Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Radikal müxalifət siyasi gündəmdə qalmaq üçün ictimaiyyətə yanlış informasiyalar verir

Radikal müxalifət siyasi gündəmdə qalmaq üçün ictimaiyyətə yanlış informasiyalar verir

06.08.2021 [09:01]

Ekspertlər hesab edirlər ki, növbədənkənar parlament seçkilərinin və referendumun keçiriləcəyi ilə bağlı yayılan xəbərlər əsassızdır
Son vaxtlar müəyyən dairələr, xüsusilə radikal müxalifət düşərgəsinin təmsilçiləri ölkəmizdə süni gündəm yaratmaq məqsədilə ictimaiyyətə yanlış məlumatlar verirlər. Onların iddiasına görə, guya yaxın vaxtlarda Azərbaycanda Konstitusiyaya dəyişikliklər məqsədilə referendum keçiriləcək və parlament buraxılacaq. Halbuki, belə məlumatların heç bir əsası yoxdur.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, parlamentin buraxılacağı, növbədənkənar parlament seçkilərinin, eyni zamanda, referendumun keçiriləcəyi ilə bağlı yayılan xəbərlər əsassızdır, qərəzlidir və müəyyən siyasi dairələrin məqsədinə xidmət edir: “Hər bir hadisənin baş verməsi üçün onu şərtləndirən amillər olmalıdır. Bugünkü reallıqlar ondan ibarətdir ki, sözügedən proseslərin baş verməsi üçün ölkədə heç bir amil, əsas yoxdur. Çünki ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, indi biz yeni tarixi dövrə daxil olmuşuq. Tarixi Qələbəyə imza atmışıq və yeni tarixi dövrdə qarşımızda yeni hədəflər mövcuddur. Bunlar, ilk növbədə, Qarabağın bərpası və yenidən qurulması, həmin ərazilərin minalardan təmizlənməsi və Böyük Qayıdışın həyata keçirilməsi ilə bağlıdır”.
Millət vəkilinin sözlərinə görə, bütün bu reallıqlar fonunda növbədənkənar parlament seçkilərinin, referendumun keçirilməsinə ehtiyac yoxdur: “Buna o halda ehtiyac olardı ki, parlament öz üzərinə düşən funksiyanı yerinə yetirə bilməsin. Halbuki VI çağırış Milli Məclisin fəaliyyəti kifayət qədər uğurlu olub. Parlament qanun yaradıcılığı, deputatların ölkənin ictimai-siyasi həyatında fəal iştirakı, mətbuata açıq olmaları, seçicilərlə müntəzəm görüşləri və onların problemlərinin həlli istiqamətində atılan addımlar nöqteyi-nəzərindən kifayət qədər uğurlu fəaliyyət göstərib. Həmçinin Milli Məclisdə bütün məsələlər operativ şəkildə açıq müzakirə olunur. İclaslar başlayarkən 30-45 dəqiqə ərzində cari məsələlər müzakirə edilir, hər kəs öz istədiyi fikri açıq şəkildə ifadə edir”.
Deputat parlamentin beynəlxalq əlaqələrinə də diqqəti yönəldərək bildirib ki, bu sahədə də Milli Məclisin əlaqələri kifayət qədər güclüdür: “Milli Məclisin Sədri Sahibə Qafarovanın rəhbərliyi ilə Türkiyəyə, Pakistana, Rusiyaya, Macarıstana olan yüksəksəviyyəli səfərlər və əldə olunan nəticələr, eyni zamanda, Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin imzaladıqları Bakı Bəyannaməsi, bütün bunlar göstərir ki, parlamentimiz diplomatik cəhətdən də çox uğurlu fəaliyyət göstərir. Bu reallıqları, həmçinin parlamentdə çoxpartiyalı təmsilçiliyi nəzərə aldıqda qeyd edə bilərik ki, Milli Məclisin ilyarımlıq fəaliyyəti səmərəli olub. Parlamentin buraxılması, növbədənkənar parlament seçkilərinin, eyni zamanda, referendumun keçirilməsi ilə bağlı məsələlərdə heç bir ictimai sifariş yoxdur. Bu, müəyyən antimilli, Azərbaycanı istəməyən dairələrin spekulyasiya məqsədilə ortaya atdığı iddialardır”.
Millət vəkili Müşfiq Məmmədli də Azərbaycanda referendumun keçiriləcəyi və parlamentin buraxılacağı ilə bağlı iddiaların əsassız olduğunu deyib. Deputat qeyd edib ki, bu cür məlumatların yayılması həqiqəti əks etdirmir. Ötən dövrə nəzər salanda aydın görünür ki, VI çağırış Azərbaycan Milli Məclisi parlamentarizmin inkişafında müsbət yeniliklər yaradır. Milli Məclisin mövcud say tərkibi və strukturu səmərəli idarəetmə üçün məqbuldur. Son çağırışdan sonra Milli Məclisdə islahatların genişlənməsi müşahidə olunur.
“Parlamentin deputatı olaraq hər zaman seçicilərimizin fikirlərini, düşüncələrini və onların problemlərini işıqlandırmağa, müvafiq dövlət orqanlarının nəzərinə çatdırmağa, həmçinin ölkəmizin siyasi həyatında fəal iştirak etməyə çalışırıq. Son çağırış Milli Məclisin fəaliyyəti dövründə çox taleyüklü qanunlar qəbul olunub. Parlamentin idarə olunması, texniki imkanların genişləndirilməsi istiqamətində parlamentin Sədri tərəfindən islahatlar həyata keçirilib”, - deyən deputat əlavə edib ki, VI çağırış Milli Məclis öz fəaliyyətinin dövlət başçısının tövsiyələrinə uyğun, yüksək səviyyədə qurulması üçün zəruri addımlar atıb. Ona görə də parlamentin buraxılacağı ilə bağlı yayılan iddiaların heç bir əsası yoxdur.
Nardar BAYRAMLI

Paylaş
Baxılıb: 274 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31