Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Türkiyənin üz-üzə qaldığı fəlakət və Azərbaycan qəhrəmanlarının şücaəti barədə FOTOREPORTAJ - VİDEO

Türkiyənin üz-üzə qaldığı fəlakət və Azərbaycan qəhrəmanlarının şücaəti barədə FOTOREPORTAJ - VİDEO

05.08.2021 [20:55]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin qardaş ölkədəki fəaliyyəti davam edir.

Ölkənin ən böhranlı bölgələrindən sayılan Muğla vilayətində alovla əzmlə mübarizə aparan Azərbaycanın qəhrəman övladları mətanət və şücaətləri ilə tarix yazır, hər bir nümunəvi davranışları ilə qardaş türk xalqında olan Azərbaycan sevgisini zirvələrə qaldırırlar.

AZƏRTAC-ın bölgəyə ezam olunmuş xüsusi müxbiri qəhrəman yanğınsöndürənlərimizlə birlikdə hərəkət edərək onların xilaskarlıq missiyasını orijinal foto və videolarla tarixləşdirir. Təqdim etdiyimiz fotolar avqustun 4-də Türkiyə vaxtı ilə saat 9:00-dan 12:00-dək olan fəaliyyət dövrünü əks etdirir.

Yanğınsöndürənlərimiz böhran məntəqəsinə çatmaq üçün hər gün kilometrlərlə piyada yol qət edərək alovla mübarizə aparırlar. Bütün bu çətinlikləri gündəlik həyat tərzinə çevirən yanğınsöndürənlərimiz qorxu bilmir, geri çəkilmir, alovla əzmlə mübarizə aparırlar.

Paylaş
Baxılıb: 260 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31