Ana səhifə »  Xəbər lenti »  İsrailli ekspert Arye Qut: Ermənistan dünya birliyini cinayətkarcasına aldatmaqda davam edir
A+   Yenilə  A-
İsrailli ekspert Arye Qut: Ermənistan dünya birliyini cinayətkarcasına aldatmaqda davam edir

2020-ci ildə Cənubi Qafqazda baş vermiş hadisələr, o cümlədən Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş tarixi torpaqlarının azad edilməsi uğrunda müharibədə müzəffər diplomatik və hərbi qələbəsi bir daha göstərdi ki, Odlar Diyarı regionun real liderinə çevrilib. Dünyanın bu mühüm geostrateji və logistik regionunda heç bir iri layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilə bilməz.

AZƏRTAC xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin və “İsraildə Azərbaycan evi”nin icraçı direktoru, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut bu fikirləri İsrailin “KAN” ictimai radiosunun populyar “Beynəlxalq gündəlik” proqramına müsahibəsində söyləyib.

Arye Qut vurğulayıb: “Mən işğaldan azad edilmiş bu ərazilərdə ilk dəfə bir neçə ay bundan əvvəl oldum. 1992-1993-cü illərdə Ermənistan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini pozaraq bu əraziləri işğal edib, lakin təəssüf ki, ötən 27 il ərzində beynəlxalq hüquq işləməyib, keçən il payızda isə Ermənistanın təhrikləri nəticəsində Azərbaycan öz silahının gücü, öz əsgər və zabitlərinin igidliyi və qəhrəmanlığı sayəsində İkinci Qarabağ müharibəsi dövründə həmin əraziləri özü azad etməyə məcbur olub.

Ermənistan bir faktı qəbul edə bilmir ki, Cənubi Qafqazda İsrailin strateji tərəfdaşı məhz Azərbaycandır və Azərbaycan İsrail ilə hərbi-strateji tərəfdaşlıq sayəsində postsovet məkanında heç bir başqa ölkənin əldə edə bilmədiyi texnoloji üstünlüklər qazanır”.

Verilişin aparıcısının Ermənistan tərəfindən Azərbaycanın ünvanına səslənən ittihamlar barədə sualına israilli ekspert sərt cavab verib. O deyib: “Bilirsinizmi, düz iki ay bundan əvvəl mən “İsrael HaYom” qəzetinin müxbiri olan dostumu işğaldan azad edilmiş Ağdam, Füzuli, Zəngilan və Cəbrayıl rayonlarına səfərdə müşayiət etmişəm. Ermənilər Azərbaycanı qondarma “soyqırımı” törətməkdə ittiham edəndə mən onlardan soruşuram: siz elə bilirsiniz biz 29 il bundan əvvəl soyuq fevral gecəsində Azərbaycanın Xocalı şəhərində məhz ermənilərin 613 azərbaycanlını kütləvi şəkildə qətlə yetirməklə soyqırımı aktı törətdiklərini unutmuşuq? Siz elə bilirsiniz biz unutmuşuq ki, bu dinc sakinlərin yeganə “təqsiri” onların azərbaycanlı olması idi?

Mən erməni işğalından azad edilmiş bu əraziyə çatanda lap ilk andan belə bir təsəvvür yarandı ki, sanki bu ərazidə dəhşətli taun xəstəliyi yayılıb. İşğaldan azad edilmiş bütün ərazidə demək olar ki, heç bir ev, uşaq bağçası və ya məktəb, kitabxana və muzey salamat qalmayıb. İşğalçı erməni ordusu çapovulçuluq və vandalizmlə məşğul olub, Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan şəhərlərini yerlə-yeksan edib. Vaxtilə küçələrin və evlərin olduğu yerdə indi yalnız qapı yerləri və sütunlar görünürdü, pəncərə çərçivələri ətrafa səpələnmişdi.

Əgər ermənilər bu əraziləri “özününkü” hesab edirlərsə, nə üçün məhz erməni işğalından sonra bu ərazilər kabus şəhərlər kimi görünür?”.

Ekspertin sözlərinə görə, ermənilər tərəfindən günahsız uşaqlara, qadınlara və qocalara qarşı törədilmiş bu misli görünməmiş qəddarlığın və vandalizmin, habelə ərazilərin Ermənistan tərəfindən qəddarlıqla minalanmasının heç bir əsası və izahı yoxdur.

