Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ankarada keçirilən “Müharibə dövründə jurnalistika” təlimlərinə Azərbaycandan 24 media nümayəndəsi iştirak edir

Ankarada keçirilən “Müharibə dövründə jurnalistika” təlimlərinə Azərbaycandan 24 media nümayəndəsi iştirak edir

09.08.2021 [12:41]

Anadolu Agentliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), Türkiyə Polis Akademiyasının və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə avqustun 9-da Ankarada “Müharibə dövründə jurnalistika” mövzusunda təlimlərə start verilib.

AZƏRTAC xəbər verir ki, sayca 18-ci dəfə keçirilən təlimdə Azərbaycandan 24 jurnalist qatılıb. Təlimlərdə AZƏRTAC-ın müxbiri Nicat Məmmədov da iştirak edir.

Avqustun 20-dək davam edəcək təlimlərin məqsədi jurnalistlərin müharibə, təbii fəlakətlər, böhran və fövqəladə vəziyyətlər zamanı peşəkarlığının artırılmasıdır. Təlimdə müharibə, təbii fəlakətlər, fövqəladə vəziyyət və böhran vəziyyətlərində jurnalistlərin təhlükəsizliyi, davranış qaydaları və fəaliyyəti, müharibə nəzəriyyəsi və terminologiyası, kimyəvi və bioloji silahların tətbiqi zamanı qorunma, ilk yardımın göstərilməsi, suda həyatda qalma, hava və dəniz əməliyyatları, xəritənin oxunması, sosial hadisələr, qaçqın düşərgələri, fövqəladə hallarda texnologiya və informasiya təhlükəsizliyi, inandırma strategiyaları, avtomobilin idarə olunması, girov götürülmə simulyasiyaları, pusqudan müdafiə üsulları, fövqəladə hallarda media idarəçiliyi, yayım prinsipləri və digər mövzularda 26 dərs keçiriləcək. Dərslərin 60 faizi praktiki hissədən ibarət olacaq. Bununla yanaşı, media nümayəndələri riskli bölgələrdə təşkil olunacaq təlimlərə də qatılacaqlar.

“Müharibə dövründə jurnalistika” təlimlərinə iştirak etmək üçün Azərbaycanın müxtəlif media qurumlarının 24 əməkdaşı avqustun 7-də qardaş ölkəyə yola düşüb. Avqustun 8-də jurnalistlər üçün şəhər turu təşkil olunub.

Anadolu Agentliyinin Xəbər Akademiyası tərəfindən 2012-ci ildən indiyədək təşkil edilən təlimlərdə 118-i əcnəbi olmaqla 327 media nümayəndəsi qatılıb.

Təlimləri uğurla başa vuran jurnalistlərə beynəlxalq səviyyədə tanınan “Hərbi jurnalistika sertifikatı” ilə təltif olunacaqlar.

Paylaş
Baxılıb: 112 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31