Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Abutalıb Səmədov: Parlamentin buraxılacağı və referendum keçiriləcəyi barədə yayılan iddialar reallığa uyğun deyil

Abutalıb Səmədov: Parlamentin buraxılacağı və referendum keçiriləcəyi barədə yayılan iddialar reallığa uyğun deyil

06.08.2021 [09:07]

“Son zamanlar bəzi media orqanları və sosial şəbəkələrdə payızda referendum keçiriləcəyi və parlamentin buraxılacağı barədə iddialar səslənməkdədir. Reallığa qətiyyən uyğun olmayan, radikal düşərgə tərəfindən səsləndirilən bu iddiaların ortaya atılması əslində, təxribat məqsədi daşıyır”.
Bu fikirləri qəzetimizə açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov bildirib.
Partiya sədrinin sözlərinə görə, guya referenduma gedilməsi, vaxtından əvvəl parlamentə seçkilərin keçirilməsi kimi iddiaların ortaya atılması ilə süni gündən yaradılmasına cəhd edilir: “Ancaq bu cür iddialar irəli sürənlər bir məsələni nəzərə almırlar ki, 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbə işğal olunmuş ərazilərimizə Böyük Qayıdışı şərtləndirib. Bu baxımdan, hazırda işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması istiqamətində möhtəşəm planlara start verilib. Həmin quruculuq işlərinin görülməsi dövlətimizin bütün potensialının bu mühüm işlərə cəlb olunmasını tələb edir. Digər tərədən, qarşıda bizi 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatlarının icrasının sürətləndirilməsi, ilk növbədə, “Zəngəzur dəhlizi”nin açılması, daha sonra sərhədlərin delimitasiya və demarkasiyasının təmin olunması və Ermənistanla sülh sazişinin imzalanması kimi böyük planların həyata keçirilməsi gözləyir”.
“Bir sözlə, parlamentin buraxılacağı və referendum keçiriləcəyi barədə yayılan iddialar reallığa uyğun deyil”, - deyən A.Səmədov əlavə edib ki, bu cür əsassız iddilarla gündəmi zəbt etmək istəyənlərin cəhdləri iflasa məhkumdur.
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş
Baxılıb: 260 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31