Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanda koronavirus infeksiyasına 1196 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda koronavirus infeksiyasına 1196 yeni yoluxma faktı qeydə alınıb

05.08.2021 [21:08]

Son sutka ərzində Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 1196 yoluxma faktı qeydə alınıb, 219 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 348 min 074 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 333 min 913 nəfər müalicə olunaraq sağalıb, 5043 nəfər vəfat edib. Aktiv xəstə sayı 9118 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 min 046, bu günə qədər isə ümumilikdə 4 milyon 83 min 746 test icra olunub.

Paylaş
Baxılıb: 124 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31