Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Elçin Mirzəbəyli: Jirinovski kimi siyasi təlxəklər bizim Zəfər karvanımızın arxasınca baxmaqla kifayətlənməli olacaqlar

Elçin Mirzəbəyli: Jirinovski kimi siyasi təlxəklər bizim Zəfər karvanımızın arxasınca baxmaqla kifayətlənməli olacaqlar

06.08.2021 [09:10]

“Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski uzun illərdir ki, Rusiyanın ictimai-siyasi mühitini zəhərləməklə məşğuldur. Əslində onun kimi siyasətçilər ən böyük zərbəni Rusiyanın özünə vururlar. Çünki belə aqressiv, xəstə neoimperialist yanaşmalar vaxtilə Rusiya ilə eyni dövlətin tərkibində olan respublikaların xalqlarını narazı salır”.
Bu fikirləri qəzetimizə açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini, politoloq Elçin Mirzəbəyli deyib.
E.Mirzəbəylinin sözlərinə görə, Jirinovskinin növbəti sərsəmləmələri onun psixologiyasındakı pozuntuların daha ağır mərhələyə qədəm qoymasından xəbər verir: “Görünür, budəfəki pozuntuların ağırlıq dərəcəsi onun Rusiyanın siyasi arenasında növbəti dəfə sahibsiz qalması və təkrar istifadəyə yararsız olması ilə bağlıdır. Ona görə ki, müasir dünyada dövlətlərin nüfuz dairələrini onların iqtisadi gücü, elan etdikləri prinsiplərə sədaqəti, beynəlxalq münasibətlərdə ədalətli davranışları müəyyənləşdirir, bu dövlətlərin siyasətçilərinin aqressiv bəyanatları, ultramillətçi çağırışları yox. Məhz bu baxımdan, Jirinovski kimi qondarma siyasətçilərin davranışları postsovet məkanında sivil və etimadlı münasibətlərin inkişafına, inteqrasiya proseslərinə qismən də olsa mənfi təsir göstərir”.
BAXCP sədrinin müavini deyib ki, Jirinovski illərdir ki, Rusiya-Azərbaycan münasibətlərinin zərər görməsi üçün əlindən gələni əsirgəmir: “Bu adam bir neçə il öncə Azərbaycanın siyasi rəhbərliyinin ünvanına təriflər yağdırırdı. İndi isə ölkəmiz haqqında həqiqətə uyğun olmayan fikirlər yayır. Halbuki, bu gün ölkəmizdə sağlam iqtidar-müxalifət münasibətləri və qarşılıqlı etimad üzərində qurulan dialoq mühiti var. Bütün siyasi partiyalar dövlətçilyimizin təməl prinsipləri ətrafında həmrəylik nümayiş etdirir, milli maraqlarımızın qorunmasında vahid mövqedən çıxış edirlər. Prezident, Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilən böyük qələbə siyasi baxışlarından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı üçün tükənməz güc və birlik rəmzidir. Bu birlik Azərbaycanı yeni qələbələrə aparacaq və Jirinovski kimi siyasi təlxəklər bizim Zəfər karvanımızın arxasınca baxmaqla kifayətlənməli olacaqlar”.

Paylaş
Baxılıb: 150 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31