Ana səhifə »  Xəbər lenti »  Tərəvəzçiliyin inkişafı istiqamətində atılan addımlar mühüm nəticələr verir
A+   Yenilə  A-
Tərəvəzçiliyin inkişafı istiqamətində atılan addımlar mühüm nəticələr verir

Regionlarda istixanalarda və çöl sahələrində yetişdirilən məhsulların istehsalı prosesi uğurla davam etməkdədir

Məlum olduğu kimi, ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri ilə yanaşı, aqrar sektorun inkişafında da ciddi nailiyyətlər əldə edilməkdədir. Ümumiyyətlə, son 17 il ərzində həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində görülən işlər kənd təsərrüfatının inkişafı üçün də mühüm əhəmiyyət daşıyıb. Onu da qeyd edək ki, ötən dövrdə atılan addımlar həmçinin aqrar sahədə məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi, kənd təsərrüfatının digər sahələri kimi, tərəvəzçiliyin və kartofçuluğun inkişafı üçün də geniş imkanlar yaradıb. Əksər ekspertlərin də fikrincə aqrar sektorun bu sahələrinin inkişafına son illərdə dövlət tərəfindən ciddi diqqət yetirilməsi idxaldan asılılığı azaltmaq baxımından da mühüm əhəmiyyət daşıyır.

Bu məqamda vurğulanmalıdır ki, son illərdə ölkə üzrə fermerlərə dəstək tədbirləri çərçivəsində edilən yardımların həcmi artırılır, onların xarici bazarlara çıxış imkanları genişləndirilir. Regionlarda lazımi infrastrukturun yaradılması sayəsində məhsulunu qoruyub saxlaya bilən fermer yeni innovativ tədbirlər nəticəsində bu məhsulun yüksək qiymətə satabilmə imkanı da əldə edir. Bu isə öz növbəsində, kənd təsərrüfatının digər gəlirli sahələri kimi, tərəvəzçiliyə də marağın hər keçən gün artmasına yol açır.

Yeri gəlmişkən, qeyd edək ki, ölkəmizdə tərəvəzçiliyin və kartofçuluğun inkişafı istiqamətində də mühüm layihələr həyata keçirilir. Elə Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun yenidən qurulması, “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin yaradılması da bu istiqamətdə atılan mühüm addımlar sırasındadır. Xatırladaq ki, əsaslı şəkildə yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılışında Prezident İlham Əliyev də iştirak edib və bu sahə ilə bağlı mühüm göstəriş və tövsiyələrini verib. Ümumiyyətlə, sözügedən kompleks tərəvəzçiliyin inkişafında yeni texnologiyaların tətbiqində, yeni toxum sortlarının yetişdirilməsində də mühüm addımları ilə seçilir.

Yeri gəlmişkən, bu il iyunun 7-də Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda yeni tərəvəz və kartof sortlarının dequstasiyası keçirilib. Tədbirdə institutda yaradılmış dequstasiya komissiyasının üzvləri, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin müvafiq şöbələrinin məsul şəxsləri, nazirliyin elmi-tədqiqat institutlarının rəhbərləri və digər qonaqlar iştirak ediblər. Yeni yaradılmış sortlar haqqında institutun rəhbəri Elmar Allahverdiyev və seleksiyaçı alimlər iştirakçılara ətraflı məlumat veriblər. Dequstasiya üçün institutun seleksiyaçı alim və mütəxəssisləri tərəfindən yaradılmış pomidor, bibər, xiyar və kartof bitkilərinin yeni sortları təqdim olunub. Təqdim olunmuş tərəvəz və kartof sortları təyinatına, yetişkənliyinə, biokimyəvi tərkibinə görə bir-birindən fərqlənir. Qeyd edilməlidir ki, yeni sortlar bir neçə parametr üzrə qiymətləndirilib. Belə ki, burada dad keyfiyyəti, əmtəəlik forması, biokimyəvi tərkib və digər parametrlər əsas götürülüb. Qiymətləndirmə beş ballıq sistem üzrə aparılıb. Burada pomidorun 10, xiyarın 3, bibərin 2 və kartofun 6 yeni sortu təqdim olunub. Pomidor, xiyar və bibər sortlarının istixana şəraitində becərilməsi nəzərdə tutulur.

