Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Sübut Əsədov: Azərbaycan dövləti və xalqı hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyənin yanındadır

Sübut Əsədov: Azərbaycan dövləti və xalqı hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyənin yanındadır

07.08.2021 [09:00]

“44 günlük Vətən müharibəsində qardaş Türkiyənin siyasi və mənəvi dəstəyini daim öz üzərində hiss edən Azərbaycan Türkiyəni bürüyən yanğınlar zamanı eyni yanaşma sərgilədi”.

Bu fikri qəzetimizə açıqlamasında Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov deyib.

Partiya sədrinin sözlərinə görə, Türkiyədə neçə gündür davam edən meşə yanğınlarının söndürülməsi prosesində öz dəstəyini göstərən Azərbaycan dövləti qardaş ölkənin yanında olduğunu bir daha nümayiş etdirib: “Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng etməsi, yanğınlar zamanı həyatını itirən vətəndaşlara görə başsağlığı verməsi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Türkiyəyə dəstək olaraq “Türkiyə xalqının kədəri bizim kədərimizdir” paylaşımı etməsi iki ölkə arasındakı münasibətlərin yüksək səviyyəsindən xəbər verir”.

S.Əsədov deyib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, qardaş ölkəyə Azərbaycandan yardım dəstələri, yanğınsöndürmə vasitələri, maşınlar, təyyarə və helikopterlər göndərilməsi Türkiyədə və dünyada olduqca yüksək qiymətləndirilib: “Bu günlərdə Türkiyədə meşə yanğınlarının söndürülməsi, daha geniş miqyasda yayılmasının qarşısının alınması məqsədilə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu da qardaş ölkəyə yola salınıb. Hazırda azərbaycanlı və türkiyəli mütəxəssislər yanğının lokallaşdırılması və qarşısının alınması üçün birlikdə fədakarlıqla çalışırlar. Bu bir daha sübut edir ki, Azərbaycan dövləti və xalqı hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyənin yanındadır”.

Qaşqay RAMAZANOV

Paylaş
Baxılıb: 254 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31