Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Arzuman Abdulkərimov: Parlamentin buraxılmasına dair iddialar məqsədli şəkildə gündəmə gətirilir

Arzuman Abdulkərimov: Parlamentin buraxılmasına dair iddialar məqsədli şəkildə gündəmə gətirilir

06.08.2021 [09:06]

“Son vaxtlar Azərbaycanda referendumun və erkən parlament seçkilərinin keçirilməsi haqqında iddialar səsləndirilir. Düşünürəm ki, bu məsələlər məqsədli şəkildə gündəmə gətirilir”.
Bu fikirləri Ana Vətən Partiyasının (AVP) sədr müavini Arzuman Abdulkərimov deyib.
A.Abdulkərimov bildirib ki, indiki məqamda Qarabağda böyük bir qələbə qazanmışıq: “Qarabağda görəcəyimiz çox ciddi işlər var və düşünürəm ki, dövlət bu məqamda daha çox Qarabağın dirçəlişinə diqqət göstərməkdədir. Bəzi qüvvələr isə belə bir iddia ortaya atırlar ki, guya bu gün, sabah parlament buraxılacaq və ya referendum olacaq. Bu, ümumiyyətlə, o yerlərdə olur ki, ölkənin daxilində ciddi siyasi böhran yaşansın. Bu gün ölkəmizdə nəinki siyasi böhran, əksinə, partiyalar arasında siyasi anlaşma, cəmiyyətdə plüralizm mövcuddur. Vətəndaşlarımız yekdil şəkildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti dəstəkləyirlər. Bu baxımdan, ölkədə bu məsələnin baş verəcəyini proqnozlaşdırmıram. Bəzi şəxslər bu məsələni hansısa siyasi məqsədlərdən çıxış edərək şişirtməyə çalışırlar. Lakin mən bu prosesin olacağını düşünmürəm”.

Paylaş
Baxılıb: 266 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31