Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Fuad Əliyev: Vladimir Jirinovskinin Azərbaycan əleyhinə olan fikirləri qəbuledilməzdir

Fuad Əliyev: Vladimir Jirinovskinin Azərbaycan əleyhinə olan fikirləri qəbuledilməzdir

07.08.2021 [08:55]

“Rusiya Liberal Demokrat Partiyasının lideri, Dövlət Dumasının fraksiya rəhbəri Vladimir Jirinovskinin ölkəmizə qarşı qərəzli mövqeyini birmənalı şəkildə pisləyirəm. Kimliyindən asılı olmayaraq, hər hansi bir şəxsin Azərbaycanın daxili işlərinə qarışmasının əleyhinəyəm”.

Bu fikirləri qəzetimizə açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev bildirib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi partiya 2004-2008-ci illərdə Rusiya Liberal Demokrat Partiyası ilə əməkdaşlıq edib: “Ümumiyyətlə, həmin illərdə V.Jirinovskinin Azərbaycana qarşı münasibəti yaxşı olub. Lakin sonrakı illərdə vaxtaşırı V.Jirinovski xalqımıza və dövlətimizə qarşı hədyanlar yağdırıb. 2014-cü ildə Azərbaycana səfərə gələndən sonra güman edirdik ki, V.Jirinovski ölkəmizə qarşı sərsəm fikirlərindən əl çəkəcək. Təəssüf ki, bir qədər sonra V.Jirinovski öz ampluasına qayıtdı. Onun sonuncu fikirləri ikrah hissi və hiddət doğurur. Belə ki, V.Jirinovskinin bu şəkildə fikirlər bildirməsi kimliyindən asılı olmayaraq, bütün Azərabycan vətəndaşlarını qəzəbləndirir”.

F.Əliyev onu da əlavə edib ki, V.Jirinovskinin “siyasi şoumen” kimi öz ampluasına qayıtmasını təəccüblə qarşılamır.

Qaşqay RAMAZANOV

Paylaş
Baxılıb: 125 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31