Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ermənistanda ictimai-siyasi gərginlik hökm sürür

Ermənistanda ictimai-siyasi gərginlik hökm sürür

07.08.2021 [08:48]

Məlum olduğu kimi, avqustun 1-də öz işinə başlayan Ermənistanın yeni parlamentində böhran bütün həftə ərzində davam edib. Erməni mediası yazır ki, qanunverici orqanda rəhbərliyin və daimi komissiyaların formalaşdırılması ləngiyib. Belə ki, iqtidardan olan parlament sədri və müavinlərinin seçilməsinin hər birinə 1 gün vaxt sərf olunub.  Müxalifətin vitse-spiker postuna vahid namizədi İşxan Saqatelyanın seçilməsi isə 2 gün keçirilən üç səsvermədən sonra baş tutub.

Qeyd edək ki, vitse-spiker vəzifəsinə müxalif “Ermənistan” və “Şərəfim var” fraksiyalarından namizəd İ.Saqatelyan cümə axşamı günü keçirilən ilk iki səsvermədə  parlament sədrinin müavini ola bilməyib. Baxmayaraq ki, hakim “Vətəndaş müqaviləsi” fraksiyasının rəhbəri Hayk Koncoryan səsvermədən əvvəl Saqatelyanın seçilməsi üçün lazım olan sayda səsi təmin etməyə hazır olduqlarını bəyan etmişdi. Səsvermədən sonra hər iki tərəf seçkinin baş tutmadığına görə bir-birini günahlandırıb. Avqustun 6-da keçirilən növbəti səsvermədə İ.Saqatelyan sədr müavini seçilib. “Panorama.am” yazır ki, hesablama komissiyasının rəhbəri Narek Babayanın məlumatına görə, üçüncü səsvermədə 103 deputat iştirak edib, 2 bülleten etibarsız sayılıb, 64 deputat İ.Saqatelyanın lehinə, 37 deputat isə əleyhinə səs verib. Xatırladaq ki, bundan sonra parlamentin daimi komissiyalarının rəhbərlərinin və üzvlərinin seçilməsi prosesinə başlanılıb. “Newsarmenia.am” yazır ki, müzakirələr zamanı da müxalifət nümayəndələri ilə parlamentin rəhbərliyi arasında gərginlik yaşanıb.

Yeri gəlmişkən, hakimiyyətə qarşı radikal mövqeyi ilə seçilən daşnak İ.Saqatelyanın parlament rəhbərliyində təmsil olunmasına Paşinyan iqtidarının razılıq verməsi birmənalı qarşılanmır. Belə ki, müxalifəti təmsil edən indiki vitse-spiker, “Ermənistan” blokunun deputatı İşxan Saqatelyan ilk səsvermədən qabaq hökuməti devirmək üçün mübarizəni davam etdirəcəyini açıqlayıb.

Bu arada, Ermənistanda mövcud daxili vəziyyətin acınacaqlı olması cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri tərəfindən etiraf olunur. “Tumanyan” kukla teatrının bədii rəhbəri Ruben Babayan “News24TV”-yə açıqlamasında bildirib ki, bu gün Ermənistan cəmiyyəti çox böyük problemlər yaşayır: “İlk növbədə, psixoloji durum qənaətbəxş deyil. Məğlub insanlar, məğlub olan cəmiyyət heç vaxt inkişaf edə bilməyəcək. Ona görə də bu psixologiyadan xilas olmağın yollarını axtarıb tapmaq lazımdır”.

Beləliklə, bütün sahələrdə ciddi böhranın müşahidə olunduğu məğlub ölkədə siyasi qarşıdurma səngimək bilmir. Daxili siyasi gərginliyə gəlincə, aylardır küçələrdə müşahidə edilən mübarizə indi parlament zalında davam edir. Ermənistan parlamentindəki böhrana görə isə iqtidar və müxalifətin bir-birini günahlandırması da gərginliyin pik həddə çatdığının göstəricisidir.

Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş
Baxılıb: 254 dəfə

Xəbər lenti

Hamısına bax

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31