Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Dünya əhalisinin 70 faizinin COVID-19-a qarşı peyvənd olunması üçün 11 milyard doza vaksinə ehtiyac var

Dünya əhalisinin 70 faizinin COVID-19-a qarşı peyvənd olunması üçün 11 milyard doza vaksinə ehtiyac var

06.08.2021 [12:43]

Beynəlxalq COVID-19 Peyvənd Əməkdaşlığı üzrə Forumda çıxış edən Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş deyib ki, dünya əhalisinin 70 faizinin yeni növ koronavirusa (COVID-19) qarşı peyvənd olunması üçün 11 milyard doza vaksinə ehtiyac var. Baş katibin sözlərinə görə, mövcud peyvəndlərə müqavimət göstərə və immunlaşdırma səylərinə xələl gətirə biləcək digər variantların ortaya çıxmasının qarşısını almaq üçün peyvəndlərin hər kəsə və hər yerə ən qısa müddətdə çatması vacibdir.

Peyvəndin bərabər paylanması üçün istehsalın iki dəfə artırılmasının vacibliyinə diqqət çəkən A.Quttereş deyib ki, 11 milyard doza epidemiyanın kritik mərhələsini sona çatdırmaq üçün mühüm bir həddir. Baş katib, həmçinin peyvəndlərin paylanmasının koordinasiyası və həyata keçirilməsi üçün “G20” ölkələri səviyyəsində təcili bir işçi qrupuna ehtiyac olduğunu vurğulayıb.

Paylaş
Baxılıb: 145 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31