Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İqtisadiyyat Nazirliyi yanında İctimai şuraya seçkilər keçiriləcək

İqtisadiyyat Nazirliyi yanında İctimai şuraya seçkilər keçiriləcək

09.08.2021 [10:54]

İqtisadiyyat Nazirliyi yanında İctimai şuranın üzvlüyünə seçkilərlə bağlı yaradılmış komissiyanın növbəti iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda bir sıra məsələlər, o cümlədən seçkilərin keçirilməsi tarixi, yeri və vaxtının müəyyən edilməsi ilə bağlı müzakirələr aparılıb. Seçki Komissiyasının qərarına əsasən, İctimai şuraya seçkilər avqustun 21-də saat 12:00-dan 14:00-dək “İqtisadi Elmi Tədqiqat İnstitutu”nun inzibati binasında (Bakı şəhəri, Həsən bəy Zərdabi prospekti, 88a ünvanında) keçiriləcək.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə əsasən, birgə yığıncaqda səsvermə hüququ əldə etmək istəyən vətəndaş cəmiyyəti institutları avqustun 11-dək təmsilçiləri (1 nəfər olmaqla) haqqında məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, yaşayış yeri, əlaqə vasitəsi) “ictimaishura@economy.gov.az” elektron poçt ünvanı vasitəsilə seçki komissiyasına təqdim edə bilərlər.

Paylaş
Baxılıb: 124 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31