövlət-özəl tərəfdaşlıq konsorsiumudur. RTQ, rəqəmsal rezidentlər, frilanserlər və sahibkarlar üçün əlverişli iş mühitinin yaradılması üçün dövlət və özəl sektor nümayəndələrinin görüşdüyü bir platformadır”. J.Krimpe RTQ layihəsinin yalnız bölgədə deyil, həm də qlobal səviyyədə əhəmiyyətini vurğulayıb. O, qeyd edib ki, RTQ-nin gələcək inkişafı postpandemiya dövründə sosial, iqtisadi və maliyyə sektorlarında rəqəmsal texnologiyalardan istifadə edərək ölkənin sürətli bərpasına kömək edəcək. Ekspert, mobil rezidentlik layihəsinin vacibliyini də vurğulayıb. Mobil rezidentliyin köməyi ilə sahibkarlar coğrafi yerindən asılı olmayaraq, Azərbaycanda şirkət qura və əhəmiyyətli elektron xidmətlərdən məsafədən istifadə edə biləcəklər.

Həmçinin Jana Krimpe kibertəhlükəsizlik üzrə baş ekspert (ENISA) Slavomir Qorniakın moderator olduğu “Elektron identifikasiya və etibarlı xidmətlər rəqəmsal iqtisadiyyatın gələcəyidirmi?” adlı müzakirə panelində də ekspert qismində çıxış edib. Müzakirə panelinin iştirakçıları Aİ ilə üçüncü ölkələr arasında transsərhəd qarşılıqlı tanınma modellərinin perspektivləri, eIDAS-ın yeni müddəaları, İdentifikasiya üçün Avropa Rəqəmsal Cüzdanları, yeni elektron identifikasiya sistemləri konsepsiyası, hüquqi təsdiqin təmin edilməsi üçün elektron reyestrlər, fərdi məlumatların əlavə qorunması, kibertəhlükəsizlik haqqında Avropa qanununa uyğun sertifikatlaşdırma mövzularında müzakirələr aparıblar.

J.Krimpe Azərbaycanda mövcud etibarlı xidmətlər barədə təqdimat edərək, elektron imzaların qarşılıqlı tanınması üçün müxtəlif transsərhəd modellərdən bəhs edib. Eləcə də ekspert, Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyası (ESCAP) tərəfindən təqdim olunan Asiya və Sakit Okean regionunda transsərhəd kağızsız ticarətin sadələşdirilməsinə dair Çərçivə sazişi ilə əlaqədar tədbirlərdən də danışıb. Bu saziş, iştirakçılar arasında elektron ticarət üçün məlumatlar və elektron formada sənədlərin qarşılıqlı tanınmasının transsərhəd mexanizmlərin yaradılması və qarşılıqlı tanınmanın həyata keçirilməsi mexanizmlərinə dair ikitərəfli və çoxtərəfli müqavilələrin bağlamasına imkan verir.

 
  • Oxunub:  3000  |  
  • Tarix:  14-06-2021  |  
  •    Çap et   |  
Güclü dövlət olan Azərbaycan işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə təmin etmək əzmindədir

04 Avqust 08:36
Hikmət Babaoğlu: Azərbaycanın bütün vətəndaşları qanun qarşısında bərabərdirlər
04 Avqust 08:34
Kondisionerdən uzun müddət istifadə edilməsi hansı fəsadlara səbəb olur?
04 Avqust 08:30
Ermənistanda hökm sürən siyasi böhran parlament daxilində də davam etməkdədir
04 Avqust 08:27
Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir

