Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / YAP Göyçay rayon təşkilatı “Tarixi qələbəyə gedən yol qurtuluşdan başlayır” adlı videokonfrans keçirib

YAP Göyçay rayon təşkilatı “Tarixi qələbəyə gedən yol qurtuluşdan başlayır” adlı videokonfrans keçirib

14.06.2021 [20:40]

YAP Göyçay rayon təşkilatı 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Tarixi qələbəyə gedən yol qurtuluşdan başlayır” adlı videokonfrans keçirib. Tədbiri giriş sözü ilə açan YAP  Göyçay rayon təşkilatının sədri Sahib Şükürov  bildirib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. 

Təşkilat sədri qeyd edib ki, bu gün Heydər Əliyev yolu inamla davam etdirilir və bu, Azərbaycan Prezidenti cənab İlham Əliyevin gərgin əməyi, səmərəli fəaliyyəti sayəsində mümkün olur. Nəticədə 30 ilə yaxın erməni tapdağı altında qalan vətən torpaqlarımız işğaldan azad edildi. 44 gün davam edən müharibədə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz düşməni diz çökdürdü. 

Tədbirdə həmçinin, Göyçay rayon Ağsaqqallar Şurasının sədri Xəlil Orucov, Partiya fəalı, Vətən müharibəsi iştirakçısı Dinar Əliyev, 4 saylı orta məktəbin tarix müəlliməsi  F. Rzayeva, Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru C.İsmayılov və digərləri çıxış edərək Milli Qurtuluş Gününün əhəmiyyətindən danışıblar.

Paylaş:
Baxılıb: 206 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30