Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Sərbəst güləşçimiz Hacı Əliyev Tokio Olimpiadasında gümüş medala sahib olub

Sərbəst güləşçimiz Hacı Əliyev Tokio Olimpiadasında gümüş medala sahib olub

07.08.2021 [15:20]

Sərbəst güləşçimiz Hacı Əliyev (65 kq) Tokio Olimpiadasında Azərbaycanın aktivinə növbəti gümüş medalı yazdırıb.

AZƏRTAC xəbər verir ki, idmançımız finalda Yaponiya təmsilçisi, dünya və ikiqat Asiya çempionu Takuto Otoquro ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüş 5:4 hesabı ilə rəqib güləşçinin xeyrinə başa çatıb. Beləliklə, Hacı Əliyev “Tokio-2020”də gümüş medalla kifayətlənməli olub.

Olimpiadada mübarizəyə səkkizdəbir final mərhələsindən başlayan pəhləvanımız bütün qarşılaşmalarda yüksək peşəkarlıq nümayiş etdirib. Birinci görüşdə seneqallı Adama Diattaya qalib gələn (4:0) Hacı Əliyev dörddəbir finalda Qazaxıstan idmançısı Daulet Niyazbekovu 9:1 hesabı ilə məğlub edib. Yarımfinalda Hindistan təmsilçisi Bacranq Bacranq ilə görüş Azərbaycan pəhləvanının 12:5 hesablı qələbəsi ilə başa çatıb.

Nüfuzlu beynəlxalq turnirlərdə ölkəmizin idman şərəfini layiqincə qoruyan Hacı Əliyev üçqat dünya (2014, 2015, 2017) və üçqat Avropa (2014, 2018, 2019) çempionudur. O, “Rio-2016” Olimpiya Oyunlarının bürünc mükafatçısıdır. Bakıda keçirilən I Avropa Oyunlarında bürünc medala sahib olan idmançımız dörd il sonra “Minsk-2019”da aktivinə qızıl medal yazdırıb. Hacı Əliyev “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının da çempionu adını qazanıb. O, güləş üzrə dünya kuboku yarışlarında bir gümüş, iki bürünc medala sahib olub.

Beləliklə, hazıra Azərbaycan millisinin aktivində 2 gümüş və 3 bürünc medal var. Gümüş medalları ölkəmizin aktivinə Hacı Əliyev və karateçi Rafael Ağayev, bürünc medalları isə cüdoçu İrina Kindzerska, boksçu Alfonso Dominges və yunan-Roma güləşçisi Rafiq Hüseynov yazdırıblar. Bundan başqa, karateçimiz İrina Zaretska da yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib. Həmçinin daha bir pəhləvanımız, Olimpiya çempionu Şərif Şərifov bürünc medal uğrunda görüşdə mübarizə aparacaq.

Paylaş
Baxılıb: 110 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31