Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan Texniki Universitetinin rəhbərliyi “AzerGold”-un “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsi ilə tanış olub

Azərbaycan Texniki Universitetinin rəhbərliyi “AzerGold”-un “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsi ilə tanış olub

06.08.2021 [12:00]

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev və ali məktəbin bir qrup əməkdaşı “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Daşkəsən rayonunda yerləşən “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsində olub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, “AzerGold” və AzTU arasında 2021-2022-ci illər üzrə əməkdaşlığa dair Fəaliyyət Planına əsasən təşkil olunan tədbirdə QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov qonaqları müəssisədə yaradılan iş şəraiti, hasilat və istehsalat prosesləri barədə ətraflı məlumatlandırıb, qiymətli metalların ixracı nəticəsində şirkətin ölkə iqtisadiyyatına verdiyi töhfələrdən bəhs edib.

Səfər çərçivəsində AzTU rəhbərliyi Səhmdar Cəmiyyətin fəaliyyətini əks etdirən videotəqdimatı izləyib, emal müəssisəsində həyata keçirilən mürəkkəb və çoxmərhələli istehsalat fəaliyyəti ilə əyani şəkildə tanış olub. Nümayəndə heyəti, həmçinin Absorbsiya-Desorbsiya və emal zavodunda olub, metal tökümü və xəlitələrin hazırlanması prosesini izləyib.

Qonaqlar daha sonra ÇİRES ərazisində yerləşən Geoloji düşərgədə kernlərin (süxur nümunələrinin) saxlanma anbarına baxış keçirib, nümunələrin sınaqlaşdırma işlərinin icra olunduğu laboratoriyanın fəaliyyəti ilə də tanış olublar.

Rektor V.Vəliyev “AzerGold” QSC-nin fəaliyyəti ilə daha yaxından tanış olmaq üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib. Rektor dağ-mədən sahəsində müvafiq ixtisaslar üzrə yüksək hazırlıqlı kadrların yetişdirilməsi baxımdan birgə əməkdaşlığın kifayət qədər faydalı olduğunu diqqətə çatdırıb.

Xatırladaq ki, 2021-ci il yanvarın 12-də “AzerGold” QSC və AzTU arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Əməkdaşlıq sənədində qarşılıqlı razılıq əsasında ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, bu sahədə yeni texnologiyaların tətbiqi və ixtisaslı kadr hazırlığı konsepsiyalarının birgə layihələndirilməsi və icrası nəzərdə tutulub. Bundan başqa, universitetin müxtəlif fakültələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrin şirkətin istehsalat təcrübəsinə cəlb olunması memorandumda öz əksini tapıb. Həmçinin istehsalat təcrübəsində fərqlənmiş tələbələrin elmi-tədqiqat və layihələndirmə işlərinə cəlb edilməsi, diplom, elmi işlər və digər tədqiqat layihələri üçün tələb olunan mövzuların birgə tərtibi və digər istiqamətlərdə birgə əməkdaşlıq nəzərdə tutulub.

Paylaş
Baxılıb: 103 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31