Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Fazil Mustafa: Bəzi qüvvələr cəmiyyətdə VI çağırış Milli Məclis haqqında yanlış rəy yaratmağa çalışırlar

Fazil Mustafa: Bəzi qüvvələr cəmiyyətdə VI çağırış Milli Məclis haqqında yanlış rəy yaratmağa çalışırlar

06.08.2021 [09:12]

“VI çağırış Milli Məclisin buraxılacağı və referendumun keçiriləcəyi barədə yayılan informasiyalar inandırıcı deyil”.
Bu fikri Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.
F.Mustafanın sözlərinə görə, bəzi qüvvələr cəmiyyətdə VI çağırış Milli Məclis haqqında yanlış rəy yaratmağa çalışırlar. Halbuki IV çağırış Milli Məclis öz uğurlu fəaliyyəti ilə fərqlənir: “Sadəcə, Milli Məclisin vitrininə diqqət yetirməkdən başlamaq lazımdır. Ziyalı, savadlı bir xanımın sədr olması, müxalifət təmsilçilərinin həm parlament rəhbərliyində, həm də komitələrdə rəhbər vəzifəyə gətirilməsi yenilik deyilmi?”
Deputat söyləyib ki, sədrin təşəbbüsü ilə illərdir aparatda çalışan savadlı və dürüst insanlar şöbə, bölmə rəhbərliyinə gətirilir: “Hər iclasda gündəlik problemlərin müzakirəsi üçün sabit vaxt ayrılır, bunları doğrudanmı sadə baxışla görmək mümkün deyil? Pandemiya məhdudiyyətləri olmasaydı, Milli Məclisin ictimaiyyətə daha açıq olduğunu və aktiv fəaliyyətini müşahidə edə bilərdiniz. Xeyli sayda savadlı gənc Milli Məclisin hazırkı tərkibində təmsil olunur”.

Paylaş
Baxılıb: 152 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31