Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Müdafiə naziri Kəlbəcər rayonunda tikilməkdə olan təlim poliqonuna baxış keçirib

Müdafiə naziri Kəlbəcər rayonunda tikilməkdə olan təlim poliqonuna baxış keçirib

06.08.2021 [10:35]

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Kəlbəcər rayonu ərazisində inşası davam etdirilən təlim poliqonuna baxış keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlim poliqonu çətin və yüksək dağlıq şəraitində yerləşən hərbi hissələrin şəxsi heyətinin peşəkar hazırlığının yüksəldilməsi məqsədilə hazırlanır. Qoşunların hazırlıq planına əsasən, poliqonda ixtisaslı təlimatçılar tərəfindən döyüş şəraitinə tam uyğunlaşdırılıb, relyefin tələblərinə cavab verən təlim məşqləri həyata keçiriləcək.

Müxtəlif çaplı silahlardan təlim atəş çalışmalarının yerinə yetirilməsi və zirehli texnikanın təlim-məşq tapşırıqlarının icra olunması üçün inşa edilən poliqonda görülən işlərlə maraqlanan nazir müvafiq tapşırıqlar verib.

Paylaş
Baxılıb: 95 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31