Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanın İstanbuldakı baş konsulu Marmarisdə yanğın bölgəsində olub

Azərbaycanın İstanbuldakı baş konsulu Marmarisdə yanğın bölgəsində olub

05.08.2021 [20:06]

Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva tüğyan edən meşə yanğınları ilə bağlı Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda olub.

AZƏRTAC-ın bölgədə olan xüsusi müxbiri xəbər verir ki, Marmaris bələdiyyə sədri Mehmet Oktay ilə keçirilən görüşdə rayondakı vəziyyət, Azərbaycan yanğınsöndürənlərinin iştirakı məsələləri müzakirə olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş ölkəyə gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin fədakarlığını yüksək dəyərləndirən Marmaris bələdiyyə sədri Mehmet Oktay dövlətimizin başçısı başda olmaqla bütün xalqımıza səmimi salamlarını və təşəkkürünü çatdırıb.

Sonra FHN-in Türkiyədəki qüvvələrinə rəhbərlik edən nazir müavini general-leytenant Etibar Mirzəyev və Baş konsul Nərminə Mustafayeva Marmaris bölgəsində fəaliyyət göstərən yanğın böhran məntəqələrindən birində olublar. Burada Azərbaycan rəsmlərinə rayondakı vəziyyətlə bağlı ətraflı məlumat verilib.

Paylaş
Baxılıb: 232 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31