Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Həkimin məsləhəti olmadan antibiotik istifadəsinə heç bir ehtiyac yoxdur

Həkimin məsləhəti olmadan antibiotik istifadəsinə heç bir ehtiyac yoxdur

07.08.2021 [08:41]

Son vaxtlar antibiotiklərdən qeyri-düzgün istifadə olunması halları çoxalıb. Bu yanlışlığın bir səbəbi də yeni növ koronavirus (COVID-19) infeksiyasının bir sıra əlamətlərinin qriplə oxşarlıq təşkil etməsidir. Bəzi hallarda COVID-19-a yoluxan xəstələrin bir çoxu ev şəraitində həkim təyinatı olmadan həmin dərmanları qəbul edir.

Məsələ ilə bağlı həkim-terapevt Günel Əliyeva bildirib ki, COVID-19 virus mənşəli xəstəlik olduğuna görə həkimin məsləhəti olmadan antibiotik istifadəsinə heç bir ehtiyac yoxdur: “Antibiotik, adətən, COVID-19-un ağırlaşması və ikincili infeksiya baş verəndə istifadə olunur. Yəni ağciyərdə “buzlu şüşə” görüntüsü olduqda və sətəlcəm zamanı antibiotik təyin edilir. Zərurət olmadıqda onun istifadəsi immun sistemini zəiflədə bilər”.

Antibiotikin qəbulundan əvvəl mütləq sınaq aparılmalıdır: “İnyeksiya 0,5 millimetr dəri altına yeridilməlidir. Əgər 5 dəqiqə ərzində əks-təsir yaranmırsa, deməli, orqanizm həmin antibiotiki qəbul edir. Çalışmaq lazımdır ki, orqanizm xəstəliklə öz gücü hesabına mübarizə aparsın. Ona görə də zərurət olmadığı təqdirdə, uşaqların xəstələnməsi zamanı antibiotiklərdən istifadə edilməsi məsləhət görülmür.

“Bəzi hallarda antibiotiklər allergik reaksiya da verə bilər. Ona görə də hər kəs istədiyi antibiotiki istifadə edə bilməz. Elə antibiotiklər var ki, onların müəyyən yaşa qədər uşaqlara vurulması tamamilə qadağandır”, - deyə həkim-terapevt bildirib.

Mütəxəssisin sözlərinə görə, allergik xüsusiyyətləri çox olan antibiotiklərin qəbulu zamanı mütləq göbələk əleyhinə dərmanlar təyin olunmalıdır, əks halda, balans pozular və ciddi fəsadlar yarana bilər.

MÜŞFİQƏ

Paylaş
Baxılıb: 101 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31