Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Süleyman Soylu: Azərbaycan həm texnika, həm də şəxsi heyətlə yanımızdadır

Süleyman Soylu: Azərbaycan həm texnika, həm də şəxsi heyətlə yanımızdadır

06.08.2021 [17:52]

Azərbaycan Prezidenti İlham Əliyevə, bütün Azərbaycan xalqına, ölkəmizdə yanğınların söndürülməsi üçün fədakarlıq göstərən azərbaycanlı yanğınsöndürənlərə bir daha minnətdarlığımı bildirirəm. Təkcə şəxsi heyətlə deyil, yanğınların havadan söndürülməsi üçün dəstək məqsədilə göndərilən təyyarəyə görə də ayrıca təşəkkür edirəm.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin daxili işlər naziri Süleyman Soylu yanğınların sıçradığı Yeniköy və Kəmərköy İstilik Elektrik stansiyalarına baxış zamanı azərbaycanlı jurnalistlərə müsahibəsində deyib.

Nazir bildirib: “Bütün müdaxilələrə baxmayaraq, yanğın İstilik Elektrik stansiyalarının ərazisinə də yayıldı. Lakin güclü müdaxilə ilə alovların qarşısı alındı. İstilik Elektrik stansiyaları tam işlək vəziyyətdədir. Hazırda yanğınların söndürülməsi üçün qurudan və havadan bütün lazımi tədbirlər görülür. Bütün heyət koordinasiya şəraitində var gücü ilə çalışır. Azərbaycanlı yanğınsöndürənlər cəsarətlərini, ürəklərinin böyüklüyünü, yüksək texniki qabiliyyət və peşəkarlıqlarını burada bir daha nümayiş etdirirlər. Azərbaycan həm texnika, həm də insan gücü ilə burada yanımızdadır. Təxminən 54 texnika var. Şükürlər olsun ki, belə dostlarımız var. Dövlətimizlə birlikdə hər kəs var gücü ilə mübarizə aparır. Bu bölgələrdə yanğınların qarşısının alınması, zərərlərin ödənilməsi, vətəndaşlarımızın tələb və istəklərinin yerinə yetirilməsi üçün dövlətimizin bütün imkanları səfərbər edilib”.

Tədbirdə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev də iştirak edib.

Paylaş
Baxılıb: 103 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31