Kartofçuluqdan söz düşmüşkən, vurğulamaq yerinə düşər ki, hazırda da regionlarda bu sahədə uğurlu nəticələr əldə edilir. Belə ki, cari ilin əvvəlindən mayın 1-dək tarlalardan ümumilikdə  44,5 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,1 faiz çox kartof, 108,8 min ton və ya 1,8 faiz çox tərəvəz toplanıb. Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2,3 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,3 faiz, bitkiçilik məhsulları istehsalı isə 2,6 faiz artıb.

Məlum olduğu kimi, mövsümün başlanğıcı ilə əlaqədar olaraq hazırda regionlarda istər istixanalarda, istərsə də çöl sahələrində yetişdirilən məhsulların istehsalı prosesi gedir, istehlakçılara məhz bu şəraitdə yetişdirilən tərəvəz və kartofun təklif edildiyi müşahidə olunur.

Eyni zamanda, hazırda ölkənin, artıq regionlarında tərəvəz əkini və biçini işləri uğurla davam etdirilməkdədir. Məsələn, Neftçala rayonundan olan fermerlər cari ilin məhsulu üçün 442,5 hektar sahədə tərəvəz əkiblər. Məhsul istehsalçıları bitkiyə yaxşı qulluq etdiklərindən sahələrdə bol məhsul yetişib. Artıq bir neçə gündür ki, əkinçilər tərəvəz sahələrində yetişmiş məhsulun yığımına başlayıblar. Rayon Statistika İdarəsinin rəisi Şahin Mənəfov bildirib ki, bu mövsüm neftçalalı əkinçilər 442,5 hektar sahədə tərəvəz becəriblər. Artıq əkinçilər sahələrdə yetişmiş məhsulun yığımına başlayıblar və bu günədək 442,5 hektar tərəvəz sahəsinin 10 hektarından 70,1 ton məhsul toplayıblar. Yığılmış məhsulun 30 tonunu xiyar, 13 tonunu pomidor, 15 tonunu sarımsaq, 12,1 tonunu isə digər tərəvəzlər təşkil edib. Həmçinin 146,7 hektar kartof sahəsinin 50,2 hektarından 433 ton məhsul tədarük olunub.

Kürdəmir rayonunda isə kartof yığımı başa çatıb və sahələrdən 11 min 750 ton məhsul götürülüb. Vurğulanmalıdır ki, cari ilin məhsulu üçün 897 hektarda kartof yetişdirilib. Əkin sahələri ötən ildəkindən 2 hektar çox olub. Məhsul istehsalı isə 473 ton artıb. Hər hektardan məhsuldarlıq 131 sentnerə çatıb ki, bu da 2020-ci ildəki göstəricidən 5 sentner çoxdur. Rayonun daha çox kartof əkilən Axtaçı, Mehdili, Köhünlü, Carlı, Şilyan, Qarasu və bir sıra digər ərazi nümayəndəliklərində ailə fermer təsərrüfatları və fiziki şəxslər daha yüksək göstəriciyə nail olublar.

İsmayıllı rayonunun cənub ərazilərində isə iyun ayının əvvəlindən başlayaraq kartof yığımına başlanılıb, artıq yerli və ətraf rayonların bazarlarına təzə məhsul çıxarılır. Vurğulanmalıdır ki, cari mövsümdə rayonda 976 hektar sahədə kartof əkilib. Əkin sahələri ötən ildəkindən 6 hektar çoxdur. Məhsul ilkin olaraq rayonun cənub ərazilərində, o cümlədən Qubaxəlilli, Kəlbənd, Kürdmaşı kəndlərində yığılır. Ailə fermer təsərrüfatları və fiziki şəxslər tərəfindən artıq 30 tondan çox kartof tədarük olunub. Qeyd edək ki, ötən il bölgədə 14 min 482 ton kartof istehsal edilib. Cari mövsümdə bu göstəricinin 15 min tona çatacağı gözlənilir.

Cəlilabad rayonunda da açıq sahədə yetişdirilmiş kartofun yığımı davam edir. Ölkəmizin cənub bölgəsində ən böyük kartof istehsalçısı olan Cəlilabad rayonunda sahələrdən yığılan faraş məhsul yerli bazarlarla yanaşı, xarici ölkələrə də ixrac edilir. Bu il rayonda 5 min 400 hektarda kartof əkilib. Rayonun kartof sahələrindən indiyədək 42 min 68 ton məhsul yığılıb. Qeyd etmək yerinə düşər ki, cəlilabadlı fermerlər öz məhsullarını bazara çıxarmaqda da hər hansı bir çətinliklə üzləşmirlər. Kartofun bir kiloqramını yerində 45 qəpiyə satan fermerlər indiyədək Rusiya bazarlarına 30 min tona yaxın Cəlilabad kartofu ixrac ediblər. Vurğulanmalıdır ki, ötən il Cəlilabadda 5300 hektardan çox sahədə kartof əkilib, sahələrdən 140 min 660 ton məhsul yığılıb. Orta hesabla hər hektarda məhsuldarlıq 26 sentner təşkil edib.

