Ana səhifə »  Xəbər lenti »  Milli Məclisin deputatı Ağalar Vəliyev: Qazandığımız uğurlar Ulu Öndər Heydər Əliyevin möhtəşəm qayıdışı ilə bağlıdır
A+   Yenilə  A-
Milli Məclisin deputatı Ağalar Vəliyev: Qazandığımız uğurlar Ulu Öndər Heydər Əliyevin möhtəşəm qayıdışı ilə bağlıdır

Xalqımızın Milli Qurtuluş Günü müasir Azərbaycan tarixinin ən mühüm dönüş nöqtələrindən biridir. Azərbaycanın müstəqil dövlət olaraq qazandığı uğurları Milli Qurtuluş Günündən və bu günün səbəbkarı olan Ulu öndər Heydər Əliyevin möhtəşəm qayıdışından ayrı təsəvvür etmək mümkün deyil. Azərbaycanın 1991-ci ildə qazandığı müstəqilliyin qorunub saxlanması, onun dönməz xarakter alması birmənalı olaraq Ümummilli lider Heydər Əliyevin tarixi xidməti sayılır. Məhz bu qayıdışın nəticəsidir ki, indi hər birimizin qürur duyduğu, uğurlarına sevindiyimiz və bizim üçün dəyərli olan Azərbaycanda yaşayırıq.

 Bu fikirləri KİV-ə açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev söyləyib.

Deputat  bildirib ki, Azərbaycan xalqı tərəfindən 15 İyun - Milli Qurtuluş Günü çağdaş dövlətçilik tariximizin ən əhəmiyyətli  hadisəsi kimi qeyd edilir. Bu isə onunla bağlıdır ki, insanlar öz həyatlarını və ölkəmizin indiki  firavanlığını və gələcəklə bağlı arzu- istəklərini  Milli Qurtuluş Günü ilə, Heydər Əliyevin tarixi qayıdışı ilə bilavasitə əlaqələndirirlər. Çünki  hər bir vətəndaşın həyatında baş verən müsbət dəyişikliklər, ilk növbədə, Heydər Əliyevin möhtəşəm qayıdışı və bu qayıdışın yaratdığı Qurtuluş məfkurəsi ilə birbaşa bağlıdır. Qurtuluş məfkurəsi eyni zamanda Azərbaycan insanının mənəvi böhrandan və deqredasiyadan xilas olması anlamını daşıyır.

Müstəqillik illərinin  əvvəllərində Azərbaycanın anarxiya, parçalanmaq və məhv olmaq təhlükəsi, iqtisadi tənəzzül, beynəlxalq təcrid ilə üz-üzə qaldığını diqqətə çatdıran millət vəkili Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin siyasi təlatümlərdən xilas olaraq dinc inkişaf yoluna qədəm qoyduğunu, respublikada  mühüm siyasi və iqtisadi islahatların dönməz xarakter aldığını, neft strategiyasının reallaşdırıldığını, cəbhədə atəşkəsin əldə olunduğunu, nizami ordu quruculuğu prosesinə başlandığını və Azərbaycan cəmiyyətinin inkişafı üçün təməl prinsiplərinin yaradıldığını bildirib. 

Ağalar Vəliyev qeyd edib ki, Ulu öndərin işləyib hazırladığı müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycanın uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoyub.

Aydın bir həqiqətdir ki, xalqın təkidli tələbi ilə 1993-cü ildə Ulu öndərin qayıdışı sayəsində Azərbaycan parçalanmaqdan,  xaos və siyasi anarxiyadan, iqtisadi böhran kimi ümidsizlik aşılayan bəlalardan xilas oldu. Ölkədə sabitlik və əmin-amanlıq təmin edildi, islahatlar həyata keçirildi.