Arye Qut deyib: “Ermənistan tərəfindən müxtəlif tipli minalar və digər partladıcı qurğular yerləşdirilməsi nəticəsində 120-dən çox Azərbaycan vətəndaşı həlak olub və ya yaralanıb. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 35 mindən çox minanın zərərsizləşdirilməsinə baxmayaraq təqribən 100 milyon kvadrat metrlik ərazidə mina qurbanlarının sayının artması davam edir, minalanmış ərazilərin xəritələrinin təqdim edilməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Ermənistan həmin xəritələri verməkdən qəsdən imtina edir.

Mən İsraildə çalışan siyasi ekspert kimi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəsi və “İsraildə Azərbaycan evi”nin icraçı direktoru kimi İsraildəki və bütün dünyadakı həmkarlarımı Ermənistan Respublikasına təcili təzyiq göstərməyə çağırıram, o, minalanmış sahələrin xəritələrini təqdim etməyə borcludur.

Azərbaycanın heç bir təqsiri olmayan daha neçə dinc sakini, o cümlədən bizim jurnalist həmkarlarımızdan daha neçəsi həlak olmalıdır ki, belə laqeyd münasibətə və susqunluğa son qoyulsun? Bu insanların təqsiri nədir?

İsrailli ekspert müsahibəsində qeyd edib ki, bir neçə gün bundan əvvəl Azərbaycan terrorizmdə ittiham üzrə həbs edilmiş 15 nəfər ermənini Ermənistan tərəfindən minalanmış sahələrin xəritəsinin təqdim edilməsi müqabilində Ermənistana təhvil verib. Bu xəritələrdə Ağdam rayonunda 97 min tank əleyhinə və piyadalar əleyhinə minanın qoyulduğu yerlər göstərilib.

Arye Qut sonda deyib: “Mina xəritələrinin alınması on minlərlə Azərbaycan vətəndaşının, o cümlədən minaların təmizlənməsi üzrə mütəxəssislərin və jurnalistlərin həyatını və sağlamlığını xilas edəcək, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Ağdamda bərpa layihələrinin həyata keçirilməsini və məcburi köçkünlərin qayıtmasını sürətləndirəcək.

Ermənistan Ağdam rayonunda ərazilərin minalanması xəritələrini Azərbaycana verib. Şübhəsiz, bu, erməni saxtakarlığının, dünya birliyinin diplomatik, hətta cinayətkar şəkildə aldadılmasının növbəti təsdiqidir. Rəsmi Bakının dəfələrlə müraciət etməsinə baxmayaraq Ermənistan rəhbərliyi əvvəlcə minalanmış sahələrin xəritələrini verməkdən imtina edirdi.

Bütün bunlardan sonra Ermənistan İsrail ilə strateji münasibətlər qurmaq istəyir. İsrail-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. Bizim dövlətlərarası siyasi və hərbi-texniki tərəfdaşlığımız ən yüksək səviyyədədir. Bizim münasibətlərimiz bizim tərəfdaşlığımıza həsəd aparan qüvvələrə real cavabdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəndən sonra biz yeni dövrə, müharibədən sonrakı dövrə qədəm qoymuşuq. Bu mərhələdə Azərbaycanda dost ölkələr üçün, xüsusən İsrail dövləti və İsrail şirkətləri üçün yer var. İsrail Azərbaycan ilə kənd təsərrüfatı, innovasiyalar, kibertexnologiyalar və artıq işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhərlər” yaradılması sahəsində əməkdaşlığı daim davam etdirməyə hazırdır. Qalib Azərbaycan dövləti və onun Müzəffər Prezidenti keçmiş barədə deyil, gələcək haqqında düşünür. Mən çox ümid edirəm ki, artıq gələn il biz dövlətlərarası münasibətlərimizin daha da dərinləşməsinin və genişlənməsinin şahidi olacağıq”.

 
  • Oxunub:  3030  |  
  • Tarix:  16-06-2021  |  
  •    Çap et   |  
Azərbaycanda dağ-mədən sənayesinin inkişafı istiqamətində görülən işlər böyük iqtisadi önəm daşıyır

24 İyul 20:14
Deputat: Azərbaycan Avropa İttifaqının enerji təminatının yeganə alternativ mənbəyi kimi çıxış edir
24 İyul 20:10
Adil Əliyev: Son altı ayın sosial-iqtisadi göstəricilərinə baxarkən kifayət qədər müsbət məqamları görmək mümkündür
24 İyul 20:05
Deputat: Azərbaycanla Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı mövqeləri üst-üstə düşür
24 İyul 17:11
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə Müraciət
24 İyul 12:37
Deputat: Qeyri-neft sektorundakı inkişaf iqtisadi fəaliyyətin dayanıqlılığı baxımından yeni imkanlar yaradır
24 İyul 12:35
Nazir Anar Kərimov məşhur fotojurnalist Reza Deqati ilə görüşüb
24 İyul 06:45
Azərbaycanda dağ-mədən sənayesinin inkişafı istiqamətində görülən işlər böyük iqtisadi önəm daşıyır
24 İyul 06:40
Azərbaycan Respublikasının VI çağırış Milli Məclisi ölkəmizdə siyasi konfiqurasiyanın və demokratik təcrübənin yeni nümunəsi kimi
24 İyul 06:13
Azərbaycanın beynəlxalq həmrəyliyin gücləndirilməsinə xidmət edən təşəbbüsləri dünya miqyasında yüksək dəyərləndirilir
24 İyul 06:10
Uşaqlarda adenoid: nələri bilmək və hansı tədbirləri görmək lazımdır?

24 İyul 06:08
Radikal müxalifətin Azərbaycan dövlətinə qarşı qara piar kampaniyası iflasa məhkumdur

24 İyul 06:06
Paşinyan iqtidarı yeni uğursuzluqlarla üzləşə bilər
23 İyul 18:49
Həsən Bəy Zərdabinin zəngin irsinin qorunması və gələcək nəsillərə ötürülməsi məqsədilə mühüm layihələr həyata keçirilir
23 İyul 17:55
Zəngəzur dəhlizinin açılması regionun gələcək inkişafı üçün mühüm amildir
23 İyul 17:42
Azərbaycan-Avropa İttifaqı əlaqələri uğurla inkişaf edir
23 İyul 17:27
Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub
23 İyul 17:26
Azərbaycanla Avropa İttifaqının uzun illərə söykənən əlaqələri uğurla davam etdirilməkdədir
23 İyul 17:10
Yeni Qanuna əsasən, 6 ay ərzində şəxsə təkrar əlillik təyin edildikdə, əvvəlki əlillik müddəti bitdiyi vaxtdan rəsmiləşəcək
23 İyul 17:09
Ölkəmiz Avropa İtiifaqı ilə münasibətlərini yeni keyfiyyət müstəvisinə qaldırmaqdadır
23 İyul 16:58
AZPROMO-nun Nizamnaməsi və Strukturu təsdiqlənib – Fərman
23 İyul 16:42
Suraxanı rayonunda şəhid Mürsəl Kazımlının ailəsi ziyarət edilib
23 İyul 16:40
“Nizami Gəncəvi: təbiətə sevginin ədəbi ifadəsi” mövzusunda konfrans təşkil olunub
23 İyul 16:38
Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır
23 İyul 16:37
Anar Məmmədov: Azərbaycanla Avropa İttifaqının münasibətlərində yeni bir səhifə açılıb
23 İyul 16:32
İlin birinci yarısında 267 şəxs barəsində 155 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib
23 İyul 16:26
Uşaq Reabilitasiya Mərkəzində son nəsil reabilitasiya trenajoru - robotlaşdırılmış lokomat kompleksi istifadəyə verilib
23 İyul 16:07
Olimpiya Oyunlarının təntənəli açılış mərasimində Azərbaycan milli komandasının keçidi olub
23 İyul 16:05
Dəliməmmədli–Düzqışlaq–Bağçakürd–Dəyirmanlar–Azad–Nizami avtomobil yolunun tikintisinə 3 milyon manat ayrılıb - SƏRƏNCAM
23 İyul 16:04
Mariana Vasileva: Olimpiya Oyunları idmançılar üçün ən vacib yarışdır
23 İyul 15:54
Gündüz Bayramov: Ələt Azad İqtisadi Zonasının yaradılması Azərbaycana böyük iqtisadi dividendlər qazandıracaq
23 İyul 15:50
Dövlət Sosial Müdafiə Fonduna işə qəbul imtahanında iştirak edəcək namizədlərin nəzərinə
23 İyul 15:27
Prezident Naftalan şəhərində avtomobil yollarının əsaslı təmirinə 3 milyon manat ayırıb
23 İyul 15:23
Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş cinayət əməllərinə dair 68 cinayət işi üzrə istintaq aparılıb
23 İyul 15:17
Energetika naziri Türkiyə səfiri ilə görüşüb
23 İyul 15:12
“Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir
23 İyul 15:03
Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun əsaslı təmirinə 3 milyon manat ayrılıb - SƏRƏNCAM
23 İyul 14:54
“Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində “Gənclər üçün çeşidli imkanların yaradılması və iştirakçılığın artırılması istiqamətində dövlət siyasəti” mövzusunda seminar keçirilib
23 İyul 14:34
“Mən müharibədə yaralananları, ölənləri deyil, müharibə dəhşətlərinin əks olunduğu gözləri çəkirəm”
23 İyul 14:33
Vətəndaşlardan hədə-qorxu ilə pul almaqda təqsirləndirilən şəxslər barəsində cinayət işi başlanıb
23 İyul 14:26
Mikayıl Cabbarov: Azərbaycan və Rusiya yeni əməkdaşlıq layihələri həyata keçirəcək
23 İyul 14:08
UNEC rektoru: Yeni dərs ili və gözləntilər
23 İyul 13:23
Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək
23 İyul 13:17
Deputat: Nəhəng nəqliyyat, infrastruktur layihələri Avropa İttifaqı-Azərbaycan əməkdaşlığının strateji əhəmiyyətindən xəbər verir
23 İyul 13:10
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə başsağlığı verib
23 İyul 12:28
Heydər Əliyev Mərkəzində yeni sərgi: “Nizaminin süjet və obrazları”
23 İyul 12:26
Səməd Qurbanov: Azərbaycanla Rusiya şirkətlərinin əlaqələrinin daha da genişləndirilməsi vacibdir
23 İyul 12:19
Deputat: Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər yeni mərhələyə qədəm qoyur
23 İyul 12:13
Rusiyanın iqtisadi inkişaf nazirinin müavini: Moskva görüşündə ölkələrimizin əməkdaşlıq əlaqələrinin genişləndirilməsi bir daha nəzərdən keçirilib
23 İyul 11:55
Fransa Milli Assambleyasının nümayəndə heyəti Gəncədə Ermənistanın müharibə cinayətləri ilə tanış olublar
23 İyul 11:44
Rəşad Nəbiyev: Kommunikasiyanın açılması region ölkələrinin iqtisadi cəhətdən daha sürətlə inkişafında mühüm rol oynayacaq
23 İyul 11:42
Mikayıl Cabbarov: Rusiya şirkətləri ilə əməkdaşlıq bizim maraqlarımız çərçivəsindədir
23 İyul 11:26
Azərbaycan neftinin bir bareli 73,03 dollara satılır
23 İyul 11:14
Jerom Lamber: Qarabağ müharibəsinin əsas səbəblərindən biri Minsk qrupunun diplomatik uğursuzluğudur
23 İyul 11:09
Kənd təsərrüfatı məhsullarının istehsalı 5,6 faiz artıb
23 İyul 11:05
Ali məktəblərə qəbul olmaq üçün 12 mindən çox subbakalavr ərizəsini təsdiqlədib
23 İyul 09:51
Sevinc Fətəliyeva: Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır
23 İyul 09:27
Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafında yeni mərhələ başlayıb
23 İyul 09:14
Rusiya Azərbaycanla ikitərəfli əlaqələrin inkişafında maraqlıdır
23 İyul 09:11
Yoluxucu xəstəliklərə qarşı mübarizə üsullarından ən effektivi vaksinasiyadır
23 İyul 09:09
Ermənistanda istefalar davam edir
23 İyul 09:08
Antimilli şurada təmsil olunan xəyanətkarlar köhnə mərəzlərindən əl çəkmirlər
23 İyul 09:06
Azərbaycanda medianın inkişafı dövlətin diqqət mərkəzindədir
22 İyul 22:08
Prezident İlham Əliyev: Bu gün Ermənistanın siyasi gündəliyini müəyyən dərəcədə biz formalaşdırırıq və bu, həqiqətdir
22 İyul 22:05
Prezident İlham Əliyev: Biz həm müharibə dövründə, həm postmüharibə dövründə istədiyimizə nail olmuşuq və nail oluruq
22 İyul 21:58
Prezident İlham Əliyev: Mənim cənab Putinlə çox yaxın əlaqələrim var, biz bir-birinə inanan siyasətçilərik
22 İyul 21:30
Şəhid jurnalist Məhərrəm İbrahimovun Milli Mətbuat Günü münasibətilə təltif olunduğu medal ailəsinə təqdim edilib
22 İyul 21:26
YAP Gənclər Birliyinin fəal üzvləri Bakı Dövlət Universitetində olublar
22 İyul 21:18
Prezident İlham Əliyev: Müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır, amma pulu Ermənistana verirlər
22 İyul 21:16
Yevlaxda Milli Mətbuat Günü qeyd edilib
22 İyul 20:55
Azərbaycan Tacikistana humanitar yardım kimi 40 min doza “AstraZanesa” vaksini göndərib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA