Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Koronavirusun ilk dəfə yayıldığı Çinin Uxan şəhərində əldə edilən uğur bütün dünyanı təəccübləndirir

Koronavirusun ilk dəfə yayıldığı Çinin Uxan şəhərində əldə edilən uğur bütün dünyanı təəccübləndirir

09.08.2021 [12:38]

Çin Xalq Respublikası yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə, demək olar ki, mümkünsüz hesab edilə biləcək uğurlar əldə edib. Türkiyənin “Hürriyyət” qəzetinin yaydığı məlumata görə, Çinin koronavirusun ilk dəfə ortaya çıxdığı Uxan şəhərinin əksər sakinləri virusa görə test edilib: “Pandemiyanın ilk dəfə yayıldığı Uxan şəhərində yaşayan insanların, demək olar ki, hamısında virus yoxlanılıb. Xinhua vilayətinin Uxan bələdiyyəsi baş katibinin müavini Li Tao mediaya açıqlamasında deyib ki, yoluxma hallarının artması səbəbindən 11,3 milyon əhalisi olan şəhərdə kütləvi testlərin tətbiqinə qərar verilib və demək olar ki, şəhər sakinlərinin hamısı testdən keçirilib. Linin sözlərinə görə, yalnız 6 yaşından kiçik uşaqlar və yay tətili üçün şəhərdən kənarda olan universitet tələbələri testdən keçməyib”.

Həmin məlumatda o da qeyd edilir ki, 14 may-1 iyun 2020 tarixləri arasında 9 milyon 890 min insanın testdən keçirildiyi Uxanda cəmi 9 yeni yoluxma aşkarlanıb və bu insanlar xəstəxanaya yerləşdirilib. 

Çinin Milli Səhiyyə Komissiyasının məlumatıan görə, son 24 saat ərzində ölkə daxilində 96 nəfərdə COVID-19 aşkarlanıb. Xatırladaq ki, ölkədə pandemiya başlayandan bəri 93 min 701 nəfərdə virusa yoluxma aşkarlanıb, cəmi 4 min 636 nəfər isə virusdan ölüb.

Paylaş
Baxılıb: 112 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31