Millət vəkilinin sözlərinə görə, Heydər Əliyev bu gün əbədi müstəqilliyinə qovuşmuş müasir Azərbaycan dövlətinin memarı sayılır. Ümummilli liderimizin siyasəti hər zaman ölkəmizin inkişafının və yeniləşməsinin əsasını təşkil edib. 2003-cü ildən bu günə qədər Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında qüdrətli inkişafında bu siyasət həlledici rol oynayıb və bu siyasi kursun uğurla davam etdirilməsi sayəsində insanların rifahı əhəmiyyətli dərəcədə yüksəlib, ölkənin hərbi qüdrəti müqayisəedilməz dərəcədə güclənib. Yeniləşmə nəticəsində şəhər və kəndlərimizin siması kökündən dəyişib. Bu gün Azərbaycan dünyada ən uğurlu gənc dövlət kimi qəbul olunur, onun parlaq gələcəyinə  olan inam Dünya Birliyində bizə çoxlu dostlar qazandırıb. Ölkəmizin mövqeyinin güclənməsi, bir çox beynəlxalq reytinqlərdə ən mötəbər yerlərdə mövqe tutması insanlarımızın qürur mənbəyinə çevrilib.

Məhz bu uğurlu siyasi kursun  məntiqi nəticəsidir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dövlətimiz 44 günlük Vətən Müharibəsində mütləq Qələbə qazandı və torpaqlarımızın ərazi bütövlüyü təmin edildi. 

Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev 8 noyabr Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. 

Deputat qeyd edib ki, ərazi bütövlüyümüzün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatı ilə bağlı aparılan sosial siyasət xalqın arzu və istəklərinə cavab verir. Bu gün dövlət başçımız tərəfindən həyata keçirilən siyasətin vətəndaşlarımız tərəfindən rəğbətlə qarşılanması Ulu öndər tərəfindən əsası qoyulan xalq-iqtidar birliyinin güclü və davamlı olmasından xəbər verir. Milli Məclisin üzvü onu da vurğulayıb  ki, bu günlərdə Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyadalar əleyhinə minaların yerləşdirildiyi ərazilərin xəritələrini Azərbaycan tərəfinə təqdim etməsi böyük bir siyasi-diplomatik uğur kimi dəyərləndirildi və bu bir daha göstərdi ki, Azərbaycan Prezidenti İlham Əliyev işğal altındakı torpaqların düşməndən azad olunması, bərpa işlərinin sistemli görülməsi və böyük qayıdış üçün geniş bir konsepsiya həyata keçirməyə qadirdir. Minalanmış ərazilərin xəritəsinin müqabilində 15 nəfər saxlanılmış erməninin Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilməsi isə Azərbaycanın regional sülh təşəbbüsündə lider dövlət olduğunu təsdiqləyən növbəti addımdır.

Qazanılan bütün bu son uğurlar bir daha onu təsdiqləyir ki, Azərbaycan Heydər Əliyevin qoyduğu yolla gedərək ən uğurlu ölkə adını hələ uzun illər qoruyacaq.

 
  • Oxunub:  4020  |  
  • Tarix:  15-06-2021  |  
  •    Çap et   |  
Güclü dövlət olan Azərbaycan işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə təmin etmək əzmindədir

04 Avqust 08:36
Hikmət Babaoğlu: Azərbaycanın bütün vətəndaşları qanun qarşısında bərabərdirlər
04 Avqust 08:34
Kondisionerdən uzun müddət istifadə edilməsi hansı fəsadlara səbəb olur?
04 Avqust 08:30
Ermənistanda hökm sürən siyasi böhran parlament daxilində də davam etməkdədir
04 Avqust 08:27
Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir

04 Avqust 08:23
Ölkəmizdə referendumun keçirilməsinə və parlamentin buraxılmasına heç bir zərurət yoxdur

03 Avqust 20:59
Azərbaycanda koronavirus infeksiyasına 931 yeni yoluxma faktı qeydə alınıb
03 Avqust 19:59
Rəcəb Tayyib Ərdoğan: Meşə yanğınları ilə əlaqədar göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm
03 Avqust 19:57
Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının IX hesabat konfransı keçirilib
03 Avqust 19:44
SADƏLİK ÖZ GÜCÜNÜ TANRIDAN ALIR!
03 Avqust 19:19
Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti Türkiyədə səfərdə olub
03 Avqust 18:18
Qazaxıstan Azərbaycanlıları İctimai Birliyi Türkiyədəki yanğınlarla bağlı bəyanat yayımlayıb
03 Avqust 17:55
Milli Məclisin növbədənkənar sessiyasının iclası keçirilib
03 Avqust 17:16
Anar Məmmədov: Parlamentin buraxılacağı barədə yayılan məlumatlar ictimai rəyi çaşdırmağa yönəlmiş cəhddir
03 Avqust 17:14
Şahin İsmayılov: Azərbaycanda referenduma və ya parlamentin buraxılmasına hər hansı bir zərurət yoxdur
03 Avqust 16:56
Səfir: Azərbaycan dövlətinin yanğınların söndürülməsinə göstərdiyi dost və qardaş dəstəyi təqdirəlayiqdir
03 Avqust 16:55
Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin Türkiyədə olan qüvvələrinin fəaliyyəti yüksək qiymətləndirilir
03 Avqust 16:46
Səccad Heydər Kərim: Mövcud reallıqlar şəraitində bölgənin inkişafına töhfə vermək istəyirəm
03 Avqust 16:14
Polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışı keçirilib
03 Avqust 16:05
Məlahət İbrahimqızı: İçimizdəki ermənipərəst qüvvələrin cəmiyyətdə təxribat xarakterli niyyəti növbəti dəfə də iflasa uğrayacaq
03 Avqust 15:56
YAP Şuşa rayon təşkilatının VI hesabat konfransı keçirilib
03 Avqust 15:36
Energetika naziri videoformatda vətəndaşları qəbul edib
03 Avqust 15:33
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “açıq qapı” günləri keçirir
03 Avqust 15:21
Regional DOST Mərkəzləri ilə bərabər, ətraf rayonlarda onların filialları da yaradılacaq
03 Avqust 15:16
Azərbaycan güləşçisi Rafiq Hüseynov Tokio Olimpiadasında bürünc medal qazanıb
03 Avqust 15:12
“İnnovativ idarəetmə: Dövlət xidmətlərində rəqəmsallaşma” mövzusunda seminar keçirilib
03 Avqust 14:59
Türkiyənin beş vilayətində yanğınla mübarizə davam edir
03 Avqust 14:27
Əl-Cəzirənin mərkəz direktoru: Əlaqələrin inkişaf etdirilməsi üçün birgə layihələrin icrasına xüsusi önəm verilir
03 Avqust 14:02
Prezident İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib
03 Avqust 13:41
YAP Zəngilan rayon təşkilatının X hesabat konfransı keçirilib
03 Avqust 13:40
Malik Həsənov: Müasir müstəqil Azərbaycan dövləti bu gün ən yüksək zirvədədir
03 Avqust 13:35
Əliabbas Salahzadə: Zəfərimizin yaratdığı yeni reallıqlar Azərbaycanın qarşısında böyük imkanlar açır
03 Avqust 13:19
Ukrayna səfiri Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində olub
03 Avqust 12:55
Milli Məclis deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi barədə qərar qəbul edib
03 Avqust 12:53
Ali məktəblərə qəbul olmaq üçün 16 mindən çox subbakalavr ərizəsini təsdiqlədib
03 Avqust 12:49
Mərkəzi Bank: Bugünkü valyuta hərracında tələb 43,6 milyon dollar olub
03 Avqust 12:39
Suraxanı rayonunda Şəhid Ruslan Rəcəbovun məzarı ziyarət olunub və ailəsinə baş çəkilib
03 Avqust 12:07
Milli Məclisin sədri: Qanun qarşısında hamı bərabərdir
03 Avqust 12:00
Baş prokuror: Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi tam zəruridir
03 Avqust 11:31
Fövqəladə hallar nazirinin müavini Marmarisdə Azərbaycan yanğınsöndürənlərinin səhər toplanışında iştirak edib
03 Avqust 11:30
Bu gün Bakının “Neftçi” klubu Finlandiyanın HİK komandasını qəbul edəcək
03 Avqust 11:11
Milli Məclisin plenar iclasında Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi barədə məsələ müzakirə olunur
03 Avqust 10:53
Dövlət sərhədindən narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb
03 Avqust 09:31
Güclü dövlət olan Azərbaycan işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə təmin etmək əzmindədir
03 Avqust 09:18
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi ötən illər ərzində böyük inkişaf yolu keçib
03 Avqust 09:04
Azərbaycan, Türkiyə və Pakistan arasında parlamentlərarası yeni əməkdaşlıq formatının yaradılması mühüm tarixi hadisədir
03 Avqust 09:03
Sübut Əsədov: Bu gün Azərbaycan dövlətinin qarşısında dayanan əsas məsələ işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın həyata keçirilməsidir
03 Avqust 09:01
Abutalıb Səmədov: Son 10 ildə Azərbaycanın yürütdüyü məqsədyönlü xarici siyasət ölkəmizin beynəlxalq nüfuzunu daha da artırıb

