Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İranın yeni Prezidentinin andiçmə mərasimi keçirilib

İranın yeni Prezidentinin andiçmə mərasimi keçirilib

05.08.2021 [19:54]

Avqustun 5-də İran İslam Şurası Məclisində (parlamentdə) yeni seçilən Prezident İbrahim Rəisinin andiçmə mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə müxtəlif ölkələrin dövlət və hökumət başçıları, parlament sədrləri, xarici işlər nazirləri və digər rəsmi şəxslər iştirak ediblər. Bununla yanaşı, mərasimə Avropa İttifaqının, BMT-nin, İqtisadi Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq təşkilatların təmsilçiləri qatılıblar.

Azərbaycanı mərasimdə Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə nümayəndə heyəti təmsil edib.

Nümayəndə heyətinə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər daxildir.

İran parlamentinin sədri Məhəmməd Qalibaf mərasimdə çıxış edərək iyunun 18-də keçirilən prezident seçkilərində İran xalqının iradəsinin ifadə olunduğunu bildirib. Diqqətə çatdırıb ki, İranın tarixində yeni səhifə açılır. Ölkənin inkişafı üçün bütün dövlət qurumları daha da səmərəli çalışmalıdırlar. Lakin bu işdə əsas yük Prezident İbrahim Rəisinin rəhbərlik edəcəyi hökumətin üzərinə düşəcək.

İranın Ali Məhkəməsinin rəhbəri Möhsün Eniji çıxışında seçkilərin qanunauyğun və demokratik şəraitdə keçirildiyini bildirib.

Prezident İbrahim Rəisi müqəddəs “Qurani-Kərim”ə and içərək xalqa ləyaqətlə xidmət edəcəyini vurğulayıb. Yeni Prezident ölkəsinin iqtisadi inkişafı üçün səylə çalışacağını və korrupsiyaya qarşı kəskin mübarizə aparacağını da diqqətə çatdırıb. Qeyd edib ki, İranın böyük iqtisadi potensialı var və bu potensialdan səmərəli istifadə olunmalı, idarəetmə müasir tələblərə cavab verməlidir.

Ölkəsinin xarici siyasətindən danışan yeni Prezident İranın heç zaman münaqişə yaratmaq niyyətində olmadığını, dünya dövlətləri ilə bərabərhüquqlu əməkdaşlıq əlaqələri qurmaq istədiyini bəyan edib.

Paylaş
Baxılıb: 126 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31