Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Əlisahib Hüseynov: Koronavirusa qarşı mübarizədə əsas vasitə olan peyvəndlənmə prosesinin ən həlledici mərhələsinə gəlib çatmışıq

Əlisahib Hüseynov: Koronavirusa qarşı mübarizədə əsas vasitə olan peyvəndlənmə prosesinin ən həlledici mərhələsinə gəlib çatmışıq

07.08.2021 [09:01]

“Artıq heç kim üçün sirr deyil ki, bu gün koronavirusla mübarizə bütün ölkələr üçün prioritet məsələyə çevrilib. Bizim ölkəmiz bu ümumbəşəri bəlaya qarşı fəal mübarizənin ilk sıralarında yer alan ölkələrdən biridir. Azərbaycan pandemiyanın yayıldığı ilk günlərdən həm ölkə əhalisinin sağlamlığını qorumaq, həm də beynəlxalq ictimaiyyətin COVID-19 infeksiyasına qarşı mübarizə tədbirlərinə dəstək vermək üçün mümkün olan bütün zəruri addımları atıb”.

Bu fikirləri Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov deyib.

Ə.Hüseynov bildirib ki,  2020-ci ilin aprelində Türk Şurasının, həmin ilin may ayında Qoşulmama Hərəkatının zirvə toplantılarının, eləcə də dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi sessiyasının təşkili, Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) göstərilən dəstək və verilən ianələr Azərbaycanın qlobal əhəmiyyətli problemlərin həllində öz üzərinə məsuliyyət götürməyə hazır güclü dövlət olduğunu bir daha əyani surətdə təsdiq edir.

Onun sözlərinə görə, biz bu gün koronavirusa qarşı mübarizədə əsas vasitə olan peyvəndlənmə prosesinin ən həlledici mərhələsinə gəlib çatmışıq: “Britaniya ştamının ardınca “Delta” ştamının da ölkəmizdə yayılmağa başlaması onu göstərir ki, kütləvi peyvəndlənmə vacibdir. Bu, həqiqətən də, ən səmərəli, ən optimal yoldur. Kütləvi peyvəndlənmənin hələ ki, başqa bir alternativi, daha effektiv mübarizə üsulu yoxdur. Ona görə də kütləvi peyvəndlənməyə hər kəsin ciddi yanaşması zəruridir. İndi hər kəsə məsləhətimiz yalnız ondan ibarətdir ki, ilk növbədə, peyvəndlənmə prosesinə qoşulsunlar. Eyni zamanda, hətta peyvənd olunduqdan sonra da heç bir arxayınlığa yol vermədən əvvəlki qaydada qorunma tədbirlərinə, qaydalarına əməl etsinlər. Biz həmin qaydalara nə qədər ciddi şəkildə əməl etsək, bu ümumbəşəri təhlükədən də bir o qədər tez qurtulacağıq”.

NARDAR

Paylaş
Baxılıb: 98 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31