03 Avqust 09:00
Radikal müxalifət dezinformasiya yaymaqla süni siyasi gündəm yaratmağa çalışır

03 Avqust 08:54
Ermənistanda yeni parlamentin ilk iclası qalmaqallarla müşayiət olunub
03 Avqust 08:49
“Diaspor quruculuğu siyasətindəki yeni mərhələdə üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırıq”
03 Avqust 08:44
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 milyondan çoxdur
02 Avqust 21:09
Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun bütün texnikası tam tərkibdə yerindədir
02 Avqust 19:59
Şahin İsmayılov: Jirinovski gündəmdə qalması üçün ucuz və yalan ifadələri özünə alət seçib
02 Avqust 19:56
Ramin Məmmədov: Vladimir Jirinovski bu cür qeyri-obyektiv, qərəzli yanaşmaları ilə Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirə bilməyəcək
02 Avqust 19:51
Deputat Jalə Əhmədova: VI çağırış Milli Məclisin fəaliyyəti yüksək səviyyədə qurulub
02 Avqust 19:37
Anar Məmmədov: Jirinovski kimilər Rusiya-Azərbaycan dostluğunu zədələyə bilməz
02 Avqust 19:35
Əliabbas Salahzadə: Ermənistanın təəssübkeşi olan Vladimir Jirinovski Azərbaycanın uğurlarından narahatdır
02 Avqust 18:57
Sevinc Hüseynova: Ölkəmizdə parlamentin buraxılmasına və referendumun keçirilməsinə zərurət yoxdur
02 Avqust 18:48
Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının IX hesabat konfransı keçirilib
02 Avqust 18:43
Eldar İbrahimov: Azərbaycan, Türkiyə və Pakistanın birliyi tarixi hadisədir
02 Avqust 18:42
Gücümüz birliyimizdə, birliyimiz də gücümüzdədir
02 Avqust 18:22
Şəhid övladlarının qatıldığı "Zəfər" düşərgəsinə yekun vurulub
02 Avqust 18:05
Sevinc Fətəliyeva: Vladimir Jirinovski hər zaman Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilib
02 Avqust 18:02
Cavanşir Paşazadə: Vladimir Jirinovskinin Azərbaycan haqqında fikirləri qəbulolunmazdır
02 Avqust 15:09
Jalə Əliyeva: Görünür kimlərəsə süni gündəm yaratmaq lazımdır
02 Avqust 14:49
Hikmət Babaoğlu: Azərbaycanda referendumun və Milli Məclisə yenidən seçkilərin keçirilməsi ilə bağlı səsləndirilən fikirlərin heç bir əsası yoxdur
02 Avqust 14:14
FHN-in yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyədə əhali tərəfindən böyük coşğu ilə qarşılanıb
02 Avqust 13:27
AZAL sərnişinləri sərnişindaşıma qaydaları ilə diqqətlə tanış olmağa çağırır
02 Avqust 13:25
Pərvin Kərimzadə: Jirinovskinin məsuliyyətsiz və təxribat xarakterli çıxışları Rusiyanın öz nüfuzuna zərbə vurur
02 Avqust 13:11
Suraxanı rayonunda şəhid Sərdar İsmayılovun xatirəsinə inşa edilən bulağın açılışı olub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA