Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / YAP Daşkəsən rayon təşkilatının X hesabat konfransı keçirilib

YAP Daşkəsən rayon təşkilatının X hesabat konfransı keçirilib

06.08.2021 [18:16]

Avqustun 6-da Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib.

Öncə Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın gündəliyi təsdiq edildikdən sonra YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev hesabat məruzəsi ilə çıxış edib. M.Yolçuyev bildirib ki, hazırda rayon təşkilatı 70 ərazi ilk partiya təşkilatında 4700 partiya üzvünü birləşdirir. Onlardan 2000 nəfəri qadın, 1000 nəfəri isə gənclərdir. IX konfransdan keçən müddət ərzində 427 nəfər partiya sıralarına qəbul olunub.

M.Yolçuyev hesabat dövrü ərzində keçirilən tədbirlərdən bəhs edərək bildirib ki, məqsəd hər bir tarixi hadisənin əhəmiyyətini bugünkü və gələcək nəsillərə çatdırmaqdır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin düşünülmüş və bugünümüz üçün müəyyənləşdirilən siyasətinin təməlində azərbaycançılıq ideologiyası dayanır. Kimliyindən, harada yaşamasından, siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs Vətəninə, torpağına bağlı olmalıdır. Necə ki, xalqımız 44 günlük Vətən müharibəsi dövründə dünyaya dəmir yumruq kimi birliyimizi, həmrəyliyimizi nümayiş etdirdi. Bu gün həmin birlik tarixi sahibinə qovuşan Qarabağımızda bərpa və quruculuq işlərində özünü nümayiş etdirir.

Sonra YAP Daşkəsən rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Yaşar Məhərrəmovun hesabatı dinlənilib.

Müzakirələr zamanı Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu, rayon təşkilatının sədr müavini Namiq Süleymanov, rayon təşkilatı Qadınlar Şurasının sədri Rəna Aslanova, Daşkəsən Rayon İcra Hakimiyyəti Aparatı ilk partiya təşkilatının sədri Malik Ələsgərov, YAP Daşkəsən rayon təşkilatı Gənclər Birliyinin İdarə Heyətinin üzvü Elşən Alıyev çıxış edərək təşkilatının hesabat dövrü ərzindəki gördüyü işlərdən bəhs ediblər.

Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, zamanın tələbi, xalqın istəyi ilə yaranan və qısa müddətdə ümumxalq partiyasına çevrilən YAP-ın bütün uğurlarının arxasında xalqın inamı və bu inamdan irəli gələn dəstəyi dayanır. Xalqımız ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, son 18 ildə cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının uğurlu gələcəyinə böyük inam və etimad göstərir. Yeni Azərbaycan Partiyası Azərbaycanın, ümumilikdə regionun güclü siyasi təşkilatı kimi inkişaf etməklə bərabər, dünyanın qabaqcıl ölkələrinin aparıcı siyasi partiyalarının təcrübəsini də tətbiq edir. Fəaliyyətində beynəlxalq əməkdaşlığa xüsusi önəm verən Yeni Azərbaycan Partiyası bir çox ölkələrin hakim partiyaları ilə əməkdaşlıq edir.

Ə.Tağıyev ölkəmizin uğurlarında Yeni Azərbaycan Partiyasının böyük rolu olduğunu önə çəkərək, YAP Daşkəsən rayon təşkilatının gələcək fəaliyyətinə uğurlar arzulayıb.

Konfransda YAP Daşkəsən rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

Paylaş
Baxılıb: 109 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31