Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İraqın rabitə naziri “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

İraqın rabitə naziri “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

06.08.2021 [11:57]

İraq Respublikasının rabitə naziri Arkan Şihab Ahmed Al-Şeybaninin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN” xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, müvafiq görüş “ASAN xidmət” təcrübəsinin İraqda tətbiqi ilə əlaqədar qarşı tərəfdən ünvanlanmış sorğu əsasında təşkil olunub.

Qonaqları salamlayan Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov “ASAN xidmət”in yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək “ASAN xidmət” mərkəzlərinə 45 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. “ASAN xidmət”in 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi qonaqların diqqətinə çatdırılıb.

Görüş zamanı gələcəkdə “ASAN xidmət”, elektron hökumət və ABAD modellərinin İraq Respublikasında tətbiqindən bəhs olunub və yaxın gələcəkdə görüləcək işlər üçün hüquqi bazanın yaradılması barədə ilkin razılıq əldə olunub.

Qonaqlar Dövlət Agentliyi tərəfindən görülmüş işləri yüksək qiymətləndirib və müvafiq istiqamətlər üzrə davam edən əməkdaşlıqdan məmnunluğunu ifadə ediblər.

Paylaş
Baxılıb: 102 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31