Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Razi Nurullayev: Parlamentin buraxılması üçün heç bir əsas yoxdur

Razi Nurullayev: Parlamentin buraxılması üçün heç bir əsas yoxdur

07.08.2021 [09:03]

“Bu gün parlamentin buraxılması üçün heç bir əsas yoxdur. 2020-ci ilin fevral ayında yeni parlament seçkisi keçirilib. Hər ilin başında parlament seçkisi keçirilmir. Mənə belə gəlir ki, bunların hamısı şayiədir”.

Bu sözləri Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev deyib.

R.Nurullayev bildirib ki, belə bir məsələ gündəmdə deyil. Partiya sədrinin sözlərinə görə, referendumun keçirilməsi üçün ciddi əsaslar lazımdır:  “Konkret mövzular ortaya qoyulmalıdır ki, hansı məsələlər üzrə referendum keçirilə bilər. Bu, cəmiyyətdə ciddi şəkildə müzakirə olunmalıdır. Amma hələ ki, belə bir müzakirə yoxdur. Mən yaxın zamanda referendumun keçirilməsi ilə bağlı hər hansı bir qərarın ola biləcəyinə inanmıram”.

Paylaş
Baxılıb: 132 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31