Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / "Tokio-2020": Karateçimiz Rəfael Ağayev yarımfinala yüksəlib

"Tokio-2020": Karateçimiz Rəfael Ağayev yarımfinala yüksəlib

06.08.2021 [14:44]

Azərbaycan karateçisi Rəfael Ağayev (75 kq) Tokio Olimpiadasında növbəti qələbəsini qazanıb.

AZƏRTAC xəbər verir ki, B qrupunda mübarizə aparan R.Ağayev bu dəfə Nurkanat Ajiqanov (Qazaxıstan) ilə qarşılaşıb. Karateçimiz rəqibinə 3:2 hesabı ilə qalib gəlib. Üç qələbə qazanan R.Ağayev yarımfinala yüksəlib.

Karateçimiz daha əvvəl Almaniya təmsilçisi Noa Biç (2:1) və Avstraliya idmançısı Çuneari Yahironu (5:0) üstələyib.

R.Ağayev qrupda sonuncu döyüşünü Luici Busaya (İtaliya) qarşı keçirəcək.

İlk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.

Paylaş
Baxılıb: 110 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31