Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Deputat: Heç bir qüvvə Türkiyəni zəiflədə bilməz

Deputat: Heç bir qüvvə Türkiyəni zəiflədə bilməz

06.08.2021 [12:21]

Türkiyədə yanğın başlayan ilk gündən Prezident İlham Əliyevin birbaşa göstərişi ilə Azərbaycanın yanğınsöndürən briqadaları, hərbi helikopter və amfibiya təyyarəsi Türkiyəyə göndərilib. Qəhrəman yanğınsöndürənlərimiz canlarını təhlükəyə ataraq yanğınsöndürmə prosesində fəal iştirak edirlər. Türkiyəni öz vətənimiz hesab edirik. Orada hər bir ağac, hər bir can bizim üçün əzizdir. Oralar yanırsa bizim də canımız yanır. Yanğınsöndürənlərimiz türkiyəli qardaşlarımızla birlikdə çətin şəraitdə fəaliyyət göstərirlər. Digər kömək göndərən dövlətlərdən fərqli olaraq biz, Türkiyəni öz ölkəmiz, öz vətənimiz bilirik. Ona görə də Türkiyə uğrunda canımızı qurban verməyə hazırıq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

O qeyd edib ki, heç bir qüvvə Türkiyəni zəiflədə bilməz. Sosial şəbəkələrdə erməni əsilli şəxslərin Türkiyədə yaşayan ermənilərə müraciət edərək yanğının sönməməsi üçün əllərindən gələni etməyə çağırdıqlarını deyən Milli Məclisin deputatı bildirib: “Onlar yanğınların ən azı 44 gün davam etməsini istəyirlər. Gördüyünüz kimi burada təxribat və terror izləri var. İstənilən haldan Türkiyə dövləti güclüdür və bu yanğını törədənlərin cəzası ən yüksək formada veriləcək. Biz də qardaşlarımızın, Türkiyə dövlətinin yanındayıq. Ümid edirik ki, ən qısa zamanda meşə yanğınları söndürüləcək və həmin ərazilər bərpa olunub, əvvəlki görkəminə qaytarılacaq”.

Deputat açıqlamasında qeyd edib ki, 44 günlük Vətən müharibəsində Türkiyə hər saniyəsini bizimlə birlikdə yaşadı. Türkiyə xalqı bizimlə həmrəylik nümayiş etdirib: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk saniyələrdən Azərbaycanı sona qədər dəstəkləyəcəklərini bildirib. Vətən müharibəsi dönəmində Türkiyənin dəstəyini hər an hiss etdik. Bu gün isə Türkiyənin çətin günləridir. Bütün Azərbaycan xalqı oraya axışaraq dəstək olmağa hazırdır. Gedə bilməyən vətəndaşlarımız isə Türkiyədə ağacəkmə kampaniyalarına dəstək göstərirlər. Bir çox xeyriyyəçilərimiz özləri yardım aparırlar. Biz dövlətimizin başçısı İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk ki, ilk andan etibarən Türkiyəyə dəstəyini ifadə etdi. Sona qədər Türkiyənin yanındayıq”.

Paylaş
Baxılıb: 125 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31