Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Salman Salmanov: Gənclərimiz həm döyüş meydanında, həm də ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında müstəsna rol oynadılar

Salman Salmanov: Gənclərimiz həm döyüş meydanında, həm də ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında müstəsna rol oynadılar

07.08.2021 [09:10]

“Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Gənclərin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunda tərbiyəsi, yüksək keyfiyyətli təhsili, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait böyük diqqətin nəticəsidir. Görülən işlərin nəticəsidir ki, bu gün gənclərimiz böyük nailiyyətlərə imza atırlar, cəmiyyətdə mühüm rol oynayırlar”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının Gənclər Birliyinin sədri Salman Salmanov qəzetimizə açıqlamasında deyib.

S.Salmanov bildirib ki, gənclərin layiqli və sağlam vətəndaş olaraq yetişdirilməsi dövlət siyasətimizin əsas tərkib hissəsidir. Onun sözlərinə görə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz 30 ilə yaxın əsarət altında olan torpaqlarımızı düşmən işğalından azad edib: “Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda cəsarətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Gənclərimiz həm döyüş meydanında, həm də ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında müstəsna rol oynadılar. Azərbaycan gənclərinin 44 günlük müharibədə göstərdikləri şücaət, cəsarət və vətənpərvərlik gələcək nəsillər üçün bir örnək olacaq”.

MÜŞFİQƏ

Paylaş
Baxılıb: 254 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31