Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Radikallar xaricdən aldıqları sifarişləri yerinə yetirirlər

Radikallar xaricdən aldıqları sifarişləri yerinə yetirirlər

07.08.2021 [08:49]

Ekspertlər hesab edirlər ki, onların məqsədi süni gündəm yaratmaqla ictimaiyyətin diqqətini əsas hədəflərdən yayındırmaqdır

Son vaxtlar anti-Azərbaycan dairələr, xüsusilə radikal müxalifət düşərgəsinin təmsilçiləri ölkəmizdə süni gündəm yaratmaq məqsədilə ictimaiyyətə yanlış məlumatlar verirlər. Onların iddiasına görə, guya yaxın vaxtlarda Azərbaycanda Konstitusiyaya dəyişikliklər məqsədilə referendum keçiriləcək və parlament buraxılacaq. Halbuki bu iddiaların heç bir əsası yoxdur.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Ramin Məmmədov bildirib ki, respublikanın ictimai-siyasi həyatında aparıcı rol oynayan, qəbul etdiyi qərarlar, irəli sürdüyü təşəbbüslərlə Azərbaycanın inkişafına böyük töhfələr verən Yeni Azərbaycan Partiyası ölkədə həyata keçirilən islahatların qanunverici orqanda da öz əksini tapması üçün 2019-cu ilin sonlarında Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Prosedur qaydalarına uyğun addımların atılması nəticəsində sonda Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci il fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirildi. Yeni formalaşmış parlamentin ilk iclasında dövlət başçısı İlham Əliyev qanunverici orqanın qarşısında bir sıra vəzifələr qoydu. Bir məqam da xüsusi vurğulanmalıdır ki, yeni parlamentin rəhbərliyində müxalifət nümayəndəsinin təmsil olunması ölkəmizdə siyasi dialoq mühitinin yüksək səviyyədə olması barədə aydın təsəvvür yaradır. Həmçinin parlamentin komitə sədrləri arasında da müxalifət nümayəndələri var. Ümumiyyətlə, son illərdə ölkəmizdə siyasi partiyalar arasında birliyin, həmrəyliyin möhkəmləndirilməsi, sağlam dialoq mühitinin formalaşması istiqamətində atılan addımlar göz qabağındadır.

Millət vəkili 44 günlük İkinci Qarabağ müharibəsi, eyni zamanda, postmüharibə dövründə siyasi partiyaların vahid mövqedən çıxış etməsinə də diqqəti yönəldərək deyib ki, Vətən müharibəsi dövründə siyasi partiyalar Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəklərini ifadə edərək Onun ətrafında sıx birləşdiklərini qəbul etdikləri bəyanatla təsdiqlədilər: “Yenə də kənarda qalan, radikallığı, inkarçılığı qərəzi fəaliyyətlərinin əsas istiqaməti kimi qəbul edən AXCP və Müsavat Partiyası bəyanata qoşulmadılar.  Eyni ab-hava 15 İyun - Milli Qurtuluş Günündə Qarabağın tacı Şuşada iki dost, qardaş ölkənin - Azərbaycan və Türkiyə prezidentlərinin birgə imzaladıqları Şuşa Bəyannaməsinə dəstəyin ifadəsi olaraq əksər siyasi partiyaların bəyanat imzalaması zamanı da yaşandı. Bütün siyasi partiyalar bu bəyanatı imzalayıb Şuşa Bəyannaməsinə dəstəklərini ifadə etsələr də, radikallar seyrçi mövqedə dayanmağı seçdilər. Bütün bunlar bir daha onu göstərir ki, ölkədə yaxın vaxtlarda guya referendumun keçiriləcəyi və parlamentin buraxılacağı haqda iddia sadəcə radikalların növbəti uğursuz addımı, süni gündəm yaratmaq cəhdidir”.

Millət vəkili Ramil Həsən də bildirib ki, yayılan bu informasiyaların heç bir əsası yoxdur: “Müstəqil Azərbaycan hüquqi və demokratik dövlətdir. Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutan Azərbaycan daim demokratik təsisatların inkişafı istiqamətində atdığı addımları ilə diqqət çəkib. Milli Konstitusiyanın qəbulundan bu günədək 3 dəfə referendumun keçirilməsi, qəbul olunan qanunlara əlavə və dəyişikliklərin edilməsi, yeni qanunların qəbulu və s. kimi məqamlar göz önündədir. Eyni zamanda, Azərbaycanda insan hüquqlarının qorunması və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində atılan addımlar da davamlılığı ilə diqqət çəkir. Həyata keçirilən bütün tədbirlər, aparılan təkmil islahatlar Azərbaycanın milli gücünün artmasını təmin edir”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın davamlı inkişafını həzm etməyən radikal ünsürlər çıxış yolunu ictimai fikri çaşdırmaqda görsələr də, heç nəyə nail ola bilməyəcəklər.

Nardar BAYRAMLI

Paylaş
Baxılıb: 258 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31