Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Beynəlxalq Türk Akademiyası türk dünyasından olan ekspertlərlə müzakirələr keçirib

Beynəlxalq Türk Akademiyası türk dünyasından olan ekspertlərlə müzakirələr keçirib

07.08.2021 [13:12]

Beynəlxalq Türk Akademiyası türk dünyasından olan ekspertlərlə müzakirələr keçirib. Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəlinin moderatorluğu ilə keçirilən iclasda 2019-cu ildə Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII zirvə toplantısında dövlət başçılarının təlimatlarına uyğun olaraq təşkilatın adının dəyişdirilməsi təklifi müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Türk Şurası Budapeşt ofisinin icraçı direktoru Janos Hovari, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti akademik İsa Həbibbəyli, Qazaxıstanın tanınmış alimi və dövlət xadimi Mırzatay Joldasbekov, Türk Dili Qurumunun rəhbəri Gürer Gülsevin, TÜRKSOY-un baş katibinin müavini Bilal Çakıcı, tanınmış türkoloq Osman Fikri Sertkaya, ABŞ-ın Miçiqan Universitetinin professoru Timur Kocaoğlu, Özbəkistan Elmlər Akademiyası (EA) Arxeologiya İnstitutunun direktoru Fərhad Maksutov, Qazaxıstan Dilçilik İnstitutunun direktoru Anar Fazılcanova, Qırğız-Türk Manas Universitetinin professoru Kadirali Konkobayev, Özbəkistan EA Arxeologiya İnstitutunun direktor müavini Gaybullah Babayarov, AMEA Dilçilik İnstitutu Türk dilləri şöbəsinin müdiri, "Türkologiya" jurnalının məsul katibi Elçin İbrahimov və digər mütəxəssilər təkliflə bağlı fikirlərini və ekspert rəylərini bölüşüblər.

Tədbirin sonunda mütəxəssislərin fikirləri təhlil edilib və müvafiq təkliflər hazırlanıb.

Paylaş
Baxılıb: 123 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31