Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Avqustun 9-dan şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

Avqustun 9-dan şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

07.08.2021 [12:19]

Avqustun 9-u saat 11:00-dan etibarən məktəbəhazırlıq qrupları, I və X siniflər istisna olmaqla digər siniflərdə təhsil alan şagirdlər üçün elektron yerdəyişmə prosesinə başlanılır.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Növbəti tədris ilindən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin ölkə daxilində yerdəyişməsi də elektron qaydada sözügedən portal vasitəsilə aparılacaq.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

Paylaş
Baxılıb: 113 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31