Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bu vaxtadək Neft Fondu “Şahdəniz” qazı və kondensatının satışından 3,7 milyard dollar gəlir əldə edib

Bu vaxtadək Neft Fondu “Şahdəniz” qazı və kondensatının satışından 3,7 milyard dollar gəlir əldə edib

09.08.2021 [11:59]

Cari ilin yanvar-iyul aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” yatağı üzrə təbii qaz və kondensat satışından əldə etdiyi gəlirlər 70 milyon 978 min ABŞ dolları olub.

Bu barədə AZƏRTAC-a ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib. Qeyd olunub ki, o cümlədən, 7 ayda Neft Fondunun “Şahdəniz” yatağı üzrə kondensatın satışından gəlirləri 57 milyon 131 min dollar təşkil edib.

2007-ci ildən cari il avqustun 1-dək isə fondun “Şahdəniz” yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirləri 3 milyard 738 milyon dollar olub.

Xatırladaq ki, 2020-ci ildə Neft Fondunun “Şahdəniz” qazı və kondensatının satışından gəlirləri 293,9 milyon dollar təşkil edib.

Paylaş
Baxılıb: 110 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31