Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Antimilli şurada təmsil olunan xəyanətkarlar köhnə mərəzlərindən əl çəkmirlər

Antimilli şurada təmsil olunan xəyanətkarlar köhnə mərəzlərindən əl çəkmirlər

23.07.2021 [09:08]

Hər zaman milli maraqlarımıza qarşı xəyanətkar mövqe tutan radikal müxalifət düşərgəsi yenə də öz ampluasındadır. Belə ki, radikallar fürsət yaranan kimi sosial şəbəkələrdə, əllərində olan internet resurslarında Azərbaycana qarşı kampaniyalar həyata keçirir, ölkədəki siyasi sabitliyə xələl gətirməyə cəhd göstərir və tarixi zəfərimizin əleyhinə yönələn təbliğat aparırlar. Xaricdəki ermənipərəst mərkəzlərin tezisləri əsasında qurulan bu cür fəaliyyətlər zamanı öndə gedənlərdən biri isə Gültəkin Hacıyevadır. Belə ki, G.Hacıyeva və onun kimiləri xaricdəki ermənipərəst mərkəzlərdən aldıqları sifarişləri ictimai rəyə sırımaq üçün müxtəlif yollara baş vururlar. Şübhəsiz ki, antimilli şura üzvlərinin, ən əsası isə G.Hacıyevanın məqsədləri bəllidir. Belə ki, bir dəfə də olsun Azərbaycanın qələbəsi ilə bağlı müsbət fikir səsləndirməyən belələri ölkəmizin uğurlarına qısqanclıqla yanaşırlar.
Ümumiyyətlə isə antimilli şura üzvlərinin, dağıdıcı ünsürlərin və onların xaricdəki uzantılarının məhz xaricdəki ermənipərəst mərkəzlərin sifarişi ilə oturub-durduqları heç kimdə şübhə oyatmır. Daha dəqiq desək, bu kimi açıqlamalar, çağırışlar radikal müxalifətin, xüsusilə antimilli “şura”çıların erməniləri dəstəkləyən xarici mərkəzlərlə işbirliyini bir daha təsdiqləyir. Diqqət yetirsək görərik ki, ermənilərin 44 günlük müharibə və onun nəticələri ilə bağlı aylardır sosial şəbəkələrdə yaymağa çalışdıqları dezinformasiyaların mahiyyəti antimilli “şura”çıların fikirləri ilə mütləq şəkildə uzlaşır.
Bəli, radikal müxalifətin və düşərgənin xaricdəki uzantılarının son addımları bir daha onların əsl simasını Azərbaycan cəmiyyətinə nümayiş etdirir. Bu, bir daha onu göstərir ki, Gültəkin Hacıyeva və onun “həmfikirləri” üçün əsas olan məhz bəlli xarici ermənipərəst dairələrdən aldıqları sifarişlərin yerinə yetirilməsidir. Görünən odur ki, antimilli şurada təmsil olunan xəyanətkarlar köhnə mərəzlərindən əl çəkmirlər. Lakin bu gün regionda yeni iqtisadi güc mərkəzinə çevrilmiş, öz ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın gündən-günə artan nüfuzundan qorxan, batmaqda olan Ermənistanı xilas etmək üçün min bir oyundan çıxan xarici ermənipərəst mərkəzlərin “missionerliyini” üstlənməyə çalışan antimilli “şura”çılar anlamalıdırlar ki, onların fikirləri artıq özünüifşadan başqa heç nəyə yaramır.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 239 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31