Ağdam rayonunda tərəvəzçiliklə məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri də artıq may ayının birinci ongünlüyündən etibarən becərilmiş xiyarın yığımına başlayıblar. Qeyd edilməlidir ki, Ağdam rayonunda xiyar becərilməsi ilə əsasən, İmamqulubəyli kəndinin əhalisi məşğuldur. Bu kənddə, demək olar ki, təsərrüfatların əksəriyyətində xiyar bitkisi becərilir. İstehsalçılar may ayının əvvəlindən başlayaraq becərdikləri məhsulun satışını həyata keçirirlər. İmamqulubəyli kənd sakini Fariz Quliyev uzun illərdir həyətyanı sahəsində xiyar bitkisi becərir. O, bu il 30 sot sahədə 4500 ədəd xiyar şitili əkdiyini və bir həftədir məhsul yığımına başladığını deyib: “Xiyar toxumları fevral ayında əkilir, mart ayının 15-dən sonra şitillər açıq sahəyə köçürülür. Soyuq vurmasın deyə şitillərin üzəri may ayına kimi polietilen örtüklə örtülür. Bitkinin becərilməsi zamanı mineral gübrələrdən daha çox, peyinə üstünlük verilir. Məhsul yığımı isə may ayının 15-dən başlayır”.

Vurğulanmalıdır ki, sahələrdən may-iyun ayları ərzində orta hesabla 30 dəfə məhsul yığıldığını deyən fermer təsərrüfatından mövsüm ərzində 20 tondan çox məhsul götürəcəyini söyləyib.

Lənkəran rayonunda da tərəvəz əkininə mart ayında başlanılıb. Fermerlər əldə olunan məhsuldarlıqdan razıdırlar. Rayonda tərəvəzçiliklə məşğul olan məhsul istehsalçıları istixana şəraitində xiyarın yetişdirilməsinə diqqəti artırıblar. Təsərrüfatlarda əsasən, məhsuldarlığı və dözümlülüyü ilə seçilən Hollandiyadan gətirilmiş xiyar növləri əkilib. Bu növ xiyarın bir şitilindən üç kiloqrama qədər məhsul yığmaq olur. Yığılan məhsul əsasən, yerli bazara çıxarılır. Bol məhsul əldə etmək üçün düzgün aqrotexniki qulluğun da böyük əhəmiyyəti var. Mütəxəssislərin sözlərinə görə, düzgün aqrotexniki qulluğun nəticəsidir ki, bu il tərəvəz bitkilərində heç bir xəstəlik aşkarlanmayıb. Qeyd edək ki, rayonda xiyar yığımı bu ayın sonuna qədər davam edəcək.

Yardımlı rayonunun tərəvəz sahələrindən isə may ayının ikinci yarısından etibarən sarımsaq yığımına başlanılıb. Qeyd edək ki, ötən il sahələrdən bol məhsul əldə edən fermerlər bu il sarımsaq sahələrini bir qədər də genişləndiriblər. Əkilən sarımsaq bitkisinə göstərilən düzgün aqrotexniki qulluq və vaxtında zərərvericilərə qarşı aparılan tədbirlər bu il məhsuldarlığı ötən illə müqayisədə təxminən 20 faiz artırmağa zəmin yaradıb. Vurğulanmalıdır ki, rayon ərazisində əsasən, dəmyə üsulu ilə becərilən sarımsağın keyfiyyəti də yüksəkdir.

Pərviz SADAYOĞLU

 
  • Oxunub:  2910  |  
  • Tarix:  15-06-2021  |  
  •    Çap et   |  
Güclü dövlət olan Azərbaycan işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə təmin etmək əzmindədir

04 Avqust 08:36
Hikmət Babaoğlu: Azərbaycanın bütün vətəndaşları qanun qarşısında bərabərdirlər
04 Avqust 08:34
Kondisionerdən uzun müddət istifadə edilməsi hansı fəsadlara səbəb olur?
04 Avqust 08:30
Ermənistanda hökm sürən siyasi böhran parlament daxilində də davam etməkdədir
04 Avqust 08:27
Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir

04 Avqust 08:23
Ölkəmizdə referendumun keçirilməsinə və parlamentin buraxılmasına heç bir zərurət yoxdur

03 Avqust 20:59
Azərbaycanda koronavirus infeksiyasına 931 yeni yoluxma faktı qeydə alınıb
03 Avqust 19:59
Rəcəb Tayyib Ərdoğan: Meşə yanğınları ilə əlaqədar göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm
03 Avqust 19:57
Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının IX hesabat konfransı keçirilib
03 Avqust 19:44
SADƏLİK ÖZ GÜCÜNÜ TANRIDAN ALIR!
03 Avqust 19:19
Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti Türkiyədə səfərdə olub
03 Avqust 18:18
Qazaxıstan Azərbaycanlıları İctimai Birliyi Türkiyədəki yanğınlarla bağlı bəyanat yayımlayıb
03 Avqust 17:55
Milli Məclisin növbədənkənar sessiyasının iclası keçirilib
03 Avqust 17:16
Anar Məmmədov: Parlamentin buraxılacağı barədə yayılan məlumatlar ictimai rəyi çaşdırmağa yönəlmiş cəhddir
03 Avqust 17:14
Şahin İsmayılov: Azərbaycanda referenduma və ya parlamentin buraxılmasına hər hansı bir zərurət yoxdur
03 Avqust 16:56
Səfir: Azərbaycan dövlətinin yanğınların söndürülməsinə göstərdiyi dost və qardaş dəstəyi təqdirəlayiqdir
03 Avqust 16:55
Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin Türkiyədə olan qüvvələrinin fəaliyyəti yüksək qiymətləndirilir
03 Avqust 16:46
Səccad Heydər Kərim: Mövcud reallıqlar şəraitində bölgənin inkişafına töhfə vermək istəyirəm
03 Avqust 16:14
Polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışı keçirilib
03 Avqust 16:05
Məlahət İbrahimqızı: İçimizdəki ermənipərəst qüvvələrin cəmiyyətdə təxribat xarakterli niyyəti növbəti dəfə də iflasa uğrayacaq
03 Avqust 15:56
YAP Şuşa rayon təşkilatının VI hesabat konfransı keçirilib
03 Avqust 15:36
Energetika naziri videoformatda vətəndaşları qəbul edib
03 Avqust 15:33
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “açıq qapı” günləri keçirir
03 Avqust 15:21
Regional DOST Mərkəzləri ilə bərabər, ətraf rayonlarda onların filialları da yaradılacaq
03 Avqust 15:16
Azərbaycan güləşçisi Rafiq Hüseynov Tokio Olimpiadasında bürünc medal qazanıb
03 Avqust 15:12
“İnnovativ idarəetmə: Dövlət xidmətlərində rəqəmsallaşma” mövzusunda seminar keçirilib
03 Avqust 14:59
Türkiyənin beş vilayətində yanğınla mübarizə davam edir
03 Avqust 14:27
Əl-Cəzirənin mərkəz direktoru: Əlaqələrin inkişaf etdirilməsi üçün birgə layihələrin icrasına xüsusi önəm verilir
03 Avqust 14:02
Prezident İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib
03 Avqust 13:41
YAP Zəngilan rayon təşkilatının X hesabat konfransı keçirilib
03 Avqust 13:40
Malik Həsənov: Müasir müstəqil Azərbaycan dövləti bu gün ən yüksək zirvədədir
03 Avqust 13:35
Əliabbas Salahzadə: Zəfərimizin yaratdığı yeni reallıqlar Azərbaycanın qarşısında böyük imkanlar açır
03 Avqust 13:19
Ukrayna səfiri Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində olub
03 Avqust 12:55
Milli Məclis deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi barədə qərar qəbul edib
03 Avqust 12:53
Ali məktəblərə qəbul olmaq üçün 16 mindən çox subbakalavr ərizəsini təsdiqlədib
03 Avqust 12:49
Mərkəzi Bank: Bugünkü valyuta hərracında tələb 43,6 milyon dollar olub
03 Avqust 12:39
Suraxanı rayonunda Şəhid Ruslan Rəcəbovun məzarı ziyarət olunub və ailəsinə baş çəkilib
03 Avqust 12:07
Milli Məclisin sədri: Qanun qarşısında hamı bərabərdir
03 Avqust 12:00
Baş prokuror: Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi tam zəruridir
03 Avqust 11:31
Fövqəladə hallar nazirinin müavini Marmarisdə Azərbaycan yanğınsöndürənlərinin səhər toplanışında iştirak edib
03 Avqust 11:30
Bu gün Bakının “Neftçi” klubu Finlandiyanın HİK komandasını qəbul edəcək
03 Avqust 11:11
Milli Məclisin plenar iclasında Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi barədə məsələ müzakirə olunur
03 Avqust 10:53
Dövlət sərhədindən narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb
03 Avqust 09:31
Güclü dövlət olan Azərbaycan işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə təmin etmək əzmindədir
03 Avqust 09:18
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi ötən illər ərzində böyük inkişaf yolu keçib
03 Avqust 09:04
Azərbaycan, Türkiyə və Pakistan arasında parlamentlərarası yeni əməkdaşlıq formatının yaradılması mühüm tarixi hadisədir
03 Avqust 09:03
Sübut Əsədov: Bu gün Azərbaycan dövlətinin qarşısında dayanan əsas məsələ işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın həyata keçirilməsidir
03 Avqust 09:01
Abutalıb Səmədov: Son 10 ildə Azərbaycanın yürütdüyü məqsədyönlü xarici siyasət ölkəmizin beynəlxalq nüfuzunu daha da artırıb

03 Avqust 09:00
Radikal müxalifət dezinformasiya yaymaqla süni siyasi gündəm yaratmağa çalışır

03 Avqust 08:54
Ermənistanda yeni parlamentin ilk iclası qalmaqallarla müşayiət olunub
03 Avqust 08:49
“Diaspor quruculuğu siyasətindəki yeni mərhələdə üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırıq”
03 Avqust 08:44
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 milyondan çoxdur
02 Avqust 21:09
Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun bütün texnikası tam tərkibdə yerindədir
02 Avqust 19:59
Şahin İsmayılov: Jirinovski gündəmdə qalması üçün ucuz və yalan ifadələri özünə alət seçib
02 Avqust 19:56
Ramin Məmmədov: Vladimir Jirinovski bu cür qeyri-obyektiv, qərəzli yanaşmaları ilə Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirə bilməyəcək
02 Avqust 19:51
Deputat Jalə Əhmədova: VI çağırış Milli Məclisin fəaliyyəti yüksək səviyyədə qurulub
02 Avqust 19:37
Anar Məmmədov: Jirinovski kimilər Rusiya-Azərbaycan dostluğunu zədələyə bilməz
02 Avqust 19:35
Əliabbas Salahzadə: Ermənistanın təəssübkeşi olan Vladimir Jirinovski Azərbaycanın uğurlarından narahatdır
02 Avqust 18:57
Sevinc Hüseynova: Ölkəmizdə parlamentin buraxılmasına və referendumun keçirilməsinə zərurət yoxdur
02 Avqust 18:48
Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının IX hesabat konfransı keçirilib
02 Avqust 18:43
Eldar İbrahimov: Azərbaycan, Türkiyə və Pakistanın birliyi tarixi hadisədir
02 Avqust 18:42
Gücümüz birliyimizdə, birliyimiz də gücümüzdədir
02 Avqust 18:22
Şəhid övladlarının qatıldığı "Zəfər" düşərgəsinə yekun vurulub
02 Avqust 18:05
Sevinc Fətəliyeva: Vladimir Jirinovski hər zaman Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilib
02 Avqust 18:02
Cavanşir Paşazadə: Vladimir Jirinovskinin Azərbaycan haqqında fikirləri qəbulolunmazdır
02 Avqust 15:09
Jalə Əliyeva: Görünür kimlərəsə süni gündəm yaratmaq lazımdır
02 Avqust 14:49
Hikmət Babaoğlu: Azərbaycanda referendumun və Milli Məclisə yenidən seçkilərin keçirilməsi ilə bağlı səsləndirilən fikirlərin heç bir əsası yoxdur
02 Avqust 14:14
FHN-in yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyədə əhali tərəfindən böyük coşğu ilə qarşılanıb
02 Avqust 13:27
AZAL sərnişinləri sərnişindaşıma qaydaları ilə diqqətlə tanış olmağa çağırır
02 Avqust 13:25
Pərvin Kərimzadə: Jirinovskinin məsuliyyətsiz və təxribat xarakterli çıxışları Rusiyanın öz nüfuzuna zərbə vurur
02 Avqust 13:11
Suraxanı rayonunda şəhid Sərdar İsmayılovun xatirəsinə inşa edilən bulağın açılışı olub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA