Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan karateçisi Rafael Ağayev Olimpiya Oyunlarının finalına vəsiqə qazanıb

Azərbaycan karateçisi Rafael Ağayev Olimpiya Oyunlarının finalına vəsiqə qazanıb

06.08.2021 [16:22]

Azərbaycan karateçisi Rəfael Ağayev Tokio Olimpiadasının finalına yüksəlib.

AZƏRTAC xəbər verir ki, 75 kiloqram çəki dərəcəsində yarışların yarımfinalında təmsilçimiz macarıstanlı Qabor Karoli Harspataki ilə qarşılaşıb. Rəqibini 7:0 hesabı ilə məğlub edən Rafael Ağayev Olimpiya çempionu adı uğrunda həlledici görüşdə iştirak hüququ qazanıb.

Karateçimiz mübarizə apardığı B qrupunda Almaniya təmsilçisi Noa Biçi 2:1, avstraliyalı Çuneari Yahironu 5:0, Qazaxıstan karateçisi Nurkanat Ajiqanovu 3:2 hesabı ilə məğlub etsə də, italiyalı Luici Busaya uduzub – 1:3. Qrup mərhələsində ikinci yeri tutan R.Ağayev yarımfinala vəsiqəni təmin edib.

Qeyd edək ki, R.Ağayev beşqat dünya, 11 qat Avropa çempionu olmaqla yanaşı, 2013-cü ildə IX Dünya Oyunlarında və Dünya Döyüş Növləri Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Karateçimiz “Bakı-2015” ilk Avropa Oyunlarında, eləcə də 2013-cü ildə İndoneziyada, 2017-ci ildə isə Azərbaycanda təşkil olunan İslam Həmrəyliyi Oyunlarında qızıl medala sahib olub. O, 2019-cü ildə Əməkdar idman ustası adına layiq görülüb.

Xatırladaq ki, karate yarışları ilk dəfə “Tokio-2020”də keçirilib. R.Ağayevin medal kolleksiyasında təkcə Olimpiya mükafatı yoxdur.

Paylaş
Baxılıb: 150 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31