Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Rəcəb Tayyib Ərdoğan: Ölkəmizə göstərilən yardımlar arasında Azərbaycanı xüsusi qeyd etməliyəm

Rəcəb Tayyib Ərdoğan: Ölkəmizə göstərilən yardımlar arasında Azərbaycanı xüsusi qeyd etməliyəm

06.08.2021 [16:50]

Ölkəmizə göstərilən yardımlar arasında Azərbaycanı xüsusi qeyd etməliyəm. Bu gün yenə Azərbaycan Prezidenti, qardaşım İlham Əliyevlə telefonla danışdıq. Hazırda Azərbaycandan yanğınlar baş verən bölgəyə 600-dən çox təlim keçmiş yanğınsöndürən göndərilib. Bu rəqəmi bütün texnikası ilə birlikdə artıra biləcəklərini deyirlər. Azərbaycan Prezidenti daha 100 yanğınsöndürən mütəxəssis göndərə biləcəklərini bildirdi. Bununla bağlı razılaşdıq və Azərbaycandan daha 100 nəfər ölkəmizə göndəriləcək. Böyük ehtimalla onlar da bu gün gələcəklər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində davam edən meşə yanğınları ilə bağlı son vəziyyət haqqında jurnalistlərə açıqlamasında bildirib.

Yanğınların söndürülməsi üçün ölkənin bütün imkanlarının səfərbər edildiyini deyən Türkiyə Prezidenti bu günədək 44 vilayətdə 208 yanğın baş verdiyini, onlardan 196-nın nəzarət altına alındığını vurğulayıb.

Qeyd edilib ki, hazırda 16 amfibiya təyyarəsi, 56 helikopter və 9 pilotsuz uçan aparat yanğınların söndürülməsinə cəlb olunub. Xüsusilə elektrik stansiyaların olduğu ərazilərdə təhlükənin qarşısının alınması vacibdir. Bu gündən etibarən yanğın baş verən bölgələrə kənar şəxslərin daxil olmasına icazə verilməyəcək. Yanan ərazilər təkrar yaşıllaşdırılacaq. Konstitusiyanın 169-cu maddəsinə əsasən, yanan ərazilər təkrar yaşıllaşdırılmalıdır. Bu ərazilər başqa məqsədlərlə istifadə edilə bilməz. Bu ilin sonunadək yanğın baş verən bölgələrdə 252 milyon tingin əkilməsi nəzərdə tutulur.

Paylaş
Baxılıb: 95 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31