04 Avqust 08:23
Ölkəmizdə referendumun keçirilməsinə və parlamentin buraxılmasına heç bir zərurət yoxdur

03 Avqust 20:59
Azərbaycanda koronavirus infeksiyasına 931 yeni yoluxma faktı qeydə alınıb
03 Avqust 19:59
Rəcəb Tayyib Ərdoğan: Meşə yanğınları ilə əlaqədar göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm
03 Avqust 19:57
Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının IX hesabat konfransı keçirilib
03 Avqust 19:44
SADƏLİK ÖZ GÜCÜNÜ TANRIDAN ALIR!
03 Avqust 19:19
Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti Türkiyədə səfərdə olub
03 Avqust 18:18
Qazaxıstan Azərbaycanlıları İctimai Birliyi Türkiyədəki yanğınlarla bağlı bəyanat yayımlayıb
03 Avqust 17:55
Milli Məclisin növbədənkənar sessiyasının iclası keçirilib
03 Avqust 17:16
Anar Məmmədov: Parlamentin buraxılacağı barədə yayılan məlumatlar ictimai rəyi çaşdırmağa yönəlmiş cəhddir
03 Avqust 17:14
Şahin İsmayılov: Azərbaycanda referenduma və ya parlamentin buraxılmasına hər hansı bir zərurət yoxdur
03 Avqust 16:56
Səfir: Azərbaycan dövlətinin yanğınların söndürülməsinə göstərdiyi dost və qardaş dəstəyi təqdirəlayiqdir
03 Avqust 16:55
Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin Türkiyədə olan qüvvələrinin fəaliyyəti yüksək qiymətləndirilir
03 Avqust 16:46
Səccad Heydər Kərim: Mövcud reallıqlar şəraitində bölgənin inkişafına töhfə vermək istəyirəm
03 Avqust 16:14
Polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışı keçirilib
03 Avqust 16:05
Məlahət İbrahimqızı: İçimizdəki ermənipərəst qüvvələrin cəmiyyətdə təxribat xarakterli niyyəti növbəti dəfə də iflasa uğrayacaq
03 Avqust 15:56
YAP Şuşa rayon təşkilatının VI hesabat konfransı keçirilib
03 Avqust 15:36
Energetika naziri videoformatda vətəndaşları qəbul edib
03 Avqust 15:33
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “açıq qapı” günləri keçirir
03 Avqust 15:21
Regional DOST Mərkəzləri ilə bərabər, ətraf rayonlarda onların filialları da yaradılacaq
03 Avqust 15:16
Azərbaycan güləşçisi Rafiq Hüseynov Tokio Olimpiadasında bürünc medal qazanıb
03 Avqust 15:12
“İnnovativ idarəetmə: Dövlət xidmətlərində rəqəmsallaşma” mövzusunda seminar keçirilib
03 Avqust 14:59
Türkiyənin beş vilayətində yanğınla mübarizə davam edir
03 Avqust 14:27
Əl-Cəzirənin mərkəz direktoru: Əlaqələrin inkişaf etdirilməsi üçün birgə layihələrin icrasına xüsusi önəm verilir
03 Avqust 14:02
Prezident İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib
03 Avqust 13:41
YAP Zəngilan rayon təşkilatının X hesabat konfransı keçirilib
03 Avqust 13:40
Malik Həsənov: Müasir müstəqil Azərbaycan dövləti bu gün ən yüksək zirvədədir
03 Avqust 13:35
Əliabbas Salahzadə: Zəfərimizin yaratdığı yeni reallıqlar Azərbaycanın qarşısında böyük imkanlar açır
03 Avqust 13:19
Ukrayna səfiri Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində olub
03 Avqust 12:55
Milli Məclis deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi barədə qərar qəbul edib
03 Avqust 12:53
Ali məktəblərə qəbul olmaq üçün 16 mindən çox subbakalavr ərizəsini təsdiqlədib
03 Avqust 12:49
Mərkəzi Bank: Bugünkü valyuta hərracında tələb 43,6 milyon dollar olub
03 Avqust 12:39
Suraxanı rayonunda Şəhid Ruslan Rəcəbovun məzarı ziyarət olunub və ailəsinə baş çəkilib
03 Avqust 12:07
Milli Məclisin sədri: Qanun qarşısında hamı bərabərdir
03 Avqust 12:00
Baş prokuror: Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi tam zəruridir
03 Avqust 11:31
Fövqəladə hallar nazirinin müavini Marmarisdə Azərbaycan yanğınsöndürənlərinin səhər toplanışında iştirak edib
03 Avqust 11:30
Bu gün Bakının “Neftçi” klubu Finlandiyanın HİK komandasını qəbul edəcək
03 Avqust 11:11
Milli Məclisin plenar iclasında Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi barədə məsələ müzakirə olunur
03 Avqust 10:53
Dövlət sərhədindən narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb
03 Avqust 09:31
Güclü dövlət olan Azərbaycan işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə təmin etmək əzmindədir
03 Avqust 09:18
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi ötən illər ərzində böyük inkişaf yolu keçib
03 Avqust 09:04
Azərbaycan, Türkiyə və Pakistan arasında parlamentlərarası yeni əməkdaşlıq formatının yaradılması mühüm tarixi hadisədir
03 Avqust 09:03
Sübut Əsədov: Bu gün Azərbaycan dövlətinin qarşısında dayanan əsas məsələ işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın həyata keçirilməsidir
03 Avqust 09:01
Abutalıb Səmədov: Son 10 ildə Azərbaycanın yürütdüyü məqsədyönlü xarici siyasət ölkəmizin beynəlxalq nüfuzunu daha da artırıb

03 Avqust 09:00
Radikal müxalifət dezinformasiya yaymaqla süni siyasi gündəm yaratmağa çalışır

03 Avqust 08:54
Ermənistanda yeni parlamentin ilk iclası qalmaqallarla müşayiət olunub
03 Avqust 08:49
“Diaspor quruculuğu siyasətindəki yeni mərhələdə üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırıq”
03 Avqust 08:44
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 milyondan çoxdur
02 Avqust 21:09
Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun bütün texnikası tam tərkibdə yerindədir
02 Avqust 19:59
Şahin İsmayılov: Jirinovski gündəmdə qalması üçün ucuz və yalan ifadələri özünə alət seçib
02 Avqust 19:56
Ramin Məmmədov: Vladimir Jirinovski bu cür qeyri-obyektiv, qərəzli yanaşmaları ilə Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirə bilməyəcək
02 Avqust 19:51
Deputat Jalə Əhmədova: VI çağırış Milli Məclisin fəaliyyəti yüksək səviyyədə qurulub
02 Avqust 19:37
Anar Məmmədov: Jirinovski kimilər Rusiya-Azərbaycan dostluğunu zədələyə bilməz
02 Avqust 19:35
Əliabbas Salahzadə: Ermənistanın təəssübkeşi olan Vladimir Jirinovski Azərbaycanın uğurlarından narahatdır
02 Avqust 18:57
Sevinc Hüseynova: Ölkəmizdə parlamentin buraxılmasına və referendumun keçirilməsinə zərurət yoxdur
02 Avqust 18:48
Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının IX hesabat konfransı keçirilib
02 Avqust 18:43
Eldar İbrahimov: Azərbaycan, Türkiyə və Pakistanın birliyi tarixi hadisədir
02 Avqust 18:42
Gücümüz birliyimizdə, birliyimiz də gücümüzdədir
02 Avqust 18:22
Şəhid övladlarının qatıldığı "Zəfər" düşərgəsinə yekun vurulub
02 Avqust 18:05
Sevinc Fətəliyeva: Vladimir Jirinovski hər zaman Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilib
02 Avqust 18:02
Cavanşir Paşazadə: Vladimir Jirinovskinin Azərbaycan haqqında fikirləri qəbulolunmazdır
02 Avqust 15:09
Jalə Əliyeva: Görünür kimlərəsə süni gündəm yaratmaq lazımdır
02 Avqust 14:49
Hikmət Babaoğlu: Azərbaycanda referendumun və Milli Məclisə yenidən seçkilərin keçirilməsi ilə bağlı səsləndirilən fikirlərin heç bir əsası yoxdur
02 Avqust 14:14
FHN-in yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyədə əhali tərəfindən böyük coşğu ilə qarşılanıb
02 Avqust 13:27
AZAL sərnişinləri sərnişindaşıma qaydaları ilə diqqətlə tanış olmağa çağırır
02 Avqust 13:25
Pərvin Kərimzadə: Jirinovskinin məsuliyyətsiz və təxribat xarakterli çıxışları Rusiyanın öz nüfuzuna zərbə vurur
02 Avqust 13:11
Suraxanı rayonunda şəhid Sərdar İsmayılovun xatirəsinə inşa edilən bulağın açılışı olub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA