Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Şəhid Cəmil Məmmədlinin məzarı ziyarət olunub

Şəhid Cəmil Məmmədlinin məzarı ziyarət olunub

06.08.2021 [09:16]

Ölkəmizin ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhid Cəmil Məmmədlinin ad günü onun məzarı başında qeyd olunub. Anım mərasimində Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının üzvləri, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər. Şəhidimizin məzarı üzərinə güllər və əklil qoyulub, ruhuna dualar oxunub.
Qeyd edək ki, şəhid Məmmədli Cəmil Habil oğlu 2020-ci ilin iyul ayında ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Xidmətinin yeni başlamasına baxmayaraq, sentyabrın 27-də Vətən müharibəsi başlayan zaman könüllü olaraq ön cəbhəyə göndərilməsini xahiş edib. Füzuli rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Oktyabr ayının 14-dən 15-ə keçən gecə Hadrut uğrunda döyüş zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.
Ölümündən sonra Məmmədli Cəmil Habil oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
MÜŞFİQƏ

Paylaş
Baxılıb: